Bizə yazın

Baku

-°C

USD

-

Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu 

Cəmiyyət 14 Oktyabr 2026, 16:13

521

Oktyabrın 16-da Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək.

Citypost.az xəbər verir ki, qurultay Bakıda, Rəşid Behbudov adına Mahnı Teatrında saat 09:00-da başlayacaq.

Qurultayda Azərbaycan Mətbuat Şurasının ötən dörd ildəki fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək, qurumun İdarə Heyətinin yeni tərkibi və sədri seçiləcək.

Bundan başqa, Mətbuat Şurasının nizamnaməsinə və “Jurnalistlərin etik davranış qaydaları”na dəyişikliklərlə bağlı təkliflərin müzakirəsi nəzərdə tutulur.

Qurultay nümayəndələri əvvəlcə İdarə Heyətinin yeni üzvlərini seçəcəklər. Daha sonra İdarə Heyətinin üzvləri arasından Mətbuat Şurasının sədri müəyyənləşdiriləcək.

Tədbirin gündəliyinə Azərbaycan Prezidentinə müraciətin qəbul edilməsi məsələsi də daxildir.

Xatırladaq ki, qurultayın əvvəlcə oktyabrın 15-də keçirilməsi planlaşdırılsa da, hazırlıq işləri ilə əlaqədar tarix bir gün sonraya dəyişdirilib.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası 2003-cü ildə yaradılıb. Qurumun əvvəlki – VIII qurultayı 2022-ci il sentyabrın 24-də keçirilib. Həmin qurultayda Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib. O, bu vəzifədə Əflatun Amaşovu əvəzləyib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DTX jurnalistlərə xəbərdarlıq etdi: “Tanınmış şəxslər...”

Jurnalistlər tanınmış şəxslərin adından göndərilən mesajlar və hüquq-mühafizə orqanlarının adından edilən saxta zənglərlə bağlı diqqətli olmağa çağırılıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.Dələduzlar əvvəlcə tanınmış şəxsin adından yazaraq guya Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) və ya başqa hüquq-mühafizə orqanından zəng ediləcəyini söyləyirlər. Daha sonra zəng edən şəxs hədə-qorxu gəlir və qanunsuz tələblər irəli sürür. Toyuqlu pizzaBelə hallarla üzləşən şəxslərə əlaqəni dərhal kəsmək və hüquq-mühafizə orqanlarına məlumat vermək tövsiyə olunur....

14 Oktyabr 2026, 16:50

İsrail Prezidenti Bakıda AQEM sammitində iştirak edəcək

İsrail Prezidenti İsxaq Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə Sammitində iştirak edəcək.Citypost.az xəbər verir ki, o bu barədə məlumatı "X" hesabında paylaşıb."Mən İsrailin regionumuzdakı mühüm tərəfdaşı olan Azərbaycana yenicə gəldim. Dostum, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşməyi və Bakıda Asiyanın müxtəlif ölkələrinin liderləri ilə birlikdə AQEM Sammitində iştirak etməyi səbirsizliklə gözləyirəm", - paylaşımda qeyd olunub.

14 Oktyabr 2026, 16:45

Oktyabrın ilk yarısında Bakıda 26 dərəcə isti olub

Oktyabr ayında keçid dövrünə xas hava şəraiti müşahidə edilir.Bu barədə Citypost.az  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, isti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində havanın temperaturu yüksəlir.Bu ilin oktyabr ayının ötən günlərində Bakıda 26, bölgələrdə isə 30 dərəcəyədək isti qeydə alınıb. Havanın temperaturu iqlim norması ilə müqayisədə 9 gün normadan yuxarı, 3 gün normadan aşağı, 1 gün isə normaya yaxın olub. Oktyabrın 13-də temperatur normadan 5 dərəcə yuxarı, 3-də isə 5,5 dərəcə aşağı qeydə alınıb.13 gün ərzində havanın orta aylıq temperaturunun normadan fərqi 2,9 dərəcə təşkil edib. 2012-ci ildə isə bu göstərici 3,1 dərəcə olub.Çoxillik meteoroloji müşahidə məlumatlarının təhlilinə...

14 Oktyabr 2026, 16:30

Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb

Tacikistan Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak etmək üçün Bakıya səfərə yola düşüb.APA xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, səfər zamanı Emoməli Rəhmonu xarici işlər naziri, Prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər müşayiət edirlər.

14 Oktyabr 2026, 16:14

Bakıda gömrük yoxlaması zamanı minlərlə dərman aşkarlandı

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.Citypost.az komitəyə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk edərkən "Qırmızı kanal"a yönləndirilərək əl yükü və baqajına stasionar rentgen qurğusunda baxış keçirilib.Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan əl yükü və baqajda ətraflı gömrük yoxlaması aparılıb. Yoxlama nəticəsində gömrük orqanına bəyan edilməyən külli miqdarda - 36 adda 16 036 ədəd dərman vasitəsi aşkar olunub.Faktla bağlı araşdırma aparılır....

14 Oktyabr 2026, 15:56

Saleh Səmədovun 200 min manatlıq ziyanını oğlu ödədi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədov dövlətə vurduğu ziyanı tam ödəyib.Citypost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, pul onun oğlu tərəfindən qaytarılıb.S.Səmədov külli miqdar təşkil edən 200 min manatın mənimsənilməsində ittiham olunurdu. Bu məbləğin 44 min manatı hələ ilkin istintaq dövründə ödənilmişdi.Qalan hissə isə bu gün tam bağlanıb. Bundan əlavə, S.Səmədovun oğlu atasının cinayət məsuliyyətindən azad edilməsi üçün dəymiş ziyanın 50 faizi (100 min manat) məbləğində dövlət rüsumunu da ödəyib.Qanunvericiliyə əsasən, mənimsəmə və dələduzluq kimi cinayətlərdə dəymiş ziyan və dövlət rüsumu tam ödənildikdə şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Lakin bu məhkəmə üçün məcburi...

14 Oktyabr 2026, 15:18