Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 08 Oktyabr 2026, 12:40
436
Oktyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Citypost.az verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Axşam yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında gecə və səhər şərq rayonlarında, gündüzdən isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mir Həsən Vəzirov kim idi?
Yəqin ki, çox adamın mənfur “26 Bakı Komissarı”, daha dəqiq, onların Azərbaycana qarşı etdikləri iyrənc əməllərindən xəbəri var. Təəssüf ki, həmin “26”-ların içində qanı qanımızdan, canımızdan olan azərbaycanlılar da var idi. O azərbaycanlılar ki, Mart soyqırımının törədilməsində dolayı da yox, birbaşa təşkilatçılıq edirdilər. Bəli, onlar Məşədi Əzizbəyov və Mir Həsən Vəzirov idi. Əzizbəyov məlumdur, bəs Mir Həsən Vəzirov kim idi? Mir Həsən Vəzirov 13 fevral 1889-cu ildə anadan olub. Əsilli-nəsilli bir genə sahib olsa da, o, bu əsilzadəliyinə uyğun əməllər etməyib. Belə ki, Mir Həsən Vəzirov Qarabağ xanı olan İbrahimxəlil xanın vəziri Mirzə Əli Məhəmməd Ağanın nəvəsidir.Bundan başqa, Mir Həsən Vəzirov həm də görkəmli yazıçı Yusif Vəzir...
08 Oktyabr 2026, 12:30
Sumqayıtda yeniyetmə bıçaqlanıb
Sumqayıtda yeniyetmə bıçaqlanıb.Citypost.az xəbər verir ki, hadisə dünən şəhərdəki parklardan birində baş verib.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
08 Oktyabr 2026, 12:06
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı imzalayıblar....
08 Oktyabr 2026, 12:06
Paytaxtda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib
Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.Məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.Təmir işləri yekunlaşanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində təyin edilib. 170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunur....
08 Oktyabr 2026, 11:23
Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb
Azərbaycan Hökumətinin həyata keçirdiyi repatriasiya tədbirləri çərçivəsində Suriya Ərəb Respublikasından ölkəmizə gətirilən daha 13 vətəndaşımız (6 qadın, 7 uşaq) Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, müəssisədə onların ilkin tibbi müayinəsi aparılıb, eyni zamanda sosial və psixoloji vəziyyətlərinin qiymətləndirilməsi məqsədilə zəruri dəstək tədbirləri göstərilib.Hazırda repatriantların sosial reabilitasiyası istiqamətində işlər davam etdirilir. Reabilitasiya mərhələsi yekunlaşdıqdan sonra vətəndaşlar evlərinə yola salınacaqlar.Bundan sonrakı mərhələdə Agentliyin sosial işçiləri və psixoloqları onların evlərinə baş çəkərək fərdi vəziyyətlərini qiymətləndirəcək və ehtiyaclarına uyğun sosial dəstək tədbirləri müəyyənləşdirəcəklər.Qeyd edək ki, son illər ərzində ölkəmizə repatriasiya olunmuş...
08 Oktyabr 2026, 10:51
Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb
Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi, ev 7 ünvanında fəaliyyət göstərən "Golden Street" hotelinin fəaliyyəti dayandırılıb.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hoteldə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib....
08 Oktyabr 2026, 10:30