Sabahın havası açıqlanıb
Cəmiyyət 29 İyun 2026, 12:37
356
Sabah Azərbaycanda hava necə olacaq?
İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Həmçinin oxuyun
Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22°, bəzi yerlərdə 23-28° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əmir Pəhləvan: OXŞAR TALE
Azərbaycan tarixinin ən şərəfli səhifələrindən olan iki dahi prokurur: Firudin İbrahimi və İsmət Qayıbov!İkiyə bölünmüş vətənin cənubunda Firudin İbrahimi, şimalında isə İsmət Qayıbov qanun keşikçiləri kimi həmişə millətin qan yaddaşında yaşayacaqlar. Onların hər ikisi millət yolunda öz canlarını qurban veriblər. Hər ikisi şəhiddir!Firudin İbrahimi 1945-ci ilin dekabrın 12-də Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin olunmuşdur.1946 cı ilin dekabrın 20 də Seyid Cəfər Pişəvəri Təbrizdə Milli Hökumətin binasını qorumğı on nəfərlə birlikdə Firudin İbrahimiyə tapşırır və Təbrizi başlı - başına qoyub Arazın bu tayına keçir. İran qoşunları Təbrizə daxil olur və Milli hökuməti yıxırlar. Firudin İbrahimini isə "Gülüstan" bağına aparıb dar...
29 İyun 2026, 13:16
Pərviz Şahbazova ağır itki
Energetika naziri Pərviz Şahbazova ağır itki üz verib.CityPost.az xəbər verir ki, onun anası Zemfira Şahbazova vəfat edib.Allah rəhmət eləsin. (PostMedia)
29 İyun 2026, 13:13
Bu il yerli ərzaqlıq buğdanın bir tonu 400 manata tədarük olunacaq
Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib.CityPost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.Sərəncama əsasən, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə “Buğda. Texniki şərtlər” AZS 888:2025 Azərbaycan Respublikasının Dövlət Standartı ilə müəyyən edilmiş keyfiyyət tələblərinə uyğun yerli ərzaqlıq buğdanın 1 (bir) tonunun dövlət tədarük qiyməti 2026-cı il üçün 400,0 (dörd yüz) manat müəyyən edilib.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir....
29 İyun 2026, 12:46
Hakim bəraət hökmü və şərti məhkumetmə ilə bağlı yanlış təsəvvürlərə aydınlıq gətirib
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov bəraət hökmünün hansı hallarda çıxarıldığını və bu anlayışın şərti məhkumetmədən fərqini izah edib.CityPost.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.Hakimin sözlərinə görə, bəraət hökmü şəxsin təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinə əsasən, bəraət hökmü aşağıdakı hallarda verilə bilər:- cinayət hadisəsi olmadıqda;- şəxsin əməlində cinayət tərkibi olmadıqda;- şəxsin cinayətin törədilməsinə aidiyyəti müəyyən edilmədikdə;- şəxsin təqsirliliyi sübuta yetirilmədikdə.M. Aslanov bildirib ki, bu əsaslardan hər hansı biri mövcud olduqda şəxs təqsirsiz hesab edilir.Hakim nümunə kimi qeyd edib ki, şəxs oğurluq cinayətində ittiham olunsa da, məhkəmə araşdırması zamanı onun həmin hadisə ilə əlaqəsinin olmadığı...
29 İyun 2026, 11:53
Sumqayıtda qaz olmayacaq
Sumqayıt şəhərində 1200 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq."Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, şəhər ərazisində 159 mm-lik yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar iyunun 29-da saat 13:00-dan etibarən 1200 abonentin qaz təchizatı dayandırılacaq.Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi gözlənilir.
29 İyun 2026, 11:49
Rəsmi Bakıdan İsrailə reaksiya: Qəbuledilməzdir!
İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb."1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur.İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq.Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək", - məlumatda bildirilib....
29 İyun 2026, 11:20