Bizə yazın

Baku

-°C

USD

-

ADY Çindən yeni yük və sərnişin lokomotivləri alır 

Cəmiyyət 23 İyun 2026, 14:08

358

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.

ADY-dən Citypost.az-a verilən məlumata görə, səfər çərçivəsində ADY sədri Rövşən Rüstəmov Çinin “CRRC Ziyang Co., Ltd” şirkətinin rəhbəri Çen Çjisinlə görüşüb.

Görüşdə Azərbaycan Dəmir Yollarının lokomotiv parkının yenilənməsi, yük və sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi, eləcə də ADY ilə “CRRC Ziyang Co., Ltd.” arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd olunub ki, Azərbaycanın beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması, ölkə ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə daşımaların strateji əhəmiyyəti dəmir yolu infrastrukturunun, o cümlədən lokomotiv parkının müasir tələblərə uyğun inkişafını zəruri edir. ADY yük əməliyyatlarının daha etibarlı, təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsi üçün lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə xüsusi diqqət ayırır, bu sahədə Çin şirkətləri, o cümlədən “CRRC Ziyang” şirkəti ilə əməkdaşlığa xüsusi önəm verir.

Bildirilib ki, ADY ilə “CRRC Ziyang” arasında 7 ədəd yeni yük lokomotivinin alışı barədə ötən il imzalanmış müqaviləyə əsasən, lokomotivlərin sentyabr ayında Azərbaycana çatdırılması nəzərdə tutulur. Tərəflər növbəti mərhələdə sifariş olunacaq 14 lokomotivin alışı ilə bağlı danışıqlar aparıblar. ADY nümayəndə heyəti 7 lokomotivin istehsal prosesinin son mərhələsi ilə tanış olub, bir sıra texniki məsələlər barədə fikir mübadiləsi aparılıb. Qabaqcıl texnologiyalarla təchiz olunmuş AC50 tipli magistral lokomotivləri Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq.

Görüş çərçivəsində həmçinin ADY ilə “CRRC Ziyang” şirkəti arasında 4 ədəd yeni magistral sərnişin lokomotivinin alışı haqqında müqavilə imzalanıb. Lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur. Yeni sərnişin lokomotivləri xüsusilə uzaq məsafələrə daşımalarda xidmət keyfiyyətinin və sərnişin məmnuniyyətinin daha da yüksəldilməsinə imkan verəcək.

Foto

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb 

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri İyunun 23-də başa çatıb.Citypost.az  xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu yola salıb.

23 İyun 2026, 15:21

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər 

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada birgə nahar ediblər.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

23 İyun 2026, 15:20

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib 

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Cıdır düzündə olublar.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev burada Türkmənistan dövlətinin başçısına “Mərd” adlı Qarabağ atını hədiyyə edib.

23 İyun 2026, 15:15

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfər etməyi planlaşdırır.Bu barədə "Report"a diplomatik mənbə məlumat verib."O, sabah Bakıya gələcək", - mənbə qeyd edib.Mənbə səfərin təfərrüatlarını açıqlamayıb.Öz növbəsində, Qrononun ofisindən "Report"un Avropa bürosuna bildirilib ki, o, iyunun 25-26-da Bakıda Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.Qeyd edək ki, Maqdalena Qrono sonuncu dəfə Azərbaycana 2026-cı ilin yanvarında səfər edib....

23 İyun 2026, 15:15

Özbəkistan Prezidenti Belarusa səfər edəcək 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 8-9-da Belarusa rəsmi səfər edəcək."Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarusun Baş naziri Aleksandr Turçin ölkə Prezidenti Aleksandr Lukaşenkoya məruzəsindən sonra bildirib.Belarus hökumət başçısının sözlərinə görə, onun bu yaxınlarda Özbəkistana işgüzar səfəri və Şavkat Mirziyoyevlə danışıqları zamanı ikitərəfli münasibətlərin inkişafı, eləcə də Özbəkistan liderinin qarşıdan gələn səfərinə hazırlıq məsələləri müzakirə edilib."Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 8-9-da Minskə səfər edəcəyi təsdiqlənib. Biz prezidenti məmnuniyyətlə gözləyirik", - Aleksandr Turçin bildirib.O qeyd edib ki, Belarus və Özbəkistan arasında münasibətlər uğurla və dinamik inkişaf edir, tərəflər isə Özbəkistan dövləti başçısının qarşıdan gələn səfərinin məzmunca dolğunlaşdırılması üzərində işləyirlər....

23 İyun 2026, 15:07

DYP: Bakıda qaydalarını pozan 79 motosiklet və moped duracağa yerləşdirilib 

Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub.Bu barədə Citypost.az  Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşının alınması istiqamətində davamlı olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir:"Xüsusilə də iyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılıb və ya dəyişdirilib 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilib və sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata...

23 İyun 2026, 15:00