Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Cəmiyyət 17 Sentyabr 2026, 19:20
286
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib.
Bu barədə Citypost.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib.
Tədbirdə çıxış edən DTX rəisi müasir geosiyasi proseslərin doğurduğu yeni qlobal və regional təhdidlərə, o cümlədən davam edən genişmiqyaslı hərbi qarşıdurmaların nəqliyyat dəhlizlərinin fəaliyyətində yaratdığı ağır fəsadlara diqqət çəkib.
Həmçinin oxuyun
Çıxışda vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlb olunması, habelə döyüş zonalarından qanunsuz çıxarılan silah-sursat və partlayıcı maddələrin qaçaqmalçılığı kriminogen vəziyyəti ağırlaşdıran təhlükəsizlik mühitinə ciddi təhdid kimi qiymətləndirilib.
Xidmət rəisi Yaxın Şərqdə davam edən böhranların, o cümlədən strateji boğazların blokadaya alınmasının dünya ticarətinə, enerji təhlükəsizliyinə və qlobal iqtisadiyyata mənfi təsirlərini qeyd etməklə mövcud qeyri-müəyyənliklər şəraitində heç bir dövlətin baş verən proseslərdən kənarda qala bilməyəcəyini, milli təhlükəsizliyin etibarlı təmin edilməsi və qarşıda duran çağırışlara vahid mövqedən yanaşılması məqsədilə tərəfdaş dövlətlər arasında təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Dünyada mövcud vəziyyətin qiymətləndirildiyi, müasir çağırışlar fonunda regional təhlükəsizliyin təmin olunması istiqamətində zəruri addımların müzakirə edildiyi iclasda müvafiq məsələləri əhatə edən yekun sənəd imzalanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Deputat Ordubadda seçicilərin problemlərini dinlədi
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Gənzə kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.Citypost.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə Gənzədən olan seçicilərlə yanaşı, Anabad kəndindən olan seçicilər də iştirak ediblər.Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər....
17 Sentyabr 2026, 19:38
Tələbə qəbulu adı ilə 34 min manat alan şəxsə HÖKM
Özünü təhsil eksperti kimi tanıdaraq vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Əşrəf Əşrəflinin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.O, təqsirləndirilən Əşrəf Əşrəflinin 8 il 6 ay il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Əşrəf Əşrəfli 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, ittihama görə, Əşrəf Əşrəfli Soner Kuçker adlı vətəndaşdan onu Tibb Universitetinə tələbə kimi qəbul etməyə görə 34 min manat, Səbinə Abdullayevadan isə övladını İspaniyada universitetə qəbul etdirmək adı ilə...
17 Sentyabr 2026, 19:28
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə yenidən əməliyyat olunub.Bu barədə Citypost.az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.Millimizin üzvünün əvvəllər əməliyyat olunan ayağında yenidən problem yarandığı üçün həkimlər təkrar əməliyyat lazım olduğunu bildiriblər. B.Mustafazadənin təxminən 4 həftədən sonra bərpa mərhələsinə başlayacağı gözlənilir.Qeyd edək ki, Bəhlul Mustafazadə cari ilin fevral ayından zədədən əziyyət çəkir
17 Sentyabr 2026, 18:50
Taleh Qaraşov Vilvan sakinlərinin qayğı və problemlərini dinlədi
Vətəndaşları narahat edən problemlərin həllinə xüsusi diqqət göstərilməsi, dövlət-vətəndaş dialoqunun genişləndirilməsi və qarşılıqlı inamın daha da möhkəmləndirilməsi baxımından yerlərdə təşkil olunan səyyar görüşlər böyük əhəmiyyət daşıyır.Citypost.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun Vilvan kəndinin sakniləri ilə növbəti görüşü də məhz bu məqsədlə reallaşdırılıb. Qəbulda şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxışında dövlət səviyyəsində həyata keçirilən strateji islahatlara toxunaraq bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı barədə qəbul olunan Dövlət Proqramı regionların, xüsusilə də Lənkəranın aqrar potensialının tam reallaşdırılması üçün yeni imkanlar açır....
17 Sentyabr 2026, 18:40
Rusiya müharibədən sonra hansı dünyanı istəyir?
Rusiya–Ukrayna müharibəsi nə vaxtsa dayanacaq. Ancaq atəşin dayanması Rusiyanın siyasi məqsədlərinin də bitməsi demək olmayacaq. Moskva üçün məsələ yalnız müəyyən ərazilərin taleyi deyil. Söhbət Rusiyanın Avropada, Qafqazda və ümumilikdə dünya siyasətində əvvəlki təsir imkanlarını hansı formada bərpa edə biləcəyindən gedir.Ukrayna müharibəsi Rusiyanın böyük hərbi gücə malik olduğunu göstərməklə yanaşı, onun qarşısında ciddi problemlərin də olduğunu ortaya çıxardı. Qərbin sanksiyaları, NATO-nun genişlənməsi, Avropanın hərbi xərclərini artırması və Rusiyanın iqtisadi əlaqələrinin Şərqə daha çox yönəlməsi müharibədən əvvəlki mənzərəni dəyişdi. Moskva indi müharibəyə başlamazdan əvvəlki dünyanı olduğu kimi geri qaytara bilməz.Buna görə Rusiyanın əsas məqsədlərindən biri yeni reallığı öz xeyrinə çevirmək ola bilər....
17 Sentyabr 2026, 18:31
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
17 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyevi qəbul edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regionda nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.Nazir Ceyhun Bayramov Azərbaycanın TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiyini, ölkəmizin Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının inkişafında fəal rol oynadığını qeyd edib. Bu çərçivədə, Azərbaycanın əlverişli coğrafi mövqeyinin, müasir nəqliyyat infrastrukturunun, tranzit imkanlarının səmərəli və dayanıqlı inkişafa mühüm töhfə verdiyi bildirilib.Azərbaycanın təşəbbüsü və səyləri nəticəsində nəqliyyat infrastrukturunun inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının...
17 Sentyabr 2026, 18:26