Bizə yazın

Baku

-°C

USD

-

Həftəsonu yola çıxanlara DYP-dən müraciət

Cəmiyyət 01 Avqust 2026, 09:45

278

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib.

İdarədən Citypost.az-a verilən xəbərə görə, müraciətdə deyilir ki, həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir:

"Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmağı planlaşdıran sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Sürücülər nəzərə almalıdırlar ki, uzun məsafəli səfər yalnız nəqliyyat vasitəsinin texniki sazlığını deyil, həm də sürücünün fiziki və psixoloji hazırlığını tələb edir. Yorğun, yuxusuz və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına əyləşmək yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır. Səfər zamanı yol və hava şəraitinə uyğun sürət həddinə riayət edilməsi, ara məsafəsinin qorunması, təhlükəli ötmə və manevrlərdən çəkinilməsi, həmçinin sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durulması təhlükəsiz hərəkətin əsas şərtlərindəndir.

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara da müraciət edərək bildirir ki, avtomobil yollarında yolun müəyyən edilməmiş hissəsindən keçmək, nəqliyyat vasitələrinin sürətini düzgün qiymətləndirmədən hərəkət zolağına çıxmaq, mobil telefondan və digər diqqəti yayındıran vasitələrdən istifadə etmək ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Yolun yalnız müəyyən olunmuş yerlərindən keçilməsi, yolu keçməzdən əvvəl sürücülərlə vizual təmasın yaradılması və hərəkətin təhlükəsiz olduğuna əmin olduqdan sonra yolun keçilməsi həyati əhəmiyyət daşıyır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücüləri və piyadaları yollarda qarşılıqlı hörmət və anlayış nümayiş etdirməyə, tələskənlikdən və riskli davranışlardan çəkinməyə çağırır".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan dili və dövlət siyasəti: müasir çağırışlar və ana dilinin qorunması

Müstəqilliyin mühüm atributlarından biri dövlət dilidir və Azərbaycan bu baxımdan zəngin tarixi irsə malik ölkələr sırasındadır. Dünyada elə xalqlar var ki, onların ana dili müxtəlif tarixi-siyasi səbəblərdən dövlət dili statusuna malik deyil.

01 Avqust 2026, 12:26

MİQ nəticələrində düzəlişlər edilib

14–18 iyul tarixlərində müəllimlərin işə qəbulu üzrə test imtahanları keçirilib.

01 Avqust 2026, 12:08

Sevil Əliyeva: 2017-ci ildən doğma Vətənimdəyəm

 Ümummilli Lider Heydər Əliyevin qızı, bəstəkar, “Şöhrət” ordenli Sevil Əliyeva ona ünvanlanan təbrik və xoş arzulara görə təşəkkür edib, həmçinin 2017-ci ildən etibarən Bakıda yaşadığını açıqlayıb.Citypost.az  xəbər verir ki, Sevil Əliyeva bununla bağlı paylaşım edib.O, paylaşımında ona göstərilən diqqətə, xoş sözlərə və səmimi arzulara görə hər kəsə minnətdarlığını bildirib:"Mənə göstərdiyiniz diqqətə, ünvanıma söylədiyiniz xoş sözlərə, səmimi arzulara və daim hiss etdiyim dəstəyə görə hər birinizə ürəkdən təşəkkür edirəm. Bu səmimi münasibət və sevgi mənim üçün çox dəyərlidir."Sevil Əliyeva uzun illər xaricdə yaşadığı üçün bir çox insanın hələ də onun Azərbaycandan kənarda olduğunu düşündüyünü qeyd edib və bu məsələyə aydınlıq gətirib:"Məlumat...

01 Avqust 2026, 12:00

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq 

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, mərhum şairlə əvvəlcə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçiriləcək.Vida mərasiminin ardınca cənazə I Fəxri xiyabana aparılaraq orada dəfn ediləcək.Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə bu gün səhər saatlarında vəfat edib.

01 Avqust 2026, 11:17

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir 

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Bosniya və Herseqovina və Sinqapur Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı ilin 1 avqust tarixindən 2027-ci ilin 1 avqust tarixinədək Azərbaycan Respublikasının ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.Bu barədə Citypost.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.Bildiirlib ki, yeni qaydalara əsasən, qeyd olunan ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycan Respublikasına üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər:"Ölkəyə turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə...

01 Avqust 2026, 11:00

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:"Hörmətli cənab Prezident,İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim rifah və firavanlıq arzulayıram"....

01 Avqust 2026, 10:44