Bizə yazın

Baku

-°C

USD

-

Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri

Cəmiyyət 07 Oktyabr 2026, 13:13

291

O, SSRİ-nin 70 il mövcud olduğu dövrün 40 ilində ən yüksək vəzifə kürsülərinə sahiblik edib, 1935-ci ildə marşal rütbəsi təsis ediləndə bu ali rütbəni alan ilk beş nəfərdən biri də məhz Kliment Voroşilov olub.

On beş il hərbi nazir vəzifəsini daşıyan Voroşilovun heç bir ali təhsili olmayıb. 1930-cu illərdə ölkədə universitetlər, akademiyalar yaradılanda, Siyasi Büroda yüksək vəzifəli hərbçilərin təhsil alması müzakirəyə çıxarılarkən Kliment Voroşilov İosif Stalinə müraciət edib:

– Koba, məni nə vaxt oxumağa göndərəcəksən?

Stalin bu suala təbəssümlə cavab verib:

– Heç vaxt, sənin oxumağına ehtiyac yoxdur.

Voroşilov Stalinə məhz “sən” və “Koba” deyərək müraciət edib. Onların arasında dostluq münasibətləri hələ inqilabdan əvvəlki illərdə yaranıb. 1900-cü illərin əvvələrindən Voroşilov inqilabi hərəkata qoşulub, “Volodin” təxəllüsü ilə Luqanskda, Petroqradda və Bakıda gizli partiya fəaliyyəti ilə məşğul olub.

Vətəndaş müharibəsinin ən fəal iştirakçılarından olan Voroşilov 1918-1920-ci illərdə 10-cu ordunun komandanı, cənub cəbhəsi hərbi şurasının üzvü, bir neçə ay Ukrayna daxili işlər komissarı, Xarkov hərbi dairəsinin komandanı vəzifələrində işləyib.

Qatı Stalinçi kimi tanınan Voroşilov 1925-ci ildə SSRİ-nin hərbi naziri təyin edilib. Onun bu quruma 15 illik rəhbərlik dövrü hərbi araşdırmaçılar tərəfindən ordu quruculuğunda heç də uğurlu bir dövr kimi qiymətləndirlməyib.

1939-1940-cı illərdə sovet-fin müharibəsində ən uğursuz hərbi əməliyyat Voroşilovun adı ilə bağlı olub. Sovet-alman müharibəsi zamanı Dövlət Müdafiə Komitəsinin üzvü olan Voroşilov şimal-qərb cəbhəsinə komandanlıq edib. Məhz onun səriştəsizliyi ucbatından Leninqrad alman qoşunları tərəfindən mühasirəyə düşüb. Vəziyyətin son dərəcə gərgin və mürəkkəb olduğunu anlayan İosif Stalin Georgi Jukovu Leninqrada göndərərək Voroşilovu geriyə, Moskvaya çağırıb.

Əslində Voroşilovu şimal-qərb cəbhəsindəki uğursuzluğa görə ən ağır cəza gözləyib, Kreml məmurları onun hərbi kollegiya tərəfindən güllələnəcəyi haqqında hökmün çıxarılacağını düşünüb. Amma hər şey əksinə olub. Stalin köhnə dostluğu unutmayıb. Qeyd edək ki, Voroşilov yeganə şəxs olub ki, buraxdığı səhvlərə görə Stalin tərəfindən bir-neçə dəfə bağışlanıb.

Təbii ki, Stalinin marşala bu cür münasibəti səbəbsiz olmayıb. Voroşilov öz sədaqəti ilə Stalini ovsunlaya bilib, onun ən güclü təbliğatçısına çevrilib. Stalin repressiyaları zamanı Voroşilov çox vaxt könüllü olaraq illərlə tanıdığı, ailə dostu olduğu insanları çox asanlıqla güdaza verib. Müntəzəm olaraq orduda xidmət edən yüksək çinli hərbçilərin siyahısını Yejovun “repressiya aparatına” göndərib. Siyahılarda marşal Rokossovskinin adı da əks olunub. Bu məsələdə onun üçün əsas meyar yalnız Stalinin xoşuna gəlmək, rəhbərin “sevimli kadr”na çevrilmək prinsipi əsas tutulub.

Voroşilovu digərlərindən fərqləndirən cəhətlərindən biri cəlbedici nitqi, insan kütlələrini inandırmaq bacarığı, xoş ünsiyyət yaratmaqla nüfuz qazanmağı olub. O, xalq arasında böyük populyarlığı ilə özünü sevdirməyi bacarıb.

Kremldaxili oyunlardan həmişə qalib çıxan Voroşilov Stalinin vəfatından sonra da mövqelərini qoruya bilib. Vaxtilə Stalinin ən yaxın silahdaşı olan marşal Xruşovun da ürəyinə yol tapıb və 1953-cü ildə o, Nikita Xruşovun təşəbbüsü ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilib.

Xruşovu ələ alaraq hakimiyyətin ən yüksək eşalonunda təmsil olunan Kliment Voroşilov 1957-ci ildə sonralar “antipartiya qrupu” adlanan Vyaçeslav Molotov, Gorgi Malenkov, Lazar Kaqanoviçə dəstək verərək saray çevrilişinə cəhd edənlərin fəallarından birinə çevrilib. Şanslı marşalın bu dəfə də bəxti gətirib. Hakimiyyəti əldə saxlaya bilən Xruşov Voroşilovu bu xəyanətinə görə vəzifəsindən uzaqlaşdırmayıb. Amma sözsüz ki, onunla vidalaşmağa məqam gözləyib.

