Bizə yazın

Baku

-°C

USD

-

Şamaxıda iqlim danışıqçılarının üçüncü qeyri-rəsmi toplantısı keçirilib 

Cəmiyyət 24 İyul 2026, 20:13

521

Şamaxıda Azərbaycanın təşkilatçılığı və ev sahibliyi, eləcə də COP31-ə sədrlik edən Türkiyə və Avstraliya ilə əməkdaşlıq əsasında iyulun 22-23-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) danışıqlar qruplarının sədrlərinin və UNFCCC-yə tərəf olan bir sıra dövlətlərin nümayəndə heyətləri rəhbərlərinin üçüncü qeyri-rəsmi toplantısı keçirilib.

Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə 34 ölkədən və UNFCCC Katibliyindən 70-dən çox nümayəndə iştirak edib. İştirakçı dövlətlər tədbirdə nazir, nazir müavini, dövlət başçılarının iqlim məsələləri üzrə nümayəndələri, UNFCCC-nin danışıqlar qrupları və tərəf dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və digər yüksək səviyyəli rəsmilər səviyyəsində təmsil olunub.

Şamaxı Toplantısının mövzusu da əvvəlki illərdə olduğu kimi, iqlim danışıqlarının gündəliyində duran əsas istiqamətlərə, o cümlədən iqlim maliyyəsi, ədalətli keçid, iqlim dəyişmələrinin nəticələrinə uyğunlaşma və istixana qazlarının azaldılması mövzularına, eləcə də COP31 Sədrliyinin fəaliyyət gündəliyinə, habelə COP29, COP30 və COP31 sədrliklərinin Troika mandatı çərçivəsində həyata keçirilən "Belem 1.5 Missiyası"na fokuslanıb.

Toplantıda UNFCCC-nin Köməkçi Orqanlarının cari ilin iyun ayında Bonn şəhərində keçirilmiş 64-cü sessiyasının nəticələri, həmin müzakirələr zamanı qarşıya çıxan əsas çətinliklərin aradan qaldırılması yolları, eləcə də bu məsələlərin Türkiyədə keçiriləcək COP31 çərçivəsində qərarların qəbuluna mümkün töhfəsinə dair qeyri-rəsmi fikir mübadiləsi aparılıb.

Toplantının açılış və bağlanış mərasimlərində Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP31-in baş icraçı direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank, eləcə də COP31 Prezidentinin danışıqlar üzrə müavini Salli Boks çıxış ediblər. Açılış mərasimində həmçinin Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və COP30-un Baş icraçı direktoru, Braziliyanın Ətraf mühit və İqlim dəyişikliyi Nazirliyinin milli katibi Ana Toninin video-müraciətləri nümayiş etdirilib.

Qeyd edək ki, COP prosesinin illik təqvimi çərçivəsində mühüm tədbirlərdən birinə çevrilən Şamaxı Toplantısının formatının unikallığı tədbirdə iştirak edən iqlim danışıqçılarının qeyri-rəsmi mühitdə açıq, şəffaf və nəticəyönümlü fikir mübadiləsi aparmasına şərait yaradılmasıdır. Bu vasitə ilə qarşıdan gələn COP-da qəbul edilməsi nəzərdə tutulan qərarların razılaşdırılmasında ortaya çıxan problemlərin daha çevik həllinə imkan yaranmış olur.

Tədbir iştirakçıları Şamaxı Toplantısının ənənəvi platformaya çevrilməsinə dəstək ifadə etmiş və 2027-ci ildə keçiriləcək COP32-nin ev sahibi qismində Efiopiya nümayəndə heyəti növbəti ilin iyulunda Azərbaycanla birlikdə dördüncü Şamaxı Toplantısının təşkilinə hazır olduqlarını bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Anar: “Mədəniyyət Nazirliyi bizdən üzr istədi” 

“Mədəniyyət Nazirliyi səhvini başa düşdü, bizdən üzr istədi və məhkəmədən iddiasını geri götürdü”.Citypost.az xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.O bildirib ki, təşkilatın yerləşdiyi binada təmir işləri aparılıb və bütün məsələlər qanun çərçivəsində olub: “Bilmirəm, indi niyə ayılıblar. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən gəlib dedilər ki, təmir qanunsuz olub, qaydalar pozulub və s. Biz də eskpertizaya üz tutduq, Azərbaycan Milli Elmlər Akademiyasından rəy aldıq. Akademiya rəy verdi ki, burada heç bir qanun pozuntusu olmayıb, təmir qaydalara uyğun aparılıb”. Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni...

24 İyul 2026, 21:45

Biləcəridəki yanğın söndürüldü

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

24 İyul 2026, 21:30

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.Citypost.az   xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Başsağlığında deyilir: "Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik qüvvələrinin postuna partlayıcı ilə yüklənmiş avtomobillə edilən hücum nəticəsində 12-si hərbçi olmaqla ümumilikdə 14 nəfərin həlak olması və 24 nəfərin yaralanması barədə xəbər məni dərindən kədərləndirdi.Baş vermiş partlayış hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralananlara isə tezliklə sağalmaları üçün Allahdan şəfa diləyirəm. Allah rəhmət eləsin.”...

24 İyul 2026, 21:20

AQTA-dan növbəti əməliyyat: 49 min içki müsadirə olundu

Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin qarajında (anbar kimi istifadə olunur) plandankənar yoxlama zamanı son istifadə tarixi dəyişdirilmiş içki məhsulları müsadirə olunub.Bu barədə Citypost.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Bildirilib ki, ümumilikdə 49050 ədəd, hər biri 330 ml olan "Vintage Limonad" (Şəkərli və şəkərsiz olmaqla 2 çeşid) və "Vintage Cola" (Şəkərli və şəkərsiz olmaqla 2 çeşid) əmtəə nişanlı alkoqolsuz içki məhsulu aşkar edilib. Məhsulların bir hissəsinin son istifadə tarixinin dəyişdirildiyi, bir hissəsinin tarixlərinin silindiyi, digər hissəsinin isə yararlılıq müddətinin bitdiyi müəyyən olunub.Yoxlama zamanı məhsulların üzərindəki tarixlərin dəyişdirilməsində istifadə edildiyi ehtimal olunan...

24 İyul 2026, 21:00

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.Bu barədə Citypost.az-a SOCAR-dan məlumat verilib.Bildirilib ki, SOCAR Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2025-ci il üzrə audit olunmuş maliyyə hesabatları əsasında fəaliyyət nəticələri müzakirə olunub.İclasda, həmçinin SOCAR-ın borc öhdəliklərinin 2026-cı ildə idarə olunmasına və gündəlikdə duran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

24 İyul 2026, 20:26

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları təqdim olunub 

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının medalları təqdim olunub.Azərbaycan Güləş Federasiyasından Citypost.az-a verilən məlumata görə, çempionatın medalları özünəməxsus dizaynı ilə seçilir.Medalın kənarlarında Azərbaycanın zəngin mədəni irsini əks etdirən milli xalçaçılıq naxışlarından istifadə olunub.Bu elementlər yarışın ev sahibi olan Azərbaycanın tarixi-mədəni dəyərlərini ön plana çıxarmaqla yanaşı, medallara xüsusi estetik görünüş qazandırır.Diametri 10 santimetr olan medallardan ümumilikdə 120 ədəd hazırlanıb. Yarışda 30 qızıl, 30 gümüş və 60 bürünc medal sahibini tapacaq.Qeyd edək ki, U-17 dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirəcək....

24 İyul 2026, 20:10