SON DƏQİQƏ! Baş Prokurorluq həmin fakt üzrə cinayət işi açdı
Cəmiyyət 21 Oktyabr 2024, 15:03
10553
Hesablama Palatasından daxil olan material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətində aşkar edilən qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
CityPost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin oxuyun
Faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, 2019-2022-ci illərdə AMEA -ya Ramiz Mehdiyev rəhbərlik edib.Həmin dövrdə AMEA İşlər İdarəsinin müdiri, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Müəllim nazirlə görüşmək istədi: Başına bu işlər gəldi
Azərbaycan dili və ədəbiyyat müəllimi Əsmər Vasifqızı, Elm və Təhsil naziri Emin Əmrullayevin Kürdəmir rayonunda 5 nömrəli məktəbdə keçirdiyi vətəndaş qəbulu ilə bağlı yaşadığı xoşagəlməz hallarla bağlı narazılığını bildirib.CityPost.az xəbər verir ki, bu barədə müəllim özü Oxu24.com saytına müraciətində bildirib.Müəllimin sözlərinə görə, nazirlə görüşmək üçün rəsmi qeydiyyatdan keçsə də, görüş günü o və bir çox müəllim süni maneələrlə üzləşib. Əsmər müəllimin bildirdiyinə görə, nazirlə görüş günü proses heç də elan olunduğu kimi şəffaf keçməyib. Nazir vətəndaşları birinci mərtəbədə qəbul etsə də, vətəndaşlar 2-ci mərtəbədəki akt zalında gözlədilib. Vətəndaşların səsləri eşidilməsin deyə, hətta, dəhlizə çıxmağa icazə verilməyib."Saat 15:26-da nazir artıq yola düşmüşdü. Qalan vətəndaşları hələ...
03 Fevral 2026, 14:36
Polkovnik idarə rəisi təyin olundu
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub.CityPost.az bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.Əmrə əsasən, polis polkovniki Rüfət Allazov adıçəkilən idarənin rəisi vəzifəsinə təyinat alıb.Nazirin digər əmri ilə polis polkovniki Emil Səfərov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.Qeyd edək ki, Allazov Rüfət Vaqif oğlu 1982-ci ildə Rusiyada anadan olub. 2005-ci ildə Azərbaycan DİN-in Polis Akademiyasını bitirib.2000-ci ilin avqust ayından daxili işlər orqanlarında xidmət edir. Paytaxtın istintaq qurumlarında, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində müxtəlif vəzifələrdə xidmət edib, 2022-2025-ci illər...
03 Fevral 2026, 14:16
Otuza yaxın şair-yazıçı AYB-dən çıxarılıb
“Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib”.Bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilib: “Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb....
03 Fevral 2026, 13:49
Əlilliyi olan 1300-dən çox şəxs hippoterapiya xidmətlərinə cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni reabilitasiya metodlarından biri kimi 2022-ci ildən hippoterapiya (atlarla terapiya) xidmətləri də göstərilir.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, ötən dövrdə əlilliyi olan 1300-dən çox şəxs bu istiqamət üzrə xidmətlərə cəlb edilib.Agentlik və “Baku GoldenHorse Therapeutic and Educational Center” atçılıq mərkəzinin birgə təşkil etdiyi hippoterapiya 3 reabilitasiya mərkəzində müalicə alan şəxslər üçün təşkil olunur.Həftədə iki dəfə keçirilən hippoterapiyada əsas məqsəd həmin şəxslərin at üzərində hərəkət vasitəsilə bədən əzələlərinin aktivliyini artırmaqdır.Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya üsulu, eyni zamanda, əlilliyi olan şəxslərin ümumi əhvali-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr...
03 Fevral 2026, 13:35
Sabah hava yağıntılı olacaq
Fevralın 4-də Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə və gündüz...
03 Fevral 2026, 13:31
Bu yazıçılar AYB-dən ÇIXARILDI
“Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib”.Citypost.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavabda AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilib: “Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb....
03 Fevral 2026, 13:29