Lakin gülməyi unutdum Ana!
Cəmiyyət 07 Oktyabr 2026, 18:00
423
Gənclik gözəl məqamdır. Bəlkə də, ömrün ən xoşbəxt, bəxtəvər, rahat və qayğısız çağıdır. Üstəlik də, yaxşı ailən varsa. Nümunəvi ata, anaya sahibsənsə. Bu, ən böyük şansındır. Adam ürəkli olur. Elə bilirsən, heç kimin, heç nəyin sənə gücü çatmaz. Hər şeyə isə sənin əlin çatar. Çünki arxanda dağ kimi valideynlərin var.
Mənim gəncliyim çox şux, xoşbəxt və şən olub. Deyib-gülməyi, zarafatı sevmişəm. Əlbəttə, qədərində. Özümə hörmətlə yanaşı, kimin qızı olduğumu da unutmamışam. Hər addımıma fikir vermişəm. Amma evimizdə başqa bir qız olurdum. Hay-küylü, güləndə az qala divarlar silkələnirdi. O qədər ürəkdən gülürdüm. Bir müəllimim vardı. Rəhmətlik deyirdi, "Ramidə kişmişi gülür. Elə ürəkdən gülür, adamın eyni açılır".
Ancaq evdə həmişə bu gülmək üstündə danlanırdım. Anam deyirdi ki, "Olmaz belə gülmək. Qız uşağısan. Güləndə yeddievli qonşu eşidir. Ayıbdır. Ərə getdiyin yerdə üç gün sonra, gətirib, üstümüzə atacaqlar ki, belə gülmək olmaz". Bu mənim alyanaqlı, anamın, sonamın sözləri idi.
Əlbəttə, anam istəyirdi ki, mən hər şeydə nümunəvi olum, xoşbəxt olum. İndi, mən də eynilə qızıma qarşı eyni düşüncədəyəm.
Amma məsələ ondadır ki, anam deyən kimi ailə də qurdum, oğul uşaq sahibi də oldum, onları ürəyim istəyən kimi tərbiyə edib böyütdüm.
Lakin gülməyi unutdum Ana!
Sənin böyütdüyün o ötkəm, şıltaq, şən qızdan əsər-əlamət qalmadı Ana!
Mən hər şeydə nümunəvi olmağa çalışdım. Müəyyən qədər nail də oldum. Bəlkə də, lap çoxunu əldə etdim. Amma gözlərimdəki o işıq söndü, çöhrəmdəki təbəssüm yoxa çıxdı Ana!
Həmçinin oxuyun
Daha ürəkdən gülə bilmirəm. Gülməyi unutmuşam Ana!
Nə vaxt ürəkdən güldüyüm belə yadımda deyil. Biraz güləndə canım, ruhum ağrıyır Ana!
Bilmirəm, bəlkə də, çiyinlərimdəki yükün ağırlığı, ürəyimdəki nisgilin nəticəsidir.
Bilmirəm, heç nə bilmirəm.
Amma bircə şeyi bilirəm, o gülüşümü axtarıram Ana!
Tapa bilmirəm, itən gəncliyim, əriyən gözəlliyim kimi o da yox çıxıb. O tərəflərdə görsən, de ki, " səni axtaran, arzusunda olan var".
Ramidə Yaqubqızı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Heç olmasa 15 min manat təklif etsələr, razılaşarıq” – Məhkəmədə
Bakının Sabunçu rayonunda 1960-cı il təvəllüdlü Firudin Hacıyevi avtobusla vurub öldürməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Ələşrəf Əliyevin məhkəmə prosesində Şahid Musa Balakişiyev ifadə verib.Citypost.az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Orxan Qocayevin sədrliyi ilə keçirilən prosesdə şahid bildirib ki, hadisə vaxtı o da Firudin Hacıyevlə birgə olub:"Marşrut avtobusu sürətlə gəlirdi. Mən kənara çəkildim və qışqıraraq Firudin Hacıyevi də səslədim. Lakin avtobus onu vurdu, sonra təcili tibbi yardıma zəng etdik".Şahid qeyd edib ki, görülən işlərlə əlaqədar yola təhlükəsizlik üçün işarə qoyulub:"Qırmızı konus bizdən 10 metr irəlidə idi. Avtobus çox sürətlə gedirdi".Ələşrəf Əliyev deyib ki, şahid Musa Balakişiyevi tanımır və hadisə...
