Bizə yazın

Baku

-°C

USD

-

VI "Yüksəliş" müsabiqəsinin qalibləri mükafatlandırılıb 

Cəmiyyət 25 İyul 2026, 10:25

451

VI "Yüksəliş" müsabiqəsinin qaliblərinin Rəsmi Qəbullar Sarayında mükafatlandırılması mərasimi keçirilib.

Citypost.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri Adil Kərimli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də ekspertlər, qaliblər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, "Yüksəliş" müsabiqəsi ötən müddət ərzində ölkədə müasir idarəçilik mədəniyyətinin təşviqinə, yüksək potensiala malik rəhbər şəxslərin müəyyənləşdirilməsinə və yeni nəsil idarəçilərin yetişdirilməsinə xidmət edən strateji platformaya çevrilib.

Vurğulanıb ki, müsabiqə iştirakçılara praktiki təcrübə qazanmaq, real idarəetmə situasiyalarında öz potensiallarını nümayiş etdirmək, peşəkarlarla təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanları formalaşdırmaq üçün geniş platforma təqdim edir.

Qeyd olunub ki, müsabiqənin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin insan kapitalının inkişafına, perspektivli idarəçilərin üzə çıxarılmasına, onların dəstəklənməsinə və ölkənin peşəkar kadr ehtiyatının formalaşdırılmasına verdiyi xüsusi önəmin təzahürüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasətində müasir biliklərə, innovativ düşüncəyə və yüksək idarəçilik bacarıqlarına malik kadrların yetişdirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. "Yüksəliş" müsabiqəsi də bu strateji yanaşmanın mühüm tərkib hissəsi olmaqla, ölkənin gələcək inkişafında fəal iştirak edə biləcək yeni nəsil idarəçilərin formalaşmasına xidmət edir.

Mərasimin sonunda VI "Yüksəliş" müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib və xatirə fotosu çəkdirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azad edilmiş ərazilərdə sakinlərlə məşğulluq görüşləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı ilə bağlı sakinlərlə növbəti görüşlər keçirib.ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, Zəngilan şəhəri, Laçın rayonu, eləcə də Cəbrayıl rayonunun Şükürbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərində məskunlaşan ümumilikdə 39 sakinlə keçirilmiş görüşlərdə vətəndaşların məşğulluqla bağlı müraciətləri dinlənib.Qeyd edilib ki, həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları barədə ətraflı məlumat verilib, bu tədbirlərə cəlb edilmələri üçün onların ilkin qeydiyyatı aparılıb....

25 İyul 2026, 12:48

Sabah 40-41 dərəcə isti gözlənilir

İyulun 26-da gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz...

25 İyul 2026, 12:25

Polkovnik-leytenant vəfat etdi 

Daxili Qoşunların sıralarında xidmət yolu keçmiş, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Soltan Mahmudov Gəncə şəhərində vəfat edib.Citypost.az  xəbər verir ki, bu barədə "Qarabağ Qaziləri" Birliyindən bildirilib.​Soltan Mahmudov Daxili Qoşunlarda müxtəlif məsul vəzifələrdə, o cümlədən hərbi hissə komandirinin texniki hissə üzrə müavini kimi xidmət edib.Mərhumla vida mərasimi 25 iyul tarixində Gəncə şəhərində keçiriləcək.Allah rəhmət eləsin.

25 İyul 2026, 11:43

"AzərEnerji" iki yarımstansiyaya 11,6 milyon manat ayırır

"AzərEnerji" ASC "Nəvahi" və "Şəfəq" yarımstansiyalarının tikintisi üzrə əlavə işlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub."Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı elan olunan tendering qalibi "Electro İndustries" QSC-dir.Qalib şirkətə 11 milyon 592 min 909 manat ödəniləcək.

25 İyul 2026, 11:38

Azərbaycan I yarımildə 4 milyon dollar dəyərində nar ixrac edib 

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib.Citypost.az  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 999 min ABŞ dolları olub.Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 %), dəyər baxımından isə, 299 min dollar (7 %) azdır.Hesabat dövründə nar ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə...

25 İyul 2026, 11:30

Hacıqabulda qatar yoluna çıxan 53 yaşlı kişi həyatını itirib

Bu gün gecə saatlarında Atbulaq-Pirsaat sahəsində hərəkətdə olan sərnişin qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb. Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.Qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.ADY bir daha vətəndaşlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırıb:"Nəzərə almaq lazımdır ki, yol hər zaman qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, tələskənliyi, qaydalara laqeyd münasibət arzuolunmaz hallara səbəb olur.Unutmaq olmaz ki, qaydalara riayət etmək hər...

25 İyul 2026, 11:16