İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür
Cəmiyyət 15 Oktyabr 2026, 08:00
536
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür.
Citypost.az xatırladır ki, həmin ilin oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:
"Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Xalq Ulu Öndərin çağırışına dəstək göstərdi. Nəticədə 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi və bununla da ölkənin inkişafında yeni mərhələ başlandı.
Prezident İlham Əliyev iyirmi üç illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifahı daha da yaxşılaşıb.
Həmçinin oxuyun
Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir ordu yaradılıb, ölkənin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək və öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdacaqlar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bu ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq."Unikal" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri zamanı Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Mirəli Seyidov, Nəriman Nərimanov küçələri və İnşaatçılar prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Xəzər RETSİ-nə daxil olan Albalılıq və Binə Atçılıq yaşayış massivləri, Buzovna qəsəbəsi, Abşeron küçəsinin bəzi ərazilərində 35/6 kV-luq 491 saylı...
15 Oktyabr 2026, 08:17
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva tədbirdə iştirak ediblər.
14 Oktyabr 2026, 23:19
Gedək, içək - Aqşin Yenisey
Bu sevgim də daşa dəydiBəxtəvər daşın başına.Qarımış göy üzü kimi Asta-asta qar yağıram sağ əlim qışın başına.Daha dostlar da qoclaıbMənim Parisim dağılıbBütün səfillər yığılıb Yenə Qavroşun başına.Bəs o kimdi göydən baxdıBaxdı...baxdı... yoxa çıxdı.Bir şimşək də güllə çaxdıYağan yağışın başına.Bu sevgim də daşa dəydiDaş düşsün daşın başına..
14 Oktyabr 2026, 22:24
İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
14 Oktyabr 2026, 21:10
Azərbaycanlı reper Qazaxıstan sərhədində narkotiklə saxlanıldı
Azərbaycanlı reper Nəvai (Nəvai Bəkirov) Qazaxıstan sərhədində saxlanılıb.Citypost.az xəbər verir ki, reperin üzərində narkotik maddə aşkarlanıb.Nəvai sərhədi keçdikdən sonra saxlanılıb; o, Qırğızıstandan gəlirmiş. Jambıl Vilayət Polis İdarəsinin sosial media hesabından verdiyi məlumata görə, musiqiçinin maşınında 2,5 qram narkotik maddə tapılıb.Qanunsuz narkotik maddələr müsadirə edilib. Şübhəli narkotik qaçaqmalçılığı ilə bağlı araşdırma başlanıb. Bu hadisələr fonunda bu gün saat 20:00-da Astanadakı Jaksılık Uşkempirov adına Döyüş Sənəti Sarayında keçirilməsi planlaşdırılan konsert ləğv edilib. (UNIKAL)...
14 Oktyabr 2026, 20:40
Polkovnikdən Türkiyə ictimaiyyətinə çağırış: Azərbaycanla münasibətləri gərginləşdirməyin!
"İki qardaş ölkə arasında nifaq salmaq istəyənlər var. Amma nə Türkiyə xalqı, nə də Azərbaycan xalqı bu nifaqa uymamalıdır. Xalqlar arasında olan dostluq və qardaşlıq missiyası davam etdirilməlidir. Çünki Türkiyə ilə Azərbaycan arasında həm güclü iqtisadi, hərbi, həm də mədəni əlaqələr mövcuddur. Bu əlaqələri inkişaf etdirmək lazımdır. Münasibətlərdə gərginlik yaradılmasına icazə verməməliyik. Biz Türkiyənin ictimaiyyətinə də müraciət edirik və xüsusilə qeyd edirik ki, əhali arasında olan insanlar da bu yoldan çəkindirilməlidir. Onlara başa salınmalı və tələb olunmalıdır ki, qardaş dövlətləri bir-birinə vurmasınlar, aralarında gərginlik yaratmasınlar".Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov...
14 Oktyabr 2026, 20:13