Paşinyan Nəsimi Musayevdən danışdı: “Elə həmin gün qaytarardıq”
Cəmiyyət 08 Oktyabr 2026, 15:48
338
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan hərbçisi Nəsimi Musayevin saxlanılması ilə bağlı hyeni açıqlama verib.
Citypost.az xəbər verir ki, Paşinyan erməni jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan hərbçisi atəş açmasaydı, elə həmin gün geri qaytarılacaqdı.
“Əgər Azərbaycan hərbçisi atəş açmasaydı, biz onu elə həmin gün geri qaytarardıq. O, özü-özlüyündə problemdir, amma düşünmürəm ki, bu, hər hansı şəkildə sülh prosesini təhlükə altına atsın”, – Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, artıq sülh bərqərar olub.
Həmçinin oxuyun
“Biz Şəki kəndində baş verən insidenti heç bir halda kiçiltmək niyyətində deyilik. Amma dünən parlamentdə aparılan müzakirələr məni dəhşətə gətirdi. Çünki Allah eləməsin, bizim hərbçimiz səhvən Azərbaycana keçsə, bu qiymətləndirmələrə veriləcək reaksiyanı görəcəyik və sonra deyəcəklər: “Bəs bu necə sülh idi?” – deyə Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısı adekvatlığı itirməməyə çağırıb.
Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçib. Orada onu saxlayıblar.
Ermənistan tərəfi onun barəsində cinayət işi açıb və məhkəmə tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib. (Modern.az)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bu ilin 9 ayında 40 minədək şəxs əlillik alıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 40 minədək şəxsə əlillik təyin edilib.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən məlumat verilib.Bildirilib ki, onlardan 16,3 min şəxsə ilkin, 23,6 min şəxsə təkrar əlillik təyinatı aparılıb.Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin...
08 Oktyabr 2026, 16:00
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həyatını itirib.Citypost.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.Qeyd olunub ki, həlak olan şəxs Saratov vilayətinin Yerşov rayonundan olan Rəşad Bəymirzəyevdir. Sezar pizzaYerşov rayon administrasiyası onun bioqrafiyası, yaşı və nə vaxt həlak olduğu barədə məlumat paylaşmayıb.Rəşad Bəymirzəyevlə vida mərasimi oktyabrın 8-də onun Yerşovdakı evinin önündə keçiriləcək. O, Azərbaycanda dəfn olunacaq./Oxu.az
08 Oktyabr 2026, 15:52
Azərbaycandan Gürcüstana 9 kiloqram gümüş keçirmək istədilər
Azərbaycandan Gürcüstana "Qırmızı körpü" gömrük-keçid məntəqəsi vasitəsilə bəyan edilməmiş gümüş məmulatları və qab-qacağın gətirilməsinin qarşısı alınıb.APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.Məlumata əsasən, gömrükçülər qanunsuz yükü Gürcüstan vətəndaşının idarə etdiyi yük maşınına ətraflı baxış zamanı aşkarlayıblar.Müsadirə edilmiş gümüşdən olan əşyaların ümumi çəkisi 9 038 qram, gömrük dəyəri isə 38 289 lari (təqribən 15 min ABŞ dolları) təşkil edib.İş üzrə materiallar əlavə araşdırmanın aparılması üçün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib....
08 Oktyabr 2026, 15:38
Səbuhi Əliyev DSK sədrinin müavini təyin olundu
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib.Bu barədə Citypost.az-a DSK-dan bildirilib. Məlumata görə, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib.Qeyd edək ki, Səbuhi Əliyev14 aprel 2026-cı ildən 24 avqust 2026-cı il tarixinədək Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb. Avqustun 24-də DSK-nın aparat rəhbəri təyin edilmişdi.Paralel olaraq Yusif Yusifov DSK-nın sədr müavini vəzifəsindən azad edilib....
08 Oktyabr 2026, 15:33
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb.Müdafiə Nazirliyindən Citypost.az verilən məlumata görə, plana uyğun olaraq hərbi hissəyə qəbul edilən hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər zəruri təminat vasitələri ilə təmin olunublar.Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirdə toplanışın məqsədi iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu cür tədbirlər ehtiyatda olanların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi baxımından mühüm...
08 Oktyabr 2026, 15:06
Türkmənbaşı şəhərində Prezident İlham Əliyev Türkmənistan Prezidenti ilə görüşüb
Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub.Citypost.az xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulandı.Qeyd edildi ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir.Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın...
08 Oktyabr 2026, 14:18