İosif Stalinlə Adolf Hitlerin “əbədi dostluğu”
Maraqlı 17 Sentyabr 2026, 16:39
327
Bəlkə də çoxları bilmir ki, XX əsrin 30-cu illərinin sonunda SSRİ üçün ən böyük düşmən Almaniya deyil, Böyük Britaniya idi. Əslində həmin dövrdə Stalin ilə Hitler bir çox məsələlərdə eyni mövqe və düşüncəyə malik rəhbərlər idi.
1939-cu ilin avqust ayında Molotov-Ribbentrop paktına, daha doğrusu Stalin və Hitler razilaşmasına görə Avropanın iki yerə bölünməsi nəzərdə tutulurdu. (Həmin dövrdə İohim fon Ribbentrop Almaniyanın Xİ naziri idi). Gizli pakt bağlanışından sonra alman qonaqlara Kremldə banket təşkil olundu. Stalin həmin banketdə Hitlerin və Gimmlerin sağlığına badə qaldırdı.
1939-cu ildə Alman xalqının “əbədi füreri” Adolf Hitler teleqram vuraraq Sovet xalqının “əbədi rəhbəri” İosif Stalini anadan olmasının 60 illiyi münasibəti ilə təbrik etmişdi və həmin təbrik həmin ilin 23 dekabr tarixli sayında “Pravda” qəzetinin 1-ci səhifəsində dərc olunmuşdu. Stalin öz ideya dostuna göndərdiyi cavab teleqramda Alman- Sovet dostluğunun daimi olacağına inam bəslədiyini bildirirdi.
Bəli, tezliklə Avropanın “bölüşməsi” başladı. Hitler Polşanı işğal etdi. Stalin Pribaltikanı ələ keçirdi. Bu münasibətlə hər iki “dost” dövlətin rəhbərləri hətta bir-birlərini təbrik də etdi.
17 sentyabr 1940-cı il tatixdə sovet və alman ordusu Brestdə birgə parad keçirdi.
Kommunizm və natsizm ideyaları zahirən bir-birinə yad olsa da, mahiyyətcə bir-birinə doğma idi.
1939-41-ci illər arasında SSRİ “dost” Almaniyaya 1,5 mln ton neft, 1,5 mln ton taxıl, habelə külli miqdarda digər xammal məhsulları ixrac etdi. Bu alış-veriş ta müharibə başlayan günəcən davam edib.
Həmin dövrdə Sovet pilotları Almaniyada təlim keçirdi, birgə kimyəvi sınaqlar keçirilirdi, birgə tank və aviasiya məktəbləri fəaliyyət göstərirdi…
Hər iki rəhbərin dünyanı qamarlamaq iştahı böyük idi. Düzdür, əvvəlcə almanlar hücuma keçdilər. Amma bu olmasaydı belə, gec ya tez ruslar almanların üzərinə hücuma keçəcəkdilər. Necə deyərlər, “iki qoçun başı bir qazanda qaynaya bilməzdi”.
Ən maraqlısı budur ki, Almaniyaya taxıl aparan sonuncu sovet eşalonu Teraspola 22 iyun 1941-ci ildə, müharibənin başlamasına bir neçə dəqiqə qalmış daxil oldu. Taxıl öz ünvanına çatdırıldı. Az sonra alman qoşunları SSRİ-yə qarşı hücuma keçdi..
Və indiyəcən almanlar sonuncu eşalonda aparılan sovet taxılının ödənişini etməyiblər... Bir də ki, kimə ödəsinlər axı?.. Ta SSRİ yoxdur. Daha doğrusu, SSRİ dağıldı. Əvəzində isə bir zaman dağılmış, parçalanmış Almaniya təzədən birləşdi.
p.s.
Düz yetmiş il əvvəin bu günü- 1953-cü il dekabr ayının 23-də Beriya və onun əlaltılarından bir neçəsi (Kobulov, Dekanozov və b.) “xalq düşməni” kimi güllələnib.
Firuz Mustafa
23.12.2023
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bizi xəstəliklərdən qoruyan nədir? – İmmunitet sisteminin heyrətamiz müdafiə mexanizmi
Bədənimiz hər gün gözlə görünməyən milyonlarla mikroorqanizmlə təmasda olur. Bakteriyalar, viruslar, göbələklər və digər yad maddələr orqanizmə müxtəlif yollarla daxil olmağa çalışa bilər. Buna baxmayaraq, insan bədəni hər dəfə xəstələnmir. Bunun əsas səbəblərindən biri bizi daim qoruyan mürəkkəb immun sistemidir.Citypost.az-ın məlumatına görə, immunitet sistemi yalnız xəstəlik zamanı aktivləşən mexanizm deyil. Əksinə, o, gündəlik olaraq orqanizmi potensial təhlükələrdən qorumaq üçün fəaliyyət göstərir. Bu sistem müxtəlif hüceyrələr, zülallar, toxumalar və orqanlardan ibarətdir və əsasən iki böyük müdafiə istiqamətində işləyir: anadangəlmə və qazanılmış immunitet. Bu iki sistem bir-birindən ayrı deyil, əksinə, bir-birini tamamlayır. Müdafiənin ilk mərhələsi isə düşündüyümüzdən daha sadə bir yerdən başlayır...
17 Sentyabr 2026, 10:30
Ceyhun bəy Hacıbəyli Stalinin tələsinə niyə düşmədi?
