Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Cəmiyyət 17 Sentyabr 2026, 20:30

316

Azərbaycan və Estoniya Respublikasının Xarici İşlər nazirlikləri (XİN) arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.

Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Estoniya nümayəndə heyətinə isə XİN-in Konsulluq departamentinin baş direktoru Marqus Sarqlepp rəhbərlik edib.

Müzakirələrdə həmçinin Azərbaycan tərəfdən Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycanla Estoniya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.

Hər iki ölkə vətəndaşlarına konsulluq dəstəyi istiqamətində sıx əməkdaşlığın əhəmiyyəti vurğulanıb, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində mövcud təcrübə və qabaqcıl mexanizmlər üzrə fikir mübadiləsi aparılıb.

Habelə, iki ölkə arasında miqrasiya, ədliyyə, daxili işlər, təhsil, sosial və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramiz Mehdiyev məhkəməsinə onlayn qoşulacaq - İDDİA

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.Citypost.az  gununsesi.info-ya istinadla xəbər verir ki, Ramiz Mehdiyev barəsində hazırlanmış ittiham aktı artıq ona təqdim olunub və hazırda ev dustaqlığında olan sabiq PA rəhbərinə məhkəməyə çağırışla bağlı bildiriş də göndərilib.Məlumata görə, Ramiz Mehdiyev məhkəməyə müraciət edərək səhhətində problemlərin olduğunu əsas gətirib və prosesdə onlayn qaydada iştirak etmək istəyini bildirib.Sabiq PA rəhbərinin bu müraciətinə məhkəmənin münasibəti sentyabrın 21-də keçiriləcək hazırlıq iclasında məlum olacaq.Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və...

17 Sentyabr 2026, 20:08

“28 May”dan 200 mindən çox sərnişin istifadə edib

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə nəqliyyat mübadilə mərkəzlərinin nizamlı fəaliyyəti təmin olunur.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Citypost.az-a bildirilib ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarla 16 sentyabr tarixində 127 mindən çox sərnişin daşınıb. Təkcə “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 mindən çox sərnişin istifadə edib.“Sərnişinlərdən avtobusu gözləyərkən avtomobil yolunda deyil, səkidə dayanmaları xahiş olunur. Bu, avtobusların dayanacağa maneəsiz və təhlükəsiz yaxınlaşması üçün vacibdir. Eyni zamanda, avtobuslara minərkən növbəyə riayət etdiklə daha sürətli girişə və avtobusun daha tez yola düşməsinə imkan yaranır”, - deyə qurumun yaydığı məlumatda bildirilir....

17 Sentyabr 2026, 19:56

Deputat Ordubadda seçicilərin problemlərini dinlədi

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Gənzə kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.Citypost.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə Gənzədən olan seçicilərlə yanaşı, Anabad kəndindən olan seçicilər də iştirak ediblər.Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər....

17 Sentyabr 2026, 19:38

Tələbə qəbulu adı ilə 34 min manat alan şəxsə HÖKM

Özünü təhsil eksperti kimi tanıdaraq vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Əşrəf Əşrəflinin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Citypost.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.O, təqsirləndirilən Əşrəf Əşrəflinin 8 il 6 ay il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Əşrəf Əşrəfli 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, ittihama görə, Əşrəf Əşrəfli Soner Kuçker adlı vətəndaşdan onu Tibb Universitetinə tələbə kimi qəbul etməyə görə 34 min manat, Səbinə Abdullayevadan isə övladını İspaniyada universitetə qəbul etdirmək adı ilə...

17 Sentyabr 2026, 19:28

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib.Bu barədə Citypost.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib.Tədbirdə çıxış edən DTX rəisi müasir geosiyasi proseslərin doğurduğu yeni qlobal və regional təhdidlərə, o cümlədən davam edən genişmiqyaslı hərbi qarşıdurmaların nəqliyyat dəhlizlərinin fəaliyyətində yaratdığı ağır fəsadlara diqqət çəkib.Çıxışda vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlb olunması, habelə döyüş zonalarından qanunsuz çıxarılan silah-sursat və partlayıcı maddələrin qaçaqmalçılığı kriminogen...

17 Sentyabr 2026, 19:20

Bəhlul Mustafazadə yenə əməliyyat olundu

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə yenidən əməliyyat olunub.Bu barədə Citypost.az-a  Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.Millimizin üzvünün əvvəllər əməliyyat olunan ayağında yenidən problem yarandığı üçün həkimlər təkrar əməliyyat lazım olduğunu bildiriblər. B.Mustafazadənin təxminən 4 həftədən sonra bərpa mərhələsinə başlayacağı gözlənilir.Qeyd edək ki, Bəhlul Mustafazadə cari ilin fevral ayından zədədən əziyyət çəkir

17 Sentyabr 2026, 18:50