Xruşovun oğlu Sergey Xruşov öz xatirələrində bu haqda yazıb:

“Atamla Voroşilovun arasındakı münasibətlər çox da səmimi olmayıb. Voroşilov hakim dairələrdə olduğu bütün dövrlərdə qisas hissi ilə yaşayıb. O, vəzifədə qalmağı üçün ən yaxın silahdaşlarını belə güdaza verməyə hazır olub. Uzun illər orduda birgə xidmət etdiyi Konstantin Rokossovski haqqında Stalinə yazdığı məktub bu gün də arxivlərdə saxlanılır. Bu qısqanclıqdan irəli gəlib. Voroşilov Stalinin yanında yalnız özünü görmək istəyib. Atam yeni siyasi konfliktlərin yaranmaması üçün Voroşilovu SSRİ Ali Soveti Rəyasət Heyətinə sədr vəzifəsinə seçdirmişdi. Əslində onun bu vəzifədəki səlahiyyətləri məhdudlaşdırılmışdı və özü də bunu bilirdi və deyirdi ki, mən heç bir səlahiyyətə malik olmayan SSRİ-nin fəxri prezidentiyəm. İranın SSRİ-dəki səfiri ilə görüşündən sonra isə atam onunla konkret danışıb və artıq getmək vaxtının olduğunu bildirib. Belə ki, bu görüş zamanı Voroşilovun səfirə “siz nə qədər bu şahla (İran şahı nəzərdə tutulur) işləyəcəksiniz, nə qədər ona dözəcəksiniz” deməsi atamı qəzəbləndirib. Görüşdən sonra atamın onunla ciddi söhbəti olub. “Sənin bu cür danışıqların yeni müharibələr yaradacaq, sən artıq getməlisən” deyərək fikrini bildirib…”

Bununla da, 1960-cı ilin may ayında 80 yaşlı Kliment Voroşilov SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən azad edilib. Uzunömürlü marşal 1969-cu ildə 89 yaşında vəfat edib. Onun nəşi yandırılaraq Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.

Jalə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda bu həftədən ov mövsümü başlayır 

“Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclası keçirilib və 10 oktyabr 2026-cı il tarixindən etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib.Bu barədə Citypost.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər:“Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər, yalnız ovçuluq təsərrüfatlarından və ov üçün müəyyən edilmiş ərazilərdən istifadə etsinlər”....

07 Oktyabr 2026, 13:22

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib 

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda qurultayın keçirilmə tarixinin oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilməsinə qərar verib.Bu barədə Citypost.az-a MŞ-dan məlumat verilib.Bildirilib ki, qərar hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurətindən irəli gəlir."Təşkilat Komitəsi Mətbuat Şurasına üzv təşkilatalara qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin verilməsi prosesini sürətləndirməyə, bunun üçün MŞ-nin “presscouncil.az” veb-saytındakı “Azərbaycan jurnalistlərinin IX qurultayı” bölməsində yerləşdirilmiş təlimatı yerinə yetirməyə (anketləri dolduraraq şəxsən Mətbuat Şurasına çatdırmaq və ya [email protected] elektron ünvanına göndərmək) çağırır", - məlumatda bildirilib.Qeyd edək ki, nümayəndələrin və namizədlərin verilməsi prosesi oktyabrın 12-də başa çatacaq. Qurultay...

07 Oktyabr 2026, 13:15

Sabahın hava proqnozu açıqlanıb 

Oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60% olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə...

07 Oktyabr 2026, 13:07

Rəşid Mahmudov Elza Seyidcahana 500 manat ödəyəcək - QƏRAR

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi, Əməkdar müəllim Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb.Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudov mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edib.Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə 500 manat məbləğində vəsait ödəməlidir.Qeyd edək ki, Elza Seyidcahan Rəşid Mahmudovun efirdə onun barəsində təhqiramiz ifadə işlətdiyini iddia edərək məhkəməyə müraciət edib. O, Rəşid Mahmudovun mənəvi zərərə görə ona 10 min manat ödəməsini istəyib....

07 Oktyabr 2026, 12:42

"Nənələr" folklor klubunun üzvünün oğlu Rusiya-Ukrayna müharibəsində öldürülüb

Rusiya-Ukrayna müharibəsində daha bir azərbayacnlı ölüb.APA-nın cənub bürosunun verdiyi xəbərə görə, müharibəyə həkim kimi qatılan Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev dron hücumu zamanı öldürülüb.58 yaşlı lənkəranlı həkim Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra, Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb. Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən döyüşlərə qatılıb. Bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.Qeyd edək ki, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olub. Moskvada namizədlik dissertasiyası...

07 Oktyabr 2026, 12:00

Vüqar Rəhimzadə Ordubadda seçicilərin müraciətlərini dinlədi

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Dəstə kəndində seçiciləri ilə növbəti görüşünü keçirib.Citypost.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə deputat seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

07 Oktyabr 2026, 11:21