Bizə yazın

Baku

-°C

USD

-

Əmir Pəhləvan :DÖVRÜN SATİRA SİLAHI yaxud, felyeton janrının böhranı

Cəmiyyət 13 Sentyabr 2026, 19:19

266

Bu mövzu barədə düşünəndə yaxın keçmişimizin, o cümlədən, sovet dövrünün satira dolu ədəbi xatirələri göz önünə gəlir. Nəsr və nəzmlə yazılan, İctimai həyatın mənfi cəhətləri tənqid olunan və lağa qoyulan felyeton janrı indi özünün böhran mərhələsini yaşayır.  Azərbaycanda felyeton janrını ədəbiyyatımıza Cəlil Məmmədquluzadə gətirmişdir.

Qəəzet və jurnalların səhifələrini bəzəyən yumor və felyetonlar ədəbi janr kimi özünün məna yükü, dili, ideoloji estetik səviyyəsilə zamanın mənzərəsini əks etdirirdi. İnsanların düşdüyü vəziyyət komik situasiyalar kəsb etdiyindən komediya və satirik publisistikaya indi daha çox ehtiyac duyulur. Çünki, cəmiyyətdəki ictimai-siyasi bəlaları, bürokratizmi, mənəvi eybəcərlikləri satirik publisistika – felyetonlarla ifşa etmək mümkündür.Lakin bütün dövrlərin ən çox popolyar mövzusu olan felyeton janrı indi özü sosial şəbəkələrin söyüş obyekti kimi təbliğ olunur. Necə deyərlər, top kimi hara gəldi, kimin qahısına gəldi vurulur... Hamı “felyetonçu” və “satirik jurnalist” olmuşlar. Nəvədən-babaya qədər ailə üzvülərinin, nəsil-şəcərələrinin hamısı satira sözünü təhqir sözüylə əvəzləyib felyetonu hədə-qorxu və şantaj performasına çevirmişlər.Allah Mirzə Cəlilə rəhmət eləsin.”Molla Nəsrəddin” jurnalında millətin və zamanın eyiblərini yaza-yaza yeddi arxadönənini üzə çıxartsa da heç bir faydası olmadı.Əksinə axırda Cəlilin özü və ailəsi vəhşi cəhalətin qəzəbinə düçar oldu. Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və başqa ədəbiyyat və mədəniyyət karifeylərimiz də həmçinin nadanlığın və xurafatın qurbanı oldular.Hələ də Çəlil felyetonlarının içində çabalayan millətimiz öz eyblərini boynuna almır ki, almır...

Yaxın keçmişimiz olan covet jurnalistikasının bədii-estetik cəhətləri, ictimai-siyasi baxışları və ziddiyyətləri bu günümüzlə müqayisədə nə qədər fərqli olsa da ümumi ədəbi prosesi, janrları, obrazlılığı və struktur prinsiplərini sistemli şəkildə özündə saxlamışdır.

İstər publisistikanın, istərsə də bədii ədəbiyyatın əsas yaradıcılıq prinsiplərindən biri tipikləşdirmədir. Ədəbiyyatşünaslarla publisistika nəzəriyyəçiləri arasında nəyin tipik, nəyin qeyri-tipik olması barədə mübahisələr bu gün də davam edir və bəzən konkret əsərlərə qiymət verilərkən ölçü hissinin itirilməsinə gətirib çıxarır. Bədii ədəbiyyatda tipiklik dedikdə, əsasən, obrazın ictimai mahiyyəti, müəyyən fundamentə, sinfi köklərə malik olması əsas götürülür. Oçerk janrında cəmiyyət üçün tipik fərdlərin bədii təsviri olduğundan ədəbiyyat nəzəriyyəçilərinin bir qrupu onu bədii ədəbiyyat janrları sırasına daxil edirlər. Yaradıcılıq metodu və üslubu, süjet-kompozisiya həlli etibarilə bədii əsər hesab olunan sənədli novella, sənədli hekayə, sənədli povest və sənədli romanlar isə əksər publisistika nəzəriyyəçiləri tərəfindən bədii publisistikanın janrları kimi qiymətləndirilir. Burada qələmə alınan hadisələrin konkret faktla bağlı olması əsas götürülür, lakin faktın cəmiyyət üçün nə dərəcədə tipik, yaxud qeyri-tipik olması unudulur. Bədii ədəbiyyatda konkret prototipləri məlum olan minlərcə əsər məhz ümumiləşdirmə xüsusiyyətlərinə görə bədii əsər kriteriyası alır. Müəyyən sənədli əsər üçün də (məsələn, Əvəz Sadığın “Mingəçevir işıqları” romanı) fakt ümumiləşdirici xüsusiyyətlərə malik ola bilir və cəmiyyət üçün tipik xarakter daşıyır. Halbuki, yuxarıdakı meyarla yanaşdıqda onu bədii publisistika, yoxsa, bədii əsər adlandırmaq qeyri müəyyən mülahizələrdən asılı olur. Burada isə elmin əsas prinsiplərindən biri—onun konkretliyi pozulur, nəticədə publisistika nəzəriyyəçiləri və ədəbiyyatşünaslar arasında saxta “polemika”, nəzəri “frontallıq” meydana çıxır. Jurnalistika və ədəbiyyat nəzəriyyəsinin hazırkı durğunluq mərhələsində satirik əsərlərə düzgün olmayan aspektdən nəzəri-metodoloji və ədəbi-estetik qiymət verilməsi də məhz yuxarıda qeyd edilən nəzəri dolaşıqlarla bağlıdır.

