Bizə yazın

Baku

-°C

USD

-

Polkovnikdən Türkiyə ictimaiyyətinə çağırış: Azərbaycanla münasibətləri gərginləşdirməyin! 

Cəmiyyət 14 Oktyabr 2026, 20:13

412

"İki qardaş ölkə arasında nifaq salmaq istəyənlər var. Amma nə Türkiyə xalqı, nə də Azərbaycan xalqı bu nifaqa uymamalıdır. Xalqlar arasında olan dostluq və qardaşlıq missiyası davam etdirilməlidir. Çünki Türkiyə ilə Azərbaycan arasında həm güclü iqtisadi, hərbi, həm də mədəni əlaqələr mövcuddur. Bu əlaqələri inkişaf etdirmək lazımdır. Münasibətlərdə gərginlik yaradılmasına icazə verməməliyik. Biz Türkiyənin ictimaiyyətinə də müraciət edirik və xüsusilə qeyd edirik ki, əhali arasında olan insanlar da bu yoldan çəkindirilməlidir. Onlara başa salınmalı və tələb olunmalıdır ki, qardaş dövlətləri bir-birinə vurmasınlar, aralarında gərginlik yaratmasınlar".

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirdi.

Müsahibimiz diqqətə çatdırdı ki, Azərbaycan və Türkiyə beynəlxalq, hərbi, humanitar və mədəni məsələlərdə həmişə bir yerdə olub:

"Beynəlxalq səviyyədə hər birimiz bir-birimizin ölkəsini dəstəkləmişik. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına, Azərbaycan ordusuna, Azərbaycanın Prezidentinə və vitse-prezidentinə necə hörmətlə yanaşırsa, Azərbaycan tərəfindən də Türkiyəyə eyni münasibət göstərilir. Yadımdadır ki, müharibə başlamazdan əvvəl Prezident Ərdoğan xüsusi qeyd etdi ki, Azərbaycan tək deyil. Eyni zamanda, xatırlayıram ki, bir dəfə Türkiyə haqqında suallar verirdilər və Türkiyənin orada nümayəndəsi yox idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi ki, Türkiyənin nümayəndəsi yoxdur, mən buradayam. Nə sualınız varsa, Türkiyə ilə əlaqədar mən cavablandırım. Yəni bu, bir daha sübut etdi ki, bizim aramızda qardaşlıq, dostluq və əmin-amanlıq var".

C.Xəlilov vurğuladı ki, sülhü, əməkdaşlığı və qardaşlığı pozmaq istəyən qüvvələr var:

"Xarici dövlətlərdən münasibətləri pozmağa maraq göstərənlər, eyni zamanda, daxilimizdə Azərbaycanı istəməyən qüvvələr var. Biz buna yol verməməliyik. Münasibətləri pozmaq istəyənlərə Türkiyənin alimləri, siyasətçiləri və din xadimləri tərəfindən münasibət bildirilməli, onlar bu işlərdən çəkindirilməlidirlər. Dövlətlər arasında qardaşlıq münasibətləri davam etməlidir. Xarici dövlətlərdən bizə təzyiqlər artdıqca, qardaşlığımız daha da möhkəm və etibarlı olmalıdır ki, xarici təzyiqlərə birlikdə müqavimət göstərək".

Həmsöhbətimiz qeyd etdi ki, bu məsələləri yalnız Azərbaycanın dövlət aparatında, Xarici İşlər Nazirliyində çalışanlar və siyasətlə məşğul olan insanlar araşdırmalı, lazım gəldikdə, onlara cavab verməlidirlər:

"Siyasətdən başı çıxan, bu məsələləri və problemləri bilən insanlar öz mövqelərini ortaya qoyurlar. Ondan sonra bəzən araşdırılmamış, dəqiqləşdirilməmiş yalan məlumatlar yayılır. Bunun qarşısı alınmalı, hər kəsin Azərbaycanın maraqlarının qorunması adı ilə beynəlxalq səviyyədə hər hansı məsələyə münasibət bildirməsinə imkan verilməməlidir".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