07 Oktyabr 2026, 18:07
Çexiyanın nəqliyyat naziri Azərbaycana səfər edəcək
Çexiyanın nəqliyyat naziri İvan Bednarik (Ivan Bednárik) Azərbaycana rəsmi səfər edəcək.Citypost.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Çexiyanın Nəqliyyat Nazirliyindən bildirib.Qeyd olunub ki, səfər Çexiya nümayəndə heyətinin oktyabrın 11-dən 16-dək Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə həyata keçirəcəyi irimiqyaslı turne çərçivəsində baş tutacaq.Məlumata əsasən, Bakıya səfəri zamanı naziri Çexiyanın Sənaye və Nəqliyyat İttifaqının (SP ČR) himayəsi altında yerli iş adamlarından ibarət nüfuzlu nümayəndə heyəti müşayiət edəcək. B2B/B2G formatında görüşlər və biznes-forumlar çərçivəsində dəmir yolu nəqliyyatı, logistika, multimodal daşımalar, mülki aviasiya və müvafiq infrastruktur sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriləcək.Missiya regionda layihələr həyata keçirən və ya yeni təşəbbüslərə,...
07 Oktyabr 2026, 18:00
Əsgərimiz Zəngəzurda saxlanılan zaman nə edib? – Paşinyan açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan əsgərinin ölkə ərazisinə daxil olması və saxlanılması zamanı çəkiliş aparılıb-aparılmadığı məsələsinə münasibət bildirib.Citypost.az Globalinfo.az-a istinadla xəbər verir ki, Paşinyan parlamentdə hökumət saatı zamanı müxalifət deputatı Liana Qasparyanın sualını cavablandırarkən hadisənin görüntülərinin olub-olmamasını bilmədiyini deyib.Onun sözlərinə görə, saxlanılan zaman əlində odlu silah olan azərbaycanlı əsgər müqavimət göstərməyib.Baş nazir Nəsimi Musayevin üzərində müəyyən xəsarətlər olduğunu vurğulayıb.Qeyd edək ki, əsgər Nəsimi Musayevin saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur....
07 Oktyabr 2026, 17:45
Sabunçuda doğulmuş Zorge kim idi?
Qeyd dəftərçəsindən."Rixard Zorge 4 oktyabr 1895-ci il tarixdə Bakının alman mühəndisi Adolf Zorgenin ailəsində Sabunçu qəsəbəsində doğulmuşdu. O, deyirdi: “Mən Bakıda doğulmuşam özümü Azərbaycanlı hesab edə bilərəm. Amma təəssüf ki, Azərbaycan dilini bilmirəm”.Gənc Rixard SSRİ-də və Almaniyada İnternasionalda fəaliyyət göstərmiş, kəşfiyyata maraq göstərmişdir.Zorge ötən əsrin 30-cu illərindən başlayaraq əvvəlcə Çində, sonra isə Yaponiyada rezident kimi fəaliyyət göstərmişdir. Zorge Barbarossa əməliyyatından əvvəl SSRİ rəhbərliyini Almaniya tərəfindən gözlənilən hücumla bağlı xəbərdar etmişdi. Lakin Stalin və onun komandası bu bu informasiyaya etinasız yanaşıb. "Ramzay" – Zorgenin agentura təxəllüsü belə idi- 1941-ci ildə Yaponiyada fəaliyyət göstərərkən SSRİ rəhbərliyinə Yaponiyanın yaxın gələcəkdə sovetlərə hücum etməyəcəyi barədə dəqiq...
07 Oktyabr 2026, 17:30
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib
7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, nazir çıxışında, artan qlobal gərginlik fonunda beynəlxalq hüququn fundamental norma və prinsiplərinə riayət olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini, qarşılıqlı hörmət və maraqlar əsasında ölkələrarası əməkdaşlığın regional sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf üçün mühüm amil olduğunu vurğulayıb.Çıxışda, MDB-nin yaranmasının 35 illiyi və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun 20 illiyi qeyd edilərək, Birliyin bərabərhüquqlu dialoq və çoxtərəfli əməkdaşlıq platforması kimi rolu vurğulanıb. Humanitar əməkdaşlığın gündəlikdəki mühüm yerindən...
07 Oktyabr 2026, 17:29
Bakıda 10 minə maral başı satılır
Bakıda 10 min manata maral başı satılır.Citypost.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə elan yerləşdirilib.Satıcı bildirib ki, maral başının əllidən çox yaşı var, Sibirdən gətirilib. Onun sözlərinə görə, suvenirin son qiyməti 10 min manatdır.Qeyd edək ki, bu cür dekorativ əşyalar taxidermiya üsulu ilə hazırlanır. Heyvan öldükdən sonra onun dərisi ehtiyatla çıxarılır, qorunması üçün xüsusi şəkildə işlənir, sonra içəridə maralın baş və boyun formasında hazırlanmış süni qəlibin üzərinə çəkilir. Buynuzlar çox vaxt həqiqi olur, gözlər isə adətən süni şüşədən düzəldilir....
07 Oktyabr 2026, 17:08