Satirik publisistikanın nəzəri tədqiqinə həsr edilmiş kitablarda oxuyuruq: “satirik publisistika cəmiyyət üçün tipik olmayan fərdləri qələmə alıb onların tipik obrazını yaradır.” Burada konkret yaradıcılıq sahəsinə konkret ictimai-tarixi formasiya zəminində qiymət vermək, yaradıcılığın metodoloji tərəfəri unudulmuşdur. Məsələn, C.Məmmədquluzadənin sosialist inqilabından əvvəlki  felyetonlarında məhz cəmiyyət üçün tipik olan fərdlər qələmə alınmışdır. Bu isə heç də həmin əsərlərin satirik publisistik mahiyyətini inkar etmir.

Ədibin “Meymunlar”, “Molla Cəfərqulu”, “Qanlı faciə”, “Sürmə”, “Yar ilə görüşmək”, “Dəbistan” və digər onlarla felyetonu klassik satiranın parlaq  nümunələridir.

Bədii-satirik əsərlərin ədəbiyyatda yerini müəyyən etmək üçün dərin metodoloji izah tələb olunur. Klassistlərin yaradıcılıq metodu şəxsiyyətin ali dövlət mənafeyini hər şeydən üstün tutmasını yaradıcılıq prinsipi səviyyəsinə qaldırmışdır. Sovet ədəbiyyatında qəhrəmanın dövlət mənafeyini şəxsi mənafedən uca tutması bu ədəbiyyatın heç də klassizm mahiyyəti daşıması demək deyildir. Bütün bunlar göstərir ki, konkret ədəbi, eləcə də bədii publisistik əsərə konkret tarixi dövr və yaradıcılıq metodu baxımından, müəyyən bədii estetik yaradıcılıq konsepsiyasından çıxış edərək qiymət vermək lazımdır.

Müasir satirik-bədii əsərlər konkret bədii yaradıcılıq metodu, konsepsiyası, kompozisiya xüsusiyyətləri və s. etibarilə bədii ədəbiyyat əsərləridir. İstər satirik və ya sənədli hekayə, povest, roman, istərsə də şeir olsun, əgər yuxarıdakı ədəbi-bədii kriteriyalarla uyğun gəlirsə, onu dövrün ədəbi prosesindən ayırmaq tamamilə yanlış nəticələrə gətirib çıxarardı.

Filologiya elmləri doktoru C.Əbdürrəhmanovanın “Satirik publisistika cəmiyyət üçün tipik olmayan fərdləri qələmə alıb onların tipik obrazını yaradır” fikri satiranın olduqca mühüm bir xüsusiyyətini ortaya çıxarır. Müasir satirk əsərlər fakta münasibətdə qeyri-tipik halları əks etdirir. Satirik publisistikaya xas olan təsvir üsulu, cəmiyyətimizin ümumi ruhuna yad olan ayrı-ayrı neqativ halların, mənfiliklərin “şüurlu surətdə şişirdilməsi, satirik boyalarla qəsdən kəskinləşdirilməsi” (C.Əbdürrəhmanova) bədii satirik əsərlərdə də özünü göstərir. Qeyri-tipik olan fakta münasibət etibarilə bu əsərlər satirik publisistikaya yaxınlaşır, bədii metodunu inkar etmir, onu bədii ədəbiyyat siyahısından çıxarmır.

