Bizə yazın

Baku

-°C

USD

-

Təhsil eksperti tələbənin universitetdən xaric olunmasını şərh edib

Cəmiyyət 17 Sentyabr 2026, 17:38

354

Təhsil eksperti Məzahir Məmmədli ADMİU tələbəsinin birinci kurs tələbələrini təhdid etdiyi iddiası ilə universitetdən xaric edilməsini şərh edib.

CityPost.az-a açıqlamasında ekspert bildirib ki, sentyabrın 15-də tədris ili başlayandan bir neçə neqativ hadisə baş verib.

Onun sözlərinə görə, İncəsənət Universitetinin tələbələrinin özlərindən aşağı kurslarda, xüsusilə birinci kurslarda təhsil alan tələbələri açıq şəkildə təhdid etməsi, onlara qarşı ağır ifadələr işlətməsi və müəyyən kriminal elementlər hesab olunan fikirlər səsləndirməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Məzahir Məmmədlinin sözlərinə görə, məsələ həm universitet rəhbərliyinin, həm də Daxili İşlər Nazirliyinin diqqətində olub və artıq universitet tərəfindən həmin tələbənin xaric edilməsi barədə qərar açıqlanıb.

Ekspert hesab edir ki, universitetin qərarı müəyyən mənada tələsik qəbul edilib. Onun fikrincə, ilk növbədə baş vermiş hadisəyə hüquqi qiymət verilməli, daha sonra tələbənin universitetdən xaric edilməsi məsələsinə baxılmalıdır. Bununla belə, universitetin daxili intizam qaydalarının həmin tələbənin xaric edilməsinə hüquqi əsas verdiyi görünür.

Məzahir Məmmədli qeyd edib ki, məsələyə münasibətdə cəmiyyətdə fərqli yanaşmalar mövcuddur. O düşünür ki, əgər hadisədə cinayət tərkibi varsa, bu halda hüquq-mühafizə orqanlarının yanaşması, açıqlaması və bununla bağlı qərarının gözlənilməsi daha məqsədəuyğun olardı.

Ekspert eyni zamanda məsələnin daha geniş kontekstdə qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, hazırda həssas bir dövr yaşanır və söhbət yalnız bir universitetdə yuxarı kurs tələbəsinin birinci kurs tələbələrinə münasibətindən getmir. Bu il ölkə üzrə təxminən 65 min tələbənin ali təhsil müəssisələrinə qəbul olunması valideynlərin də narahatlığını artırır. Sosial şəbəkələrdə hadisə ilə bağlı çoxsaylı ittihamların səsləndirilməsi və valideynlərin narazılığının ifadə olunması da bunun göstəricisidir.

Məzahir Məmmədli hüquqşünas olmadığını və bu səbəbdən hadisəyə hüquqi qiymət verə bilməyəcəyini bildirib. Bununla yanaşı, o, universitetin tələbəni xaric etməsi qərarını ağır qərar hesab etdiyini, lakin qərarın cəmiyyətdə yaranmış geniş müzakirə və ictimai reaksiyalar fonunda günün tələbinə uyğun addım kimi də qiymətləndirilə biləcəyini qeyd edib.

Turan Etibaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Spred yağı istehsalçı ölkəyə geri qaytarıldıb 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.Citypost.az xəbər verir ki, sınaq nəticəsində “Крестьянское Чудо” əmtəə nişanlı bitki tərkibli spred yağı məhsulu partiyasında 3-monoxlorpropan 1,2-diol (3-MCPD) göstəricisi üzrə uyğunsuzluq aşkar edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.Qəbul edilmiş müvafiq qərar əsasında ümumi çəkisi 20 ton məhsul istehsalçı ölkəyə geri qaytarılıb....

17 Sentyabr 2026, 17:50

SOCAR ilə Özbəkistan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib

Sentyabrın 17-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, energetika naziri Şerzod Xocayev ilə görüşüb.SOCAR-dan Citypost.az-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin “Əbədi dostluq” səviyyəsinə yüksəldiyi qeyd olunub. Bu xüsusda, iki ölkə arasında iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində tərəfdaşlığın dinamik inkişaf etdiyi bildirilib.Söhbət zamanı Özbəkistanda SOCAR brendi altında yeni yanacaqdoldurma məntəqələrinin tikintisi layihəsi, həmçinin “Üstyurt” investisiya blokları üzrə görülən işlər nəzərdən keçirilib. Bu layihələrin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.Görüşdə SOCAR ilə Özbəkistan şirkətləri arasında əlaqələrin...

17 Sentyabr 2026, 17:48

İrakli Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Giorgi Zakaraşvili ilə görüşüb."Report"un Gürcüstan bürosu xəbər verir ki, İ.Kobaxidze diplomatı yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə səfirin fəaliyyətinin Azərbaycanla strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.G.Zakaraşvili Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətinə oktyabrın 1-dən başlayacaq.O, Gürcüstan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və ölkənin diplomatik nümayəndəliklərində uzun illər iş təcrübəsinə malikdir.G.Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri və GUAM-da Gürcüstanın daimi nümayəndəsi vəzifələrində çalışıb. 2016–2019-cu illərdə İsveçrə Konfederasiyasının Rusiya Federasiyasındakı səfirliyində Gürcüstanın Maraqlar Bölməsinin fövqəladə və...

17 Sentyabr 2026, 17:38

Prezident və birinci xanım Şamaxıda tarixi ziyarətgahı ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar.Citypost.az  xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir. Burada aparılan ilkin arxeoloji tədqiqatlar nəticəsində XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıya aid olduğunu təsdiqləyən artefaktlar tapılıb.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ildə Şamaxıya səfərləri çərçivəsində ziyarətgahda olub və abidədə konservasiya işlərinin aparılmasına dair tapşırıqlar veriblər.Ziyarətgahın çay və qaya daşlarından tikilmiş qalıqları ötən müddət ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə konservasiya edilib....

17 Sentyabr 2026, 17:10

Prezident İlham Əliyev Şamaxıda "Pirqulu Park" hotelinin açılışını edib 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər.Citypost.az xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinci xanıma hoteldə yaradılmış şərait barədə məlumat verdi.Bildirildi ki, Pirqulu qəsəbəsində inşa edilən hotel Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşir. Ərazisi 16 hektar olan kompleksə 2 hotel binası daxildir. Binalardan biri 188, digəri isə 172 yerlikdir. Burada müxtəlif kateqoriyadan 175 nömrə və 2 kottec var. Bu isə eyni vaxtda hoteldə 366 qonağın qalmasına imkan verir. Kompleksdə restoranlar, kafelər, görüş və təlimlər üçün 160 yerlik zal mövcuddur. Ərazidə 600 nəfərlik konqres binası, uşaq...

17 Sentyabr 2026, 16:43

Dövlət Xidməti Qırmızı bazardakı tikili ilə bağlı AÇIQLAMA verdi

"Sözügedən tikili işğaldan azad edilmiş ərazilərdə aparılan inventarlaşdırma işləri zamanı qeydə alınıb".Bu barədə Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində mövcud olan tikili ilə bağlı Citypost.az-a, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.Bildirilib ki, tikilinin tarixi və memarlıq əhəmiyyəti araşdırıldıqdan sonra onun daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılacaq.Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan inventarlaşdırma işləri zamanı tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan 256 yeni aşkar edilmiş abidə sənədləşdirilib. Onlardan 44-ü 2025-ci ildə dövlət qeydiyyatına alınıb. Hazırda qalan 212 abidənin dövlət qeydiyyatına...

17 Sentyabr 2026, 16:37