Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib
Cəmiyyət 31 İyul 2026, 19:36
302
İyulun 31-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
Məhkəmə iclasının əvvəlində məlumat verilib ki, prosesdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndəsi də müşahidəçi qismində iştirak edir.
Məhkəmə təqsirləndirilən şəxslərin replikası ilə davam etdirilib.
Təqsirləndirilən Bako Sahakyan replika hüququndan istifadə edərək çıxışı davam etdirib. O, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Digər təqsirləndirilən şəxslər Vasili Beqlaryan, Arkadi Qukasyan, Levon Mnatsakanyan, Madat Babayan, Qurgen Stepanyan, David Manukyan, Davit İşxanyan, David Babayan, Melikset Paşayan, Qarik Martirosyan, Davit Allahverdiyan, Levon Balayan və Erik Qazaryan, eləcə də onların bəzilərinin müdafiəçiləri də replika hüququndan istifadə edərək ittiham tərəfinin çıxışlarına münasibət bildiriblər.
Müdafiəçilər əsasən hüquqlarını qoruduqları şəxslər barəsində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər. Təqsirləndirilən şəxslər isə öz arqumentlərini diqqətə çatdıraraq ittiham olunduqları əməllər üzrə özlərini təqsirli bilmədiklərini qeyd ediblər. Bununla da bütün təqsirləndirilən şəxslərin replika hüququndan istifadə hüququ başa çatıb.
Həmçinin oxuyun
Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri çıxış edərək birinci instansiya məhkəməsinin hökmünün qanuni və əsaslı olduğunu, iş üzrə bütün faktların məhkəmə araşdırması zamanı sübuta yetirildiyini bildiriblər. Bu səbəbdən onlar həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş ediblər.
Ardınca söz dövlət ittihamını müdafiə edən prokurorlara verilib.
Onlar qeyd ediblər ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslıdır, təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərində göstərilən dəlillər isə onun ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayətlərinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş ediblər.
Məhkəməyə sədrlik edən hakim Elmar Rəhimov verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə baxışının başa çatdığını elan edib. Məhkəmə kollegiyası qərar qəbul etmək üçün müşavirəyə gedib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Beyləqanda yol qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi) 31.07.2026-cı il tarixində saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilib.Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına və İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.Hadisə nəticəsində 1972-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb....
31 İyul 2026, 20:33
Ramiz Mehdiyevin Bankı bağlandı
Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank “BTB” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilib, onun hüquqi varisi olan “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən lisenziya verilib.Citypost.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.Daha əvvəl məlumat verildiyi kimi, Mərkəzi Bankın İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan...
31 İyul 2026, 20:05
Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstana dövlət səfərinə dair paylaşım edilib
Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstana dövlət səfərinə dair paylaşım edilib.Citypost.az paylaşımı təqdim edir
31 İyul 2026, 20:00
Son bir həftədə təbiətə 228 min ziyan vuruldu
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabirabad, Xaçmaz, Şamaxı, İsmayıllı və Şabran rayonları ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.Citypost.az xəbər verir ki, bu haqda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.Araşdırma zamanı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sabirabad rayonu Muğanlı, Xaçmaz rayonu Qaradağlı, Şamaxı rayonu Günəşli, İsmayıllı rayonu Kürdmaşı kəndlərində, Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun 47-ci km-də və Şabran rayonu ərazisindən keçən magistral avtomobil yolunun kənarında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 227 850 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə...
31 İyul 2026, 19:48
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iyulun 31-də başa çatıb.Citypost.az xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Baş naziri Adılbek Kasımaliyev və digər rəsmi şəxslər yola saldılar.
31 İyul 2026, 19:33
Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Midrand şəhərində Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Çıxışında müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalara, davam edən münaqişələrə, iqtisadi bərabərsizliyə və iqlim dəyişikliyinin yaratdığı çağırışlara toxunan Milli Məclisin sədri vurğulayıb ki, beynəlxalq təsisatlara etimadın getdikcə daha böyük təzyiqlərlə üzləşdiyi mövcud şəraitdə parlamentlər qlobal qərarqəbuletmə proseslərindən kənarda qala bilməzlər. Sahibə Qafarova Pan-Afrika Parlamenti, eləcə də Afrika ölkələrinin parlamentləri ilə həmrəy olduğunu ifadə edərək, beynəlxalq münasibətlər sistemində Afrikanın daha güclü səsə və daha fəal rola malik...
31 İyul 2026, 18:55