Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Cəmiyyət 08 Oktyabr 2026, 17:51
316
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Citypost-ya verilən xəbərə görə, DSX Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 6-da həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 (bir) nəfər Mərakeş Krallığı vətəndaşı, oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 2 (iki) nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Həmçinin oxuyun
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Unudulmaz generalın HƏYAT DASTANI
Əbdurrəhman bəy Fətəlibəyli-Düdənginski 1908-ci ilin iyun аyının 12-də Naxçıvanın Şərur rаyоnunun Düdəngə kəndində аnаdаn оlub.Tiflisdəki hərbi-piyаdа məktəbini bitirib, sоnrа Azərbaycan diviziyаsındа хidmət еdib. Moskvadа Hərbi Аkаdеmiyаdа təhsil аlıb. Minbаşı (mаyоr) rütbəsində оlmuşdur.Ata-babaları məşhur Səfəvi nəslinə mənsubdur. "Əlincə yaddaşı, Naxçıvan, 1914-1992" kitabında yazılır: "Arpa çayının sol sahilində məskunlaşan Səfəvilərə (Səfiyevlərə) gəldikdə, bu tayfanın nümayəndələri dövlət aparatlarında mövqe sahibləri olmuşlar. Qəza rəislərinin əksəriyyəti Səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə tanınmış İsmayıl xan bir qayda olaraq qəzanın mirabı seçilərdi.. Səfəvilər1920-ci ildən etibarən xeyli zəifləmiş, mülkləri dağılmış, özləri də pərən-pərən düşmüşdülər. Səfəvilərin nümayəndəsi Teymur bəy ömrünün sonunadək Şərur Qəza İcraiyyə Komitəsinin...
08 Oktyabr 2026, 17:55
“AzerGold” sədri “Yüksəliş” qalibinə tövsiyələr verdi
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 5-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqənin qalibi Toğrul Xəlilov ilə növbəti görüşünü keçirib.“AzerGold”dan Citypost.az-a verilən məlumata görə, fərdi inkişaf prioritetlərinin müəyyənləşdirilməsinə həsr olunan görüşdə əsas müzakirə mövzusu menti tərəfindən hazırlanmış Fərdi İnkişaf Planının təqdimatı və əsaslandırılması olub. Toğrul Xəlilov peşəkar və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş planını təqdim edib, qarşıya qoyduğu hədəfləri və bu hədəflərə nail olmaq üçün nəzərdə tutulan əsas addımları izah edib.İdarə Heyətinin sədri təqdim olunan planı dinləyərək idarəetmə, liderlik və fəaliyyətin səmərəli planlaşdırılması ilə bağlı öz təcrübə və tövsiyələrini bölüşüb. O, inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsinin, qarşıya qoyulan hədəflərin sistemli şəkildə...
08 Oktyabr 2026, 17:35
Faiq Quliyev Gürcüstanın İnvestisiya Agentliyinin rəhbəri ilə görüşdü
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın İnvestisiya Agentliyinin baş direktoru Mixeil Xidureli ilə görüşüb."Report"un Gürcüstan bürosu xəbər verir ki, oktyabrın 8-də keçirilən görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi və investisiya əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.Azərbaycanın uzun illər ərzində Gürcüstan iqtisadiyyatına ən iri sərmayə yatıran ölkələrdən biri olduğu vurğulanıb. Tərəflər Gürcüstanın investisiya mühiti, mövcud imkanlar və qarşılıqlı investisiyaların artırılması perspektivləri barədə fikir mübadiləsi aparıblar.Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, yeni investisiya layihələrinin təşviqi və həyata keçirilməsi, həmçinin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi istiqamətində mövcud imkanlar nəzərdən keçirilib.Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da...
08 Oktyabr 2026, 17:28
Son 7 ildə 923 uşaq övladlığa götürülüb
Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib.Bu barədə Citypost.az Sosial Xidmətlər Agentliyindən məlumat verilib.Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb.Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdır.
08 Oktyabr 2026, 17:20
Şübhəli maliyyə əməliyyatlarının sayı kəskin artdı
2025-ci ildə Maliyyə Monitorinqi Xidmətinə (MMX) 1 197 şübhəli hesab olunan maliyyə əməliyyatı ilə bağlı hesabat təqdim edilib.Citypost.az bu barədə MMX-ya istinadən xəbər verir.Məlumata görə, bu, 2024-cü illə müqayisədə 53,7 % çoxdur.Ötən il banklar 999 (51,8 % çox), bank olmayan kredit təşkilatı 8, notariuslar 65, investisiya şirkətləri 10, poçt rabitəsinin milli operatoru 2, elektron pul təşkilatları 106, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan siğorta təşkilatları 1, ödəniş təşkilatları 5, ödəniş sistem operatorları isə 1 əməliyatla bağlı MMX-nı məlumatlandırıb.Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə...
08 Oktyabr 2026, 17:13
Məleykə Əsədovanın ailəsinə ağır itki – 29 yaşlı bacısı qızı vəfat etdi
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib.Citypost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçinin bacısı qızı Mina ötən gün İranda uzunsürən xəstəlikdən vəfat edib.Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş.Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaşı ilə ailə qurub. O, 2008-ci ildə iki qızı ilə birlikdə dəm qazından boğulub. Həmin vaxt Mina sağ qalsa da, 13 yaşlı bacısı həyatını itirib....
08 Oktyabr 2026, 16:48