Cinayət işləri ilə bağlı vacib qərar
Cəmiyyət 03 İyul 2026, 20:18
2428
Cinayət işlərinin, cinayətlərin və onları törətmiş şəxslərin qeydiyyatını, habelə cinayətkarlığın vəziyyətinə dair statistik hesabatların tərtib edilməsini yalnız Daxili İşlər Nazirliyi (DİN) həyata keçirəcək.
Citypost.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara qədər sözügedən prosesi DİN-lə yanaşı, Hərbi Prokurorluq da həyata keçirirdi.
Həmçinin Müdafiə Nazirliyi uçot aparan orqanlar sırasına əlavə edilib.
Bundan başqa, MN DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sənədləri göndərən orqan kimi müəyyən olunub.
Əvvəllər bu qayda Ədliyyə, Fövqəladə Hallar nazirlikləri və digər aidiyyəti qurumlara şamil edilirdi.
Həmçinin oxuyun
Qərara əsasən, məhkəməyədək sadələşdirilmiş icraat materialları da vahid cinayət uçotu sisteminə daxil olunub.
Hərbi cinayətlər üzrə ayrıca statistik hesabat mexanizmi ləğv edilib.
Belə ki, hərbi qulluqçular tərəfindən və hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilmiş hərbi xidmət əleyhinə olan, habelə hərbi hissələrin, müəssisələrin və ya təşkilatların fəaliyyəti ilə əlaqədar, yaxud da onların ərazisində törədilmiş cinayətlər hərbi prokurorluqda qeydiyyata alınmaqla statistik hesabatlar Hərbi Prokurorluq tərəfindən tərtib olunaraq Baş Prokurorluğa göndərilirdi.
Həmçinin hərbi qulluqçuların törətdiyi cinayətlərlə bağlı işlərin ittiham elan edildikdən sonra Baş Prokurorluq vasitəsilə Hərbi Prokurorluğa göndərilməsi barədə norma ləğv edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edəcək
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 17-i saat 09:00-da Xaçmaz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyində Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək. Citypost.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək. Qəbula iyulun 16-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür. Qəbul mərkəzi icra hakimiyyəti orqanları...
13 İyul 2026, 16:00
AYNA: Sürücülər ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar
Sürücülər bu gün ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar."Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəsmisi Rüfət Əmiraslanov Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə bildirib."Düşünürəm ki, bu sahədə maarifləndirmə işləri aparılmalıdır. Sürücülər bilməlidirlər ki, hər hansı ehtiyat hissəsini alanda onun fəsadları hansı formada baş verə bilər. Yəqin ki, hamımız görmüşük və bilirik ki, son vaxtlar avtomobillərin sırf texniki nasazlıq səbəbindən baş vermiş nəqliyyat qəzalarının fəsadları necə ağır olur. Sürücülər orijinal olmayan saxta malların birbaşa onların həyatına, yəni ölümünə və yaxud ağır yaralanmasına gətirib çıxara biləcəyini dərk etməlidirlər. Bu baxımdan,...
13 İyul 2026, 15:47
Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumundan ailə fotosu paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumundan ailə fotosu paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:#ShushaGlobalMediaForum pic.twitter.com/a2NzqE4Twd— İlham Əliyev (@azpresident) July 13, 2026
13 İyul 2026, 15:15
ÜGT-nin Baş katibi Azərbaycana səfər edib
İyulun 13-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi İan Saunders Azərbaycana səfərə gəlib.Citypost.az xəbər verir ki, Dövlət Gömrük Komitəsində İan Saunderslə keçirilən görüşdə ÜGT ilə Azərbaycan gömrük xidməti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edilib, əlaqələrin daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Baş katibə son dövrərdə gömrük xidmətində həyata keçirilən rəqəmsal transformasiya, süni intellekt əsaslı həllər, innovativ layihələr və müasir idarəetmə yanaşmaları ilə bağlı xüsusi təqdimatlar əsasında ətraflı məlumat verilib.Baş katib İan Saunders Dövlət Gömrük Komtəsində gömrük əməkdaşları ilə görüşüb, onlar qarşısında çıxış edərək gömrük işinin inkişafı istiqamətində tətbiq edilən yeni yanaşmalar, müasir çağırışlardan bəhs edib, Ümumdünya Gömrük...
13 İyul 2026, 14:50
Naibə Allahverdiyevanın adından DƏLƏDUZLUQ
Xalq artisti Naibə Allahverdiyeva onun adından dələduzluq edildiyini açıqlayıb.Citypost.az Redaktor.az-a istinadən xəbər verir ki, aktrisa naməlum şəxslərin süni intellekt vasitəsilə onun səsini təqlid edərək insanlardan kart məlumatlarını əldə etməyə çalışdıqlarını bildirib:"Məni tanıyanlar, dostlarım və qonşularım, diqqətli olun. Bir-iki saat əvvəl aktrisa həmkarlarımdan biri mənə zəng vurdu və dedi ki, guya vatsap vasitəsilə ona yazmışam. Mesajda deyilirdi ki, hansısa mağazanın 22 illik yubileyi münasibətilə dost siyahısında olan insanlara 500-1000 manat hədiyyə edilir. Bunun üçün də mənim adımdan kart məlumatları istənilir. Hətta səsimdən də istifadə ediblər. Süni intellekt vasitəsilə səsimi hazırlayıb göndəriblər. Mənim isə bundan heç bir xəbərim yoxdur. Bəxtəvər başıma, 500...
13 İyul 2026, 14:00
Parlament sabah növbədənkənar sessiyaya yekun vuracaq
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclası 14 iyulda keçiriləcək.Citypost.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
13 İyul 2026, 13:36