Cümhuriyyət hökuməti tərəfindən 1919-cu ilin yanvarında Paris sülh konfransında iştirak etmək üçün nümayəndə heyətinin tərkibində xaricə yola düşənədək Ceyhun bəy "Azərbaycan" qəzetinin redaktoru olmuşdur Azərbaycan nümayəndə heyətinin konfrans ərəfəsində Fransanın paytaxtında çap etdirdiyi kitablar, bülletenlər və s. materiallar o dövrdə böyük əhəmiyyətə malik idi. Fransız və ingilis dillərində çap olunmuş "Qafqaz Azərbaycan Respublikası", "Qafqaz Azərbaycan Respublikasının sülh konfransına memorrandumu" da çox maraqlıdır. Burada həmçinin Azərbaycan nümayəndəliyinin aylıq bülleteni də çap olunurdu.Bunlardan başqa, mühacirət illərində Ceyhun bəy digər qəzet və jurnallarla, radio ilə də əməkdaşlıq etmiş, Azərbaycanla bağlı çoxsaylı məqalələr yazmış, tədqiqatlar aparmışdır.Qarabağ folkloru və dialektikasına aid kitab yazaraq, onu Fransa cəmiyyətində...
17 Sentyabr 2026, 10:16
İnsanlar niyə zəngli saat çalmadan əvvəl oyanırlar? – Beynin daxili saatının sirri
Heç düşünmüsünüzmü ki, bəzi insanlar niyə zəngli saat çalmamışdan bir neçə dəqiqə əvvəl gözlərini açırlar? Telefonun və ya zəngli saatın səsi gəlmədən oyanmaq bəzən təsadüf kimi görünə bilər. Lakin insan hər gün təxminən eyni vaxtda yatıb eyni vaxtda qalxırsa, orqanizmin müəyyən rejimə uyğunlaşması bu hadisənin səbəblərindən biri ola bilər.Citypost.az xəbər verir ki, insan orqanizmində yuxu və oyaqlıq dövrünü tənzimləyən mürəkkəb daxili saat sistemi mövcuddur. Bu sistem sirkadiyan ritm adlanır və təxminən 24 saatlıq dövr ərzində müxtəlif fizioloji proseslərin vaxtını tənzimləyir. Yuxuya getmək, oyanmaq, bədən temperaturunun dəyişməsi, hormonların ifrazı və gün ərzində ayıqlıq səviyyəsi bu ritmlə əlaqəlidir. Beyində yerləşən supraxiazmatik nüvə...
17 Sentyabr 2026, 09:30
Yuxuda bir yerə çatmamaq nə deməkdir? – Mütəxəssislərdən AÇIQLAMA
Bir çox insan yuxuda müəyyən bir yerə, görüşə, işə, imtahana və ya başqa bir ünvana çatmağa çalışdığını, lakin nə qədər səy göstərsə də, mənzil başına yetişə bilmədiyini görür. Bəzən insan yuxuda yolun uzandığını, nəqliyyat vasitəsini qaçırdığını, qarşısına müxtəlif maneələrin çıxdığını və ya vaxtın bitdiyini hiss edir. Belə yuxular xüsusilə təkrarlananda insanlarda bunun hansısa xüsusi məna daşıdığı ilə bağlı suallar yaranır.Citypost.az xəbər verir ki, yuxuların konkret və hamı üçün eyni şəkildə izah edilən “lüğəti” yoxdur. Yəni yuxuda bir yerə çata bilməmək avtomatik olaraq müəyyən bir hadisənin baş verəcəyini və ya konkret psixoloji problemin olduğunu göstərmir. Bununla belə, yuxu araşdırmalarında təkrarlanan və...
17 Sentyabr 2026, 08:30
İşıldaböcəklər qaranlıqda necə işıq saçır? – Təbiətin heyrətamiz sirri
Heç düşündünüzmü, qaranlıq bir gecədə ətrafı işıqlandıran işıldaböcəklər necə işıq saçır? Təbiətdə öz bədənində işıq yarada bilən canlıların sayı kifayət qədər azdır. İşıldaböcəklər isə bu baxımdan ən maraqlı canlılardan biridir. Onların gecənin qaranlığında bir anda yanıb-sönən sarımtıl, yaşıl və ya narıncı işığı sadəcə gözəl görüntü deyil, orqanizmdə baş verən olduqca mürəkkəb kimyəvi prosesin nəticəsidir.Citypost.az xəbər verir ki, ışıldaböcəklər əslində milçək deyil, böcəklər qrupuna aid olan canlılardır. Dünyada 2 mindən çox işıldaböcəyi növünün olduğu bildirilir və onların hamısı eyni şəkildə işıq saçmır. Bəzi növlərdə yetkin fərdlər işıq yaradır, bəzilərində isə əsasən sürfə mərhələsində işıqlanma müşahidə olunur. Yetkin işıldaböcəklərin işığı isə xüsusilə...
16 Sentyabr 2026, 11:20
Almalar niyə suda batmır? – Bunun səbəbi düşündüyünüzdən daha maraqlıdır
Heç düşündünüzmü, almaları suya atanda niyə batmır? Əlinizə bir alma götürüb su dolu qaba atsanız, onun dibə getmək əvəzinə suyun səthində qaldığını görəcəksiniz. İlk baxışda bu, adi və çox da diqqət çəkməyən bir hadisə kimi görünə bilər. Lakin almanın suda üzməsinin arxasında olduqca maraqlı fiziki səbəb dayanır.Citypost.az xəbər verir ki, əslində almanın sirri onun içində gizlənən havadır. Alma tamamilə bərk və sıx quruluşa malik deyil. Meyvənin hüceyrələri arasında çoxlu sayda kiçik hava boşluqları mövcuddur. Bu boşluqlar almanın ümumi sıxlığını azaldır. Nəticədə alma bütövlükdə sudan daha az sıx olduğu üçün suyun dibinə batmır və səthdə qalır. Məhz buna görə alma müəyyən...
16 Sentyabr 2026, 10:18