Bu şəklə baxanda bir anlıq atam yadıma düşdü...
Cəmiyyət 30 Sentyabr 2026, 11:47
707
Əvəz Zeynallının vəfat xəbərini eşidəndə və bu şəklinə baxanda bir anlıq atam — Taleh Həmid yadıma düşdü...
Atam 2000–2004-cü illərdə uzun sürən xəstəlik keçirmişdi. Sonra işsiz qalmışdı. Allah keçmiş vergilər naziri Fazil Məmmədova rəhmət eləsin. Atamın işsiz olduğunu eşidən kimi dərhal göstəriş vermişdi:
— Taleh müəllimi işlə təmin edin.
Biz düz 2014-cü ilə qədər həmin işin çörəyini yemişik. Bir insanın verdiyi qərar illərlə bütöv bir ailənin ruzisi olmuşdu. Yaxşılıq bəzən edən insanın yadından çıxır, amma yaxşılıq edilən ailənin yaddaşından heç vaxt silinmir.
Sonralar atamın işlədiyi ofis bağlandı və o, iki-üç ay işsiz qaldı. Həmin vaxt mən Dövlət Sərhəd Xidmətində işləyirdim, əlavə qazanc üçün bir avtomobil yuma məntəqəsi icarəyə götürmüşdüm. Atam isə evdə qalmaqdan, işsizlikdən çox darıxırdı.
Ömrü boyu mətbuatda çalışan, yazıları və səsi hər yana yayılan Taleh Həmid indi üç otaqlı evin dörd divarı arasında işsiz qalmışdı.
Bir gün mənə dedi:
— Cəlal, bəlkə gəlim sənin moykanda işçilərin üstündə dayanım? Evdə darıxıram...
Atamın bu sözləri məni daxilən elə sarsıtdı ki, nə cavab verəcəyimi bilmədim. Onu o vəziyyətdə görməyə ürəyim gəlmədi. Yalandan dedim:
— Ata, mən dünən moykanı təhvil vermişəm.
Həmçinin oxuyun
Halbuki verməmişdim...
Çox keçmədi, heç on gün tamam olmamış Anar müəllim Sahib Ələkbərova atamın işsiz olduğunu deyib. O da dərhal Taleh müəllimin işlə təmin edilməsinə kömək etdi. Atam ömrünün sonuna qədər həmin işdə çalışdı.
Mən o gün bir həqiqəti bütün ağırlığı ilə anladım: insan üçün ən ağırı təkcə pulsuz qalmaq deyil. Ən ağırı özünü gərəksiz, çarəsiz və unudulmuş hiss etməkdir. İllərlə çalışan, yaradan, cəmiyyətə söz deyən bir insanın qəfil dörd divar arasında qalması onun ruhunu sındırır.
Əvəz Zeynallının qucağında kitablarla, əlində torbalarla çəkilmiş bu fotosuna baxanda atamın həmin gün dediyi söz qulağımda səsləndi:
— Cəlal, bəlkə mən də gəlib işçilərin üstündə dayanım?..
Bəzən bir foto insanın illərdir ürəyində gizlətdiyi ağrını oyadır.
Allah Əvəz Zeynallıya, atam Taleh Həmidə və Fazil Məmmədova rəhmət eləsin. Anarın, Sahib Ələkbərovun atama göstərdiyi yaxşılığı isə ailəmiz heç vaxt unutmayacaq.
İnsana yalnız pul deyil, özünü lazım biləcəyi bir yer də lazımdır...
Cəlal Taleh Həmid
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib
Milli Məclisin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.Citypost.az xəbər verir ki, iş planı parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilib.Payız sessiyasının iş planına dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin və yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi daxil edilib.Sessiya çərçivəsində həmçinin "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında", "Pulsuz hüquqi yardım haqqında", "Aqrar sahə haqqında" yeni hazırlanan qanun layihələrinin də müzakirəsi nəzərdə tutulub.İş planının layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib....
30 Sentyabr 2026, 12:17
Yasamalda içməli su xəttində qəza baş verib
Bakı şəhərinin Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən içməli su xəttində qəza baş verib.Bu barədə Citypost.az xəbər verir ki, İri Şəhərlərin Su Təchizatı Xidmətindən məlumat verilib.Bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olunub. Su axıntısının qarşısı alınıb və hazırda xəttin təmiri və bərpası istiqamətində müvafiq işlər görülür.
30 Sentyabr 2026, 11:57
Filarmoniyanın fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlara aydınlıq gətirilib
"Azərbaycan Dövlət Akademik Filarmoniyasının binasında sonuncu əsaslı təmir işləri 2002-ci ildə həyata keçirilib. Həmin vaxtdan uzun müddət keçdiyi üçün binada gələcəkdə müvafiq əsaslı təmir işlərinin aparılması zərurəti istisna edilmir".Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, Filarmoniyanın fəaliyyətinin dayandırılması və binanın əsaslı təmirə bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda Filarmoniya öz fəaliyyətini adi qaydada davam etdirir."Binanın daxilində yaranmış ayrı-ayrı texniki nasazlıqların aradan qaldırılması məqsədilə cari təmir və bərpa işləri həyata keçirilir. Görülən işlər Filarmoniyanın fəaliyyətinə, eləcə də nəzərdə tutulan konsert və tədbirlərin keçirilməsinə maneə yaratmır.Qeyd edək ki, Filarmoniyanın 2026–2027-ci illəri əhatə edən konsert proqramı formalaşdırılıb və tədbirlər...
30 Sentyabr 2026, 11:33
Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir
Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir.Citypost.az xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq.
30 Sentyabr 2026, 11:11
Zakir Həsənov: Ordumuzun döyüş imkanları genişləndirilir
Azərbaycan Ordusunun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov ADEX-2026 sərgisinin iştirakçılarına müraciətində bildirib.Müraciətdə deyilir:"Hörmətli sərgi iştirakçıları, hörmətli qonaqlar!Sizi 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisində salamlayır və dəvətimizi qəbul edərək sərgidə təmsil olunan bütün ölkələrin nümayəndələrinə uğurlar arzulayıram!Əminik ki, ölkəmizdə keçirilən 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisi iştirakçı ölkələrin hərbi potensialının nümayişi, yeni müqavilələrin imzalanması və birgə layihələrin müzakirəsi üçün geniş imkanlar yaradacaqdır.Bu sərginin qabaqcıl texnologiyaların istehsalı sahəsində təcrübə mübadiləsi, müdafiə və təhlükəsizlik məsələləri üzrə perspektivlərin dəyərləndirilməsi üçün mühüm platforma olmaqla yanaşı, mövcud hərbi-texniki əməkdaşlığın inkişafına, yeni təşəbbüslərin...
30 Sentyabr 2026, 10:55
Azərbaycan XİN Botsvananı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Botsvananı Milli Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə naizrliyin "X" sosial media hesabında paylaşım edilib."Milli Günü münasibətilə Botsvana xalqına və Hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq!Milli Gününüz mübarək!" - paylaşımda qeyd olunub.
30 Sentyabr 2026, 10:49