Bizə yazın

Baku

-°C

USD

-

Şeyx Əbdül: “Yeyintini edən Əli İsa və komandasıdır”

Cəmiyyət 31 İyul 2026, 14:15

549

“Görünən Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) deyil, 3-5 nəfər qondarma təşkilatıdır, bir araya gələrək kinonun adını batırırlar”.

Citypost.az xəbər verir ki, bunu “Yeni Sabah”a Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) deyib.

O, iyunun 30-a təyin olunmuş AKİ İdarə Heyətinin iclasına qatılmayanlardan biridir. Marqarita pizza

“May ayında konfrans keçirdilər. Özləri üçün sədr seçdilər. Nə kvorum yığa bildilər, nə də Ədliyyə Nazirliyi dəyişikliyi qəbul etdi. Dövlətlə dövlətçilik etməyə çalışırlar?! Yenə müxalifət ab-havasına giriblər! Bu, qeyri-legitim bir təşkilatdır. Seçkinin nəticələrini də Ədliyyə Nazirliyi ləğv edib. Hesablama Palatası isə Aki-də ciddi qanun pozuntuları aşkar edib. Sənədləri də prokurorluğa təqdim ediblər.

Bu qədər cinayət əməli olan bir təşkilatın üzvləri həyasızlıq edib, biabır olmaq istəyirlər. Kinodan əl çəksinlər! 99 faizinin kinodan xəbəri yoxdur. Bank hesablarına qədər bağlanıb. Çünki yeyinti aşkar olunub. Gələn həftə prokurorluğun istintaqı başlayacaq. Çoxsaylı faktlar var. 21 bəndlik cinayət əməlləri aşkar edilib”.

Xalq artisti AKİ katibi Əli İsa Cabbarov və komandasını ittiham edib:

“Rasim Balayev sağ olanda möhürü də, səlahiyyəti də Əli İsa adlı bir subyektə verib. O da yığıb bunları başına, nələr ediblər, Allah bilir. Təşkilatda yeyintini edən də Əli İsa və komandasıdır.

Yaşlı nəsil də gəncləri sıxışdırmır. Suya düşən saman çöpündən yapışır. Görürlər ki, əməlləri ifşa olunur, gic-gic danışırlar. AKİ-nin bağlanması məsələsi də cəfəngiyatdan başqa bir şey deyil. Nə danışdıqlarını bilmirlər”.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sentyabr ayında növbədənkənar qurultay keçirəcək. Buna səbəb mayın 26-da keçirilən qurultayda qəbul olunan qərarların Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməməsidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramin Məmmədov Şəmkirdə "Cümə" məscidini, alman kilsəsini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəmkir rayonunda fəaliyyət göstərən "Cümə" məscidinə, eləcə də Alman Lüteran kilsəsinə baş çəkib, dini icmaların nümayəndələri ilə görüşüb.Bu barədə Citypost.az-a komitədən məlumat verilib.Qeyd edilib ki, ibadət evlərində yaradılan şəraitlə tanış olan Ramin Məmmədov Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, ibadət evlərinin fəaliyyətinə dövlət tərəfindən davamlı dəstək göstərildiyini, din xadimlərinin diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. O, ölkədə sağlam dini mühitin qorunması, zərərli meyillərin qarşısının alınması istiqamətində ardıcıl addımlar atıldığını bildirib.Azərbaycanda dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu vurğulayan R.Məmmədov müxtəlif konfessiyalar arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın bunun bariz nümunəsi...

31 İyul 2026, 16:53

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Bakı şəhərində fəaliyyət göstərən Şuşa təcili tibbi yardım bölməsi artıq öz doğma yurdu – Şuşa şəhərinə köçürülüb.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, Şuşa təcili tibbi yardım bölməsi 24/7 rejimində fəaliyyət göstərir. Bölmə 2 ədəd təcili tibbi yardım avtomobili ilə təmin olunub.

31 İyul 2026, 16:37

Bank sektorunda süni intellekt müzakirə mövzusu oldu

Azərbaycan Mərkəzi Bankında (AMB) süni intellektin maliyyə sektorunda tətbiqi müzakirə olunub.Citypost.az bu barədə AMB-yə istinadən xəbər verir.Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilovun rəhbərliyi ilə "Bank sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi və süni intellektin tətbiqi" mövzusunda dəyirmi masa keçirilib.AMB rəsmisi ölkənin rəqəmsal transformasiya və süni intellektin tətbiqi gündəliyinin bank sektorunda ardıcıl şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. O, bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" mövzusunda keçirilmiş müşavirədə, iyunda Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilmiş prioritetlərin bank sektorunda tətbiqinin zəruriliyini vurğulayıb.Banklarda rəqəmsal transformasiya üzrə məsul olan rəhbər şəxslərin...

31 İyul 2026, 16:18

Məleykə Abbaszadə: Aşağı ballılar üçün seçim genişlənib

150–200 bal toplayan abituriyentlər I və II ixtisas qruplarında daha geniş seçim imkanına malik olacaqlar.Citypost.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, ötən il I ixtisas qrupunda 150 balla qəbul aparılan 11 ixtisas var idi:"Onlardan 7-si kənd təsərrüfatı, 4-ü isə RK (Riyaziyyat İnformatika) altqrupuna aid idi. Bu il həmin siyahı genişləndirilir. Rİ altqrupuna aid daha iki ixtisas - Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları siyahıya əlavə edilir. Beləliklə, Rİ altqrupunda 150–200 bal toplayan abituriyentlər də bu ixtisasları seçə biləcəklər. II ixtisas qrupunda da təxminən 7 yeni ixtisas 150 ballıq ixtisaslar...

31 İyul 2026, 16:00

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu "Baku Resort & Spa" mehmanxanasının açılışı olub."Report" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər.

31 İyul 2026, 15:05

"Vital Hospital"ın fəaliyyəti dayandırıldı 

Bakıda "Vital Hospital" kimi tanınan “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də keçirilən plandankənar yoxlamalar zamanı insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradan kütləvi qanunsuzluqlar üzə çıxıb.Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Citypost.az- a verilən məlumata görə, yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Qanunun 16.1-ci maddəsinə əsasən, 21-23 iyul tarixlərində sözügedən tibb müəssisəsində həyata keçirilib.Analitik Ekspertiza Mərkəzinin aşkar etdiyi nöqsanlar müəssisədə sanitariya-gigiyena və normativ tələblərin kobud şəkildə pozulduğunu göstərir. Yoxlamalar zamanı aydın olub ki, klinikada tibbi təyinatlı məmulatların və alətlərin dezinfeksiyası ilə sterilizasiyası müvafiq norma və qaydalara uyğun aparılmayıb. Eyni zamanda müəssisədə yararlılıq müddəti keçmiş dərman və...

31 İyul 2026, 14:40