Sənədlilik prinsipi əsasında qurulmuş bədii-dedektiv əsərlərin son dövrdə hiss ediləcək kəmiyyət artımı bütövlükdə ədəbiyyatın bu sahəsində gedən keyfiyyət dəyişikliyinin aşkar olunması üçün geniş zəmin yaradır. Ancaq bədii tənqid və ədəbiyyat nəzəriyyəsi susur. Bu halın izahı, əlbəttə, yuxarıda qeyd etdiyim nəzəri dolaşılıqla, yəni ədəbiyyatşünaslıq və publisistika nəzəriyyəsinin “tipikləşdirmə” prinsipinə bədiilik aspektindən qiymət verərkən konkret söz deməməsi ilə əlaqədardır. Daha doğrusu, “nəzəriyyə” adı ilə ifadə olunan əksər fikirlərin qeyri-elmiliyi ilə bağlıdır. 1991-ci il oktyabrın 18 də həqiqi müstəqilliyimizin bərpası bizdən bədii ədəbiyyat və publisistika sahəsində də işin hərtərəfli yenidən qurulmasını (həm ədəbiyyatda, həm də ədəbiyyatşünaslıqda) tələb edir. Bu tələb düzgün başa düşülmədikcə istər mətbuatda, istərsə də elmi dissertasiyalarda neçə-neçə əsərə real estetik qiymət verilməycək, yaxud xeyli miqdarda bədii sənət məhsulu diqqətdən kənarda qalacaqdır.

Ayrı-ayrı satira ustadlarımızın, tanınmış yazıçılarımızın tənqidi satirik əsərləri, bütövlükdə “Kirpi” və “Mozalan” kino jurnallarında  satirik-publisistik məktəbi o dövrün satirik güzgüsü olmaqla məhdudlaşmır, həyata təsir edir, qüsurların ləğv edilməsində əhəmiyyətli rol oynayırdı.Təəssüf ki, juralistikanın sənətkarlıq xüsusiyyətlərinə və ümumu prinsiplərinə cavab verən və günümüzün güzgüsünə çevrilən profilli satirik qəzet və jurnalların olmaması cəmiyyətdə yaranan boşluqların ayaq tutmasına gətirib çıxardır.

Fransanın satirik qəzeti olan “La Bougie du Sapeur” oxucuların görüşünə dörd ildə bir dəfə gəlir. 1980-ci ildən nəşr olunan qəzet 200 min tirajla çıxır.

Hamburqda nəşr olunan Almaniyanın ən məşhur həftəlik jurnallardan biri Der Spiegel, "Şpige‎)l"dir. (azərb. Güzgü)  Səhifələrində ən çox satirik publisistikaya yer ayıran Jurnal özünü "Almaniya və Avropada ən böyük tirajlı məlumatlandırıcı-siyasi jurnalı" hesab edilir. Həftədə təxminən 1,5 milyon nüsxəsi satılır.

1841-ci ildə İngiltərədə təsis edilmiş “Punch, və ya London Charivari” həftəlik yumor və satira jurnalı da öz auiditoriyasını tutmuş çoxtirajlı mətbu nəşrlərdən sayılır.

Əlbəttə, bu cür nəşrlərin sayını uzatmaq da olardı. Əsas məsələ satirik publisistikanın nizamnaməsi və ümumi prinsipləri çərçivəsində çap olunan mətbu nəşrlərin işıq üzü görməsindən gedir.Çünki, bu nəşrlərdə jurnalistikanın sənətkarlıq xüsusiyyətləri yüksək profesionallıqla öz əksini tapır və oxucu arxasınca apara bilir. Bu cür nəşrlərdə felyeton janrı  cəmiyyətdə baş verən naqis cəhətləri önə çıxardaraq onun həlli yollarını müəyyənləşdirir və bir daha dördüncü hakimiyyətin-=mətbuatın tükənməz gücünün təsdiq edir.

Azərbaycan milli mətbuatının ənənələrinə sadiq qalaraq satirik publisistikanın prinsipləri əsasında