Son 7 ildə 923 uşaq övladlığa götürülüb
Cəmiyyət 08 Oktyabr 2026, 17:20
246
Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib.
Bu barədə Citypost.az Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb.
Həmçinin oxuyun
Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Faiq Quliyev Gürcüstanın İnvestisiya Agentliyinin rəhbəri ilə görüşdü
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın İnvestisiya Agentliyinin baş direktoru Mixeil Xidureli ilə görüşüb."Report"un Gürcüstan bürosu xəbər verir ki, oktyabrın 8-də keçirilən görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi və investisiya əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.Azərbaycanın uzun illər ərzində Gürcüstan iqtisadiyyatına ən iri sərmayə yatıran ölkələrdən biri olduğu vurğulanıb. Tərəflər Gürcüstanın investisiya mühiti, mövcud imkanlar və qarşılıqlı investisiyaların artırılması perspektivləri barədə fikir mübadiləsi aparıblar.Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, yeni investisiya layihələrinin təşviqi və həyata keçirilməsi, həmçinin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi istiqamətində mövcud imkanlar nəzərdən keçirilib.Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da...
08 Oktyabr 2026, 17:28
Şübhəli maliyyə əməliyyatlarının sayı kəskin artdı
2025-ci ildə Maliyyə Monitorinqi Xidmətinə (MMX) 1 197 şübhəli hesab olunan maliyyə əməliyyatı ilə bağlı hesabat təqdim edilib.Citypost.az bu barədə MMX-ya istinadən xəbər verir.Məlumata görə, bu, 2024-cü illə müqayisədə 53,7 % çoxdur.Ötən il banklar 999 (51,8 % çox), bank olmayan kredit təşkilatı 8, notariuslar 65, investisiya şirkətləri 10, poçt rabitəsinin milli operatoru 2, elektron pul təşkilatları 106, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan siğorta təşkilatları 1, ödəniş təşkilatları 5, ödəniş sistem operatorları isə 1 əməliyatla bağlı MMX-nı məlumatlandırıb.Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə...
08 Oktyabr 2026, 17:13
Məleykə Əsədovanın ailəsinə ağır itki – 29 yaşlı bacısı qızı vəfat etdi
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib.Citypost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçinin bacısı qızı Mina ötən gün İranda uzunsürən xəstəlikdən vəfat edib.Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş.Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaşı ilə ailə qurub. O, 2008-ci ildə iki qızı ilə birlikdə dəm qazından boğulub. Həmin vaxt Mina sağ qalsa da, 13 yaşlı bacısı həyatını itirib....
08 Oktyabr 2026, 16:48
Energetika Nazirliyinin verdiyi icazələrin sayı AÇIQLANDI
Bu ilin 3-cü rübündə Energetika Nazirliyi ümumilikdə 149 icazə verib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, "İxrac nəzarəti haqqında" Qanuna əsasən, ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) idxalı üzrə 141, ixracı üzrə 5, tranziti üzrə 2 icazə verilib.Hesabat dövründə, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 1 icazənin verilməsi təmin olunub.Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib....
08 Oktyabr 2026, 16:40
Keçmiş prezidentin oğlu 4 il həbs cəzası aldı
Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin oğlu, Sosial Demokratlar Partiyasının lideri Kadır Atambayev hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.Citypost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.Qərarı Bişkek şəhərinin Bir May rayon məhkəməsi çıxarıb.Məhkəmə Kadır Atambayevi kütləvi iğtişaşların təşkili işi üzrə təqsirli bilib. Dövlət ittihamçısı onun 7,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Qırğızıstan Daxili İşlər Nazirliyi kütləvi iğtişaşların təşkili faktı ilə bağlı cinayət işini 2025-ci ilin noyabr ayının sonunda açıb.Qeyd edək ki, Sosial Demokratlar Partiyası 2018-ci ildə Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin tərəfdarları tərəfindən yaradılıb və müxalif siyasi birlik kimi fəaliyyət göstərir. (APA)...
08 Oktyabr 2026, 16:30
AYB-dən üzvlərə son tarix: Borcu olanlar xaric ediləcək
Azərbaycan Yazıçılar Birliyi üzvlərinə müraciət edib.Bu barədə Citypost.az-a AYB-dən məlumat verilib.Bildirilib ki, Azərbaycan Yazıçılar Birliyi katibliyinin qərarına əsasən üzvlüklə bağlı əvvəlki illər üçün olan borclarını və 2026-cı il üçün 1 illik üzvlük haqqını 01.11.2026 tarixinə qədər ödəməyənlər AYB üzvlüyündən xaric ediləcək.
08 Oktyabr 2026, 16:12