14 Oktyabr 2026, 21:10

Azərbaycanlı reper Qazaxıstan sərhədində narkotiklə saxlanıldı

Azərbaycanlı reper Nəvai (Nəvai Bəkirov) Qazaxıstan sərhədində saxlanılıb.Citypost.az xəbər verir ki, reperin üzərində narkotik maddə aşkarlanıb.Nəvai sərhədi keçdikdən sonra saxlanılıb; o, Qırğızıstandan gəlirmiş. Jambıl Vilayət Polis İdarəsinin sosial media hesabından verdiyi məlumata görə, musiqiçinin maşınında 2,5 qram narkotik maddə tapılıb.Qanunsuz narkotik maddələr müsadirə edilib. Şübhəli narkotik qaçaqmalçılığı ilə bağlı araşdırma başlanıb. Bu hadisələr fonunda bu gün saat 20:00-da Astanadakı Jaksılık Uşkempirov adına Döyüş Sənəti Sarayında keçirilməsi planlaşdırılan konsert ləğv edilib.  (UNIKAL)...

14 Oktyabr 2026, 20:40

Hakan Fidan Bakıya gəlib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanda səfərdədir.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.Türkiyəli nazir Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tərəfindən qarşılanıb.Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcəyi CICA-nın VII Zirvə toplantısında iştirak etmək üçün Bakıya gəlib.

14 Oktyabr 2026, 20:13

Almaniya səfiri Gəncəyə səfər edib

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Dirk Lölke Gəncə şəhərinə səfər edib.Citypost.az xəbər verir ki, səfər çərçivəsində səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.Niyazi Bayramov qonağı salamlayaraq Gəncənin tarixi, iqtisadi potensialı, sənaye imkanları və həyata keçirilən layihələr barədə məlumat verib. Şəhər rəhbəri qarşılıqlı əlaqələrin genişləndirilməsinin, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.ƏtraflıAlmaniya səfiri Dirk Lölke səmimi qəbula görə təşəkkür edib, Gəncənin tarixi və müasir inkişafı ilə tanış olmaqdan məmnunluğunu ifadə edib.Görüşdə Gəncə ilə Almaniya arasında əlaqələrin inkişaf perspektivləri, iqtisadiyyat, sənaye, investisiya, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da...

14 Oktyabr 2026, 20:05

Qətərin Əmri Azərbaycana gəlib

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl-Tani Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycana səfərə gəlib.Citypost.az  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

14 Oktyabr 2026, 19:50

Vaşinqtonun susqunluğu: Putin bunu diplomatik fürsət, yoxsa zəiflik kimi anlayır?  

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətlərində seçdiyi xətt beynəlxalq siyasətdə diqqətçəkən ziddiyyət yaradıb. Vaşinqton bir tərəfdən Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarını dayandırmasına çalışır, digər tərəfdən isə Rusiyanın Ukraynada Amerika şirkətləri ilə əlaqəli obyektlərə zərbələri qarşısında açıq və sərt siyasi reaksiya vermir. Bu vəziyyət ABŞ-ın Moskva ilə danışıqları qorumaq istəyindən, yoxsa Rusiyaya qarşı təzyiqi azaltmaq qərarından qaynaqlanır? Hələlik bu sualın qəti cavabı yoxdur, amma hadisələrin gedişi Vaşinqtonun strategiyasının nəticələrini müzakirə etməyə əsas verir.Amerika şirkətlərinin Ukraynadakı obyektlərinin zərər görməsi məsələni daha da mürəkkəbləşdirir. Amerika Ticarət Palatasının Ukraynadakı rəhbəri Endi Hunderin açıqlamasına görə, Rusiya hücumları Coca-Cola, PepsiCo, McDonald’s və Oreo ilə...

14 Oktyabr 2026, 19:32