Bizə yazın

Baku

-°C

USD

-

Bu səhər şəhər də birbaşqa idi

Söz adamı 05 Oktyabr 2026, 10:32

1970

Bu səhər şəhər də birbaşqa idi. 

Havanın havasın köksünə sıxıb, 

Biraz kövrək, biraz qəmli gözlərlə 

Nəmli göylərə boylanırdı.

Buludlar da ağlamaq üçün bəhanə axtarırdı sanki. 

Yağışdan islanmış insanlar 

Küçələrə səpələnmişdi.

Mən də axına qoşulub, 

Sel dənizində itmək, yox olmaq istəyirdim. 

Bəlkə də sevmək istəyirdim yağışı. 

Akasiyalar da çiçəkləyib, 

Sevgi qoxuyur şəhərin küçələri.

Biraz buludlarla dərdləşmək istədim. 

Mən kövrəldim, o ağladı. 

Sıxdıq kipriklərimizi, 

Göz yaşımız sel olana kimi. 

Küçə aşağı axan sulara qarışdıq.

Tanrım, boğuldum sərçələrin əyləndiyi gölməçələrdə.

Yanağımda özünə yol açan qoşa damlalar

qovuşacağı məkana çatmaq üçün 

nədənsə tələsdilər üzüaşağı axan sular kimi.

Sevinclə kədər arasında körpüyə çevrildilər.

İstədim əl atıb tutam yağışın əlindən.

Yaş idi deyə sürüşüb düşdü ovcumdan.

Qarışdı göllənən, sellənən sulara.

Torpağa qovuşmaq üçün özünü göy üzündən 

Yerə atıb intihar etdi damlalar.

Ramidə Yaqubqızı.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xatirə Rəhimbəylinin şeiri -Şəhidim

 Cəsurluğun qürurum,kədərimdi həlakın,Cismin məzarda saxlı,ruhun cənnətdə sakin."Əzizim,Vətən yaxşı...",-deyim,bayatı çəkim,Yoxsa məzarın üstdə çalım layla,şəhidim?Yurdun hər qarışında sənin haqqı-sayın var,Palıdlaşan vüqarın,çinarlaşan boyun var.Udduğumuz havada,suda sənin payın var,Layiqiksə,haqqını halal eylə,şəhidim.Keçdin taleyimizdən,keçdin ildırımsayaq,Yağdırdın alovunu düşmən üstə...yenə yağ...Adın - müsəlləh əsgər,ruhun daima oyaq,İgidləri qisasa çağır,hayla,şəhidim.Zamanları adlayar,əsrləri aşarsan,Gözlərdə,könüllərdə elə qaynar,daşarsan.Bizlər gəldi-gedərik,sən əbədiyaşarsan,Bizdən gələcək nəslə salam söylə,şəhidim.Layiqiksə,haqqını halal eylə,şəhidim.

27 Sentyabr 2026, 11:10

Dəli  - Xatirə Rəhimbəyli yazır

Gözümün yaşını selə döndərib,     ömrün altın üstə çevirən dəli.Yalandı bu acı giley-güzarlar,     mən yenə də səni sevirəm, dəli.Neyləyim bu qədər sərtsən, soyuqsan?Çaşaram hardasa qarşıma çıxsan.Sən ay mənim yoxum, sən həmin yoxsan!Varsan ki, taxtını devirəm, dəli?Sən bir şirin yoxsan, mən bir acı var!Sən lalsan, mən isə dilli-dilavar!Dəli duyğuları, noolar, gəl apar,     hərəsin bir yana qovuram, dəli!..Qalmaya ürəklər güman içində,     elə ah içində, aman içində.Noola, tufan olam bir an içində –     bütün dərdü-səri sovuram, dəli.Sən bir var olasan, mən bir bəxtəvər –     döyə qapımızı hey xeyir xəbər,     deyə bir-birinə vurğun könüllər     hər səhər, hər...

