Bizə yazın

Baku

-°C

USD

-

Taleh Qaraşov Vilvan sakinlərinin qayğı və problemlərini dinlədi

Cəmiyyət 17 Sentyabr 2026, 18:40

439

Vətəndaşları narahat edən problemlərin həllinə xüsusi diqqət göstərilməsi, dövlət-vətəndaş dialoqunun genişləndirilməsi və qarşılıqlı inamın daha da möhkəmləndirilməsi baxımından yerlərdə təşkil olunan səyyar görüşlər böyük əhəmiyyət daşıyır.

Citypost.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun Vilvan kəndinin sakniləri ilə növbəti görüşü də məhz bu məqsədlə reallaşdırılıb. Qəbulda şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. 

Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxışında dövlət səviyyəsində həyata keçirilən strateji islahatlara toxunaraq bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı barədə qəbul olunan Dövlət Proqramı regionların, xüsusilə də Lənkəranın aqrar potensialının tam reallaşdırılması üçün yeni imkanlar açır. Bu proqram çərçivəsində rayonda ənənəvi təsərrüfat sahələrinin bərpası, məhsuldarlığın artırılması və kənd zəhmətkeşlərinin rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü addımlar atılır.

İcra başçısı istehsal olunan kənd təsərrüfatı məhsullarının itkisiz saxlanılması və ixrac potensialının artırılması üçün müasir soyuducu anbar komplekslərinin tikintisinin vacibliyini xüsusi vurğulayıb. Qeyd olunub ki, hazırda inzibati ərazi dairəsində kənd təsərrüfatı məhsullarının saxlanılması məqsədilə 2 soyuducu anbar fəaliyyət göstərir, yerli fermerlərin tələbatını daha dolğun qarşılamaq üçün isə bir yeni soyuducu anbarın tikintisi sürətlə davam etdirilir.

İcra başçısı qeyd edib ki, müasir dövrün çağırışlarına uyğun olaraq vətəndaş-məmur münasibətlərinin şəffaflaşdırılması və xidmətlərin əlçatanlığının təmin edilməsi məqsədilə "Rəqəmsal icra hakimiyyəti" yol xəritəsi uğurla icra olunmaqdadır. Bu rəqəmsal platforma sayəsində sakinlər icra hakimiyyətinə gəlmədən, öz müraciət və təkliflərini onlayn qaydada birbaşa ünvanlaya, yerli əhəmiyyətli məsələlərin həllində operativ iştirak edə bilərlər. Taleh Qaraşov vurğulayıb ki, rəqəmsal idarəetmənin tətbiqi kağız dövriyyəsini və vaxt itkisini azaldaraq, göstərilən xidmətlərin keyfiyyətini və operativliyini maksimum dərəcəyə çatdırır.

Sonda sakinlər tərəfindən qaldırılan fərdi və ümumi xarakterli müraciətlər qeydiyyata alınıb. İcra hakimiyyətinin başçısı qaldırılan problemlərin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumların rəhbərlərinə yerindəcə konkret tapşırıqlar verib.

Vilvan kənidinin sakinləri Lənkəranda aparılan genişmiqyaslı quruculuq işlərinin və icra olunan sosial layihələrin digər bölgələr üçün örnək olduğunu vurğulayıblar. Regionun hərtərəfli tərəqqisinə göstərilən bu yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, səyyar görüşdən sonra sakinlərə fərdi qaydada mygov və SİMA tətbiqlərindən istifadə qaydaları izah olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bəhlul Mustafazadə yenə əməliyyat olundu

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə yenidən əməliyyat olunub.Bu barədə Citypost.az-a  Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.Millimizin üzvünün əvvəllər əməliyyat olunan ayağında yenidən problem yarandığı üçün həkimlər təkrar əməliyyat lazım olduğunu bildiriblər. B.Mustafazadənin təxminən 4 həftədən sonra bərpa mərhələsinə başlayacağı gözlənilir.Qeyd edək ki, Bəhlul Mustafazadə cari ilin fevral ayından zədədən əziyyət çəkir

17 Sentyabr 2026, 18:50

Rusiya müharibədən sonra hansı dünyanı istəyir?  

