Bizə yazın

Baku

-°C

USD

-

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

Cəmiyyət 14 Oktyabr 2026, 18:08

585

Bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşüb.

Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən xəbər verilib.

Görüşdə H.Manetin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb, səfərin Azərbaycan-Kamboca dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni imkanlar açacağı bildirilib.

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Görüşünün əhəmiyyəti qeyd olunub.

Azərbaycan ilə Kamboca arasında siyasi dialoqun və çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin uğurla inkişaf etdiyi, parlamentlərarası və partiyalararası əlaqələrin də genişləndiyi vurğulanıb.

Görüşdə ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika, nəqliyyat-logistika, minatəmizləmə, dövlət xidmətləri, təhsil və turizm sahələrində qarşılıqlı fəaliyyətin inkişaf perspektivləri müzakirə olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Məktəb siyasi qarşıdurma meydanı deyil - EKSPERT 

Dövlətçilik yalnız sərhədlərin qorunması və müstəqilliyin möhkəmləndirilməsi ilə məhdudlaşmır. Dövlətçilik, eyni zamanda, qanunlara hörmət, ictimai qaydalara əməl olunması və gələcək nəsillərin sağlam mühitdə yetişdirilməsi deməkdir. Təhsil müəssisələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Məktəb uşaqlara bilik verməklə yanaşı, onlarda məsuliyyət, intizam və vətəndaşlıq düşüncəsi formalaşdıran mühüm ictimai məkandır.Bunu CiTpost.az-a təhsil eksperti Şəmsi Qoca bildirib."Son günlər məktəbli forması ətrafında aparılan müzakirələr göstərir ki, təhsil məsələlərinə münasibətdə emosiyalara deyil, hüquqi çərçivəyə və sağlam düşüncəyə əsaslanmaq vacibdir. Məktəblərdə tətbiq edilən qaydalar təhsil mühitinin nizamını qorumaq, şagirdlər arasında vahid yanaşmanı təmin etmək və təlim-tərbiyə prosesini düzgün təşkil etmək məqsədi daşıyır. Bu qaydalarla bağlı fikir və...

14 Oktyabr 2026, 18:47

Rusiyadan gətirilmiş 10 min qutu qida məhsulu məhv edildi 

Rusiyadan Azərbaycana idxal olunmuş bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.Bu barədə Citypost.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Bildirilib ki, "Qlisin Вiоkоr" əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029) nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.Sınaq nəticələrinə əsasən, bəyan olunmuş tərkibdə uyğunsuzluq aşkarlanıb.Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 216 kq olan 10 000 qutu məhsul partiyası məhv edilib....

14 Oktyabr 2026, 18:30

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu

Azərbaycan və Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələri (XTQ) arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov ilə görüşən qırğızıstanlı qonaqlara qüvvələr haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.Nümayəndə heyətinin rəhbəri öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı təcrübə mübadiləsi baxımından bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.Görüşdə Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında mümkün əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər müzakirə edilib.Tədbirdən sonra qonaqlara XTQ-nin istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib.Sonda nümayəndə heyəti xüsusi...

14 Oktyabr 2026, 18:18

Əməkdar jurnalist vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib.Citypost.az xəbər verir ki, Ənvər Qafarlı uzun illər AzTV-nin “Xəbərlər” (keçmiş "Günün ekranı") redaksiyasının baş redaktoru və redaktoru vəzifəsində çalışıb.

14 Oktyabr 2026, 18:12

Qazaxıstan Prezidenti Azərbaycana gəlib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycana səfərə gəlib.Citypost.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

14 Oktyabr 2026, 17:58

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.Citypost.az  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qırğızıstan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

14 Oktyabr 2026, 17:56