24 Sentyabr 2026, 20:16

Getdilər... Zülfüqar Rüfətoğlu 

Heç vaxt unutmaram o avtobusu…Adlar sadalandı, başlandı minikİki dayanacaq var idi yolda,Biri qazilikdi, biri şəhidlik.Nəğmə deyə-deyə, rəqs edə-edə,Sanki gedirdilər toya, düyünə,Az sonra avtomat asacaqdılar,Hələ yük görməyən zərif çiyinə.Heç görməmişdilər,Eşitmişdilər adını Şuşanın,Ya Zəngilanın,Heç 19 yaşı hələ yox idi,Mənim əvəzimə ölən oğlanın…Lap tezdən getdilər,Günəş doğmadan,Körpə balaları oyatmadılar,Hamı qayıtmaqçün çıxmışdı evdən,Getdilər…Bir daha qayıtmadılar.

23 Sentyabr 2026, 20:22

Saday Şəkərlinin şeirləri ingilis dilində nəşr edildi

Şair Saday Şəkərli yeni nəşr olunan “Sözün yaşıl fəsli” kitabı ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, Şair bildirib ki, kitabda gənclik illərində yazdığı şeirlərlə yanaşı, amerikalı şair Kevin Rabas və gənc Azərbaycanlı tərcüməçi Murad Cəlilin onun şeirlərini ingilis dilinə çevirdiyi nümunələrə də yer verilib.Saday Şəkərli qeyd edib ki, həmin tərcümələr bir müddət əvvəl 60 illik yubileyi münasibətilə ona hədiyyə olaraq Brüsselə göndərilib. O, yeni kitabında bu şeirlərə yenidən yer verərək onların “ikinci həyat” qazandığını bildirib.Şairin sözlərinə görə, kitabın digər tərcüməçisi Almaniyada yaşayan Vika Krutu, tərtibçisi isə ukraynalı İrina Savitskayadır....

23 Sentyabr 2026, 10:08

Nə bilsin külək... Şəhriyar Del Gerani  

Kirli köynəyimi yumuşdu anam,Külək bulamışdı... Nə bilsin külək?!Mənsə hirslənmişdim anama onda,Anam ağlamışdı... Nə bilsin külək?!Bir gün dalaşmışdım qonşu uşaqla,Üstəlik anasın söymüşdüm onun,Oysa hikkəsindən bir yekə torbaYarpağ tıxamışdı buxarımıza.Sobamız yanmadı fevral gecəsiÇayım soyuq oldu, atamız qrip.Mən dedim “küləyin işidi yəqin”Anam da inandı... Nə bilsin anam”Yiyəsi ölsün bu küləyin” – dedi.O vaxtdan yiyəsiz qalıb küləklər,Bu yetim küləklər nə bilsin axı...Sən üşüməyəli ikinci qışdı,Ay allah kəs görüm bu nə yağışdı?!Yığışdım özümə, elə yığışdım.Para buğdasına söykənib yatanQarışqa misali elə yorğunam...Soruşma neçənci qərib soyuğun,Neçənci dostumun uzaqlığıyam.Həminki qayğıdı bu tifil qayğıKipriyimə qədər yorğunam anam...Bir pişiyim də yox qucağlayası,Qucağım sinəmdə bayquş yuvası,Barı dost da ölmür yas saxlayasan,Hamı...

22 Sentyabr 2026, 11:54

Simran Həsənovun bir kitaba sığmayan ömrü

Tanınmış hüquqşünas alim, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri, Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru, professor Simran Həsənovun 70 yaşı tamam olur.“Reyting.az” xəbər verir ki, "Elm və təhsil" nəşriyyatında işıq üzü görən "Qəfil payızın ovqatı" kitabı Simran müəllimin zəngin həyat yolundan bəhs edir.Kitabda S. Həsənovun müxtəlif illərdə müxtəlif mətbuat orqanlarında Simran Seyfəddinoğlu imzası ilə dərc etdirdiyi bədii yazıları da yer alıb.Görkəmli alim və ictimai xadim Simran Həsənov 1956-cı ilin sentyabrında İsmayıllı rayonunda, özünün də qeyd etdiyi kimi, gözəllikdə dünyada bənzəri olmayan Buynuz kəndində doğulub. BDU-nun hüquq fakültəsində ali təhsil alıb. Uzun illər yüksək vəzifələrdə çalışıb. İndi "Azərbaycan" adlanan, sovet dövründə...

21 Sentyabr 2026, 15:26