Şeyx Məhəmməd Xiyabaninin əziz xatirəsini dərin ehtiramla anırıq
Cəmiyyət 14 Sentyabr 2026, 11:52
344
14 sentyabr 1920-ci ildə Cənubi Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, publisist, ruhani və milli azadlıq hərəkatının lideri Şeyx Məhəmməd Xiyabani Təbrizdə faciəli şəkildə həlak olub.
CityPost.az xəbər verir ki1880-ci ildə Xamnədə anadan olan Xiyabani İran Məşrutə hərəkatında fəal iştirak edib, xalqın hüquq və azadlıqları uğrunda mübarizə aparıb.
O, 1917-ci ildə Azərbaycan Demokrat Firqəsinin fəaliyyətini gücləndirib, “Təcəddüd” qəzetini nəşr etdirərək azadlıq, demokratiya və milli hüquqlar ideyalarını təbliğ edib.
Həmçinin oxuyun
1920-ci ildə Təbrizdə milli hökumətin qurulmasına rəhbərlik edən Xiyabani Azərbaycan əyalətinin adını “Azadistan” elan edib. Qısa müddət ərzində təhsil, idarəçilik və ictimai həyat sahələrində islahatlara başlanılıb.
Xiyabaninin mübarizəsinin əsas qayəsi xalqın hüquqlarının qorunması, azadlıq və ədalətin bərqərar olması idi. O, öz həyatını bu ideallara həsr etdi və mübarizəsi ilə Cənubi Azərbaycan tarixində silinməz iz qoydu.
Şeyx Məhəmməd Xiyabaninin əziz xatirəsini dərin ehtiramla anırıq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul edilib
Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul edilib.Citypost.az xəbər verir ki, bəyannamənin mətnini Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Salman Musayev oxuyub.Bəyannamənin mətnində deyilir:"Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşü 2026-cı ilin 14 sentyabr tarixində Bakıda keçirilmişdir.7-ci Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Nauruzbay Taqanulı, Qırğızıstan Müsəlmanları idarəsinin sədri, müfti Əbdüləziz Zakirov, Türkiyə Dəyanət İşləri Başqanı Prof. Dr. Safi Arpaguş, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Holiknazar, Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Rahman Qurbanmuradov, Şimali Kipr Dini İşlər Başqanı Hakan Moral və Türk Dövlətləri Təşkilatının...
14 Sentyabr 2026, 11:33
TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər
Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər.Citypost.az xəbər verir ki, müraciət Bakıda keçirilən Müsəlman dini liderlərinin 7-ci Görüşündə qəbul olunub.Müraciətin mətnini Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Rəşad Əliyarlı oxuyub.
14 Sentyabr 2026, 11:33
Kamran Əliyev İƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclasında iştirak edib
Baş prokuror Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının Qazaxıstanda keçirilən 7-ci iclasında iştirak edib.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Tədbirdə çıxış edən K.Əliyev bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və dövlətin strateji prioritetlərindən biri kimi müəyyənləşdirilən rəqəmsal transformasiya kursu hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.Diqqətə çatdırılıb ki, cari ilin fevral ayında yaradılmış və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrlik etdiyi Azərbaycan Rəqəmsal İnkişaf Şurasının əsas məqsədləri ölkənin texnoloji potensialının və rəqəmsal suverenliyinin gücləndirilməsi, habelə innovasiyalara əsaslanan iqtisadi modelə keçidin təşviqindən ibarətdir.Baş prokuror Azərbaycanın bu sahədə mühüm nailiyyətlərindən biri...
14 Sentyabr 2026, 11:12
Parlamentdə əhalinin məşğulluğu müzakirə olunacaq
Milli Məclisdə əhalinin məşğulluğunun artırılmasına həsr edilən ictimai dinləmə keçiriləcək.Citypost.az xəbər verir ki, bu, parlamentin 2026-cı il payız sessiyası üzrə iş planına daxil edilib.Plana əsasən, "Əhalinin məşğulluğunun artırılması sahəsində qarşıda duran vəzifələr və qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda dinləmənin sessiya müddətində təşkili nəzərdə tutulur.
14 Sentyabr 2026, 11:08
Azərbaycan və Çin terrorla mübarizədə əməkdaşlığı gücləndirir
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.Citypost.az-a DTX-dən verilən məlumata görə, saziş Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinin Ciansu əyalətinin Lianyunqan şəhərinə baş tutan səfəri çərçivəsində imzalanıb.Çinin İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə baş tutan səfər çərçivəsində nümayəndə heyəti müxtəlif ölkə və beynəlxalq təşkilatları təmsil edən yüksəkvəzifəli şəxslərin qatıldığı V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak edib.Terrorçuluğa qarşı mübarizə, beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu tədbirdə "Qlobal Terrorçuluqla Mübarizə üzrə 2026-cı...
14 Sentyabr 2026, 10:57
İlham Əliyev Bakıda yeni innovasiya şəhərciyini açdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.Citypost.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına "SABAH.city" innovasiya şəhərciyi barədə məlumat verib.Bildirildi ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu - basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb,...
14 Sentyabr 2026, 10:56