Rusiya–Ukrayna müharibəsi nə vaxtsa dayanacaq. Ancaq atəşin dayanması Rusiyanın siyasi məqsədlərinin də bitməsi demək olmayacaq. Moskva üçün məsələ yalnız müəyyən ərazilərin taleyi deyil. Söhbət Rusiyanın Avropada, Qafqazda və ümumilikdə dünya siyasətində əvvəlki təsir imkanlarını hansı formada bərpa edə biləcəyindən gedir.Ukrayna müharibəsi Rusiyanın böyük hərbi gücə malik olduğunu göstərməklə yanaşı, onun qarşısında ciddi problemlərin də olduğunu ortaya çıxardı. Qərbin sanksiyaları, NATO-nun genişlənməsi, Avropanın hərbi xərclərini artırması və Rusiyanın iqtisadi əlaqələrinin Şərqə daha çox yönəlməsi müharibədən əvvəlki mənzərəni dəyişdi. Moskva indi müharibəyə başlamazdan əvvəlki dünyanı olduğu kimi geri qaytara bilməz.Buna görə Rusiyanın əsas məqsədlərindən biri yeni reallığı öz xeyrinə çevirmək ola bilər....

17 Sentyabr 2026, 18:31

Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub

17 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyevi qəbul edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regionda nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.Nazir Ceyhun Bayramov Azərbaycanın TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiyini, ölkəmizin Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının inkişafında fəal rol oynadığını qeyd edib. Bu çərçivədə, Azərbaycanın əlverişli coğrafi mövqeyinin, müasir nəqliyyat infrastrukturunun, tranzit imkanlarının səmərəli və dayanıqlı inkişafa mühüm töhfə verdiyi bildirilib.Azərbaycanın təşəbbüsü və səyləri nəticəsində nəqliyyat infrastrukturunun inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının...

17 Sentyabr 2026, 18:26

KOBİA nümayəndələri Ankarada beynəlxalq seminarda

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları Türkiyənin paytaxtı Ankarada keçirilən beynəlxalq tədbirdə ölkəmizi təmsil ediblər.Citypost.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) dəstəyi və SESRIC-in təşkilatçılığı ilə baş tutan seminar “KOB-lar üçün innovativ maliyyələşmə mexanizmləri üzrə icra strategiyalarının hazırlanması” mövzusuna həsr olunub.İki gün davam edən seminarda Türkiyə, İordaniya, Malayziya, Mərakeş, Pakistan və Seneqal kimi ölkələrin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində rəqəmsal kreditləşmə, kraudfandinq, İslam maliyyə alətləri, KOB-ların maliyyə savadlılığı və risklərin idarə edilməsi mövzularında geniş panel müzakirələri aparılıb. Pepperoni pizzaTədbirdə KOBİA nümayəndəsi tərəfindən təqdim edilən Azərbaycanın “KOB evi” modeli xüsusi diqqət...

17 Sentyabr 2026, 18:05

Spred yağı istehsalçı ölkəyə geri qaytarıldıb 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.Citypost.az xəbər verir ki, sınaq nəticəsində “Крестьянское Чудо” əmtəə nişanlı bitki tərkibli spred yağı məhsulu partiyasında 3-monoxlorpropan 1,2-diol (3-MCPD) göstəricisi üzrə uyğunsuzluq aşkar edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.Qəbul edilmiş müvafiq qərar əsasında ümumi çəkisi 20 ton məhsul istehsalçı ölkəyə geri qaytarılıb....

17 Sentyabr 2026, 17:50

SOCAR ilə Özbəkistan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib

Sentyabrın 17-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, energetika naziri Şerzod Xocayev ilə görüşüb.SOCAR-dan Citypost.az-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin “Əbədi dostluq” səviyyəsinə yüksəldiyi qeyd olunub. Bu xüsusda, iki ölkə arasında iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində tərəfdaşlığın dinamik inkişaf etdiyi bildirilib.Söhbət zamanı Özbəkistanda SOCAR brendi altında yeni yanacaqdoldurma məntəqələrinin tikintisi layihəsi, həmçinin “Üstyurt” investisiya blokları üzrə görülən işlər nəzərdən keçirilib. Bu layihələrin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.Görüşdə SOCAR ilə Özbəkistan şirkətləri arasında əlaqələrin...

17 Sentyabr 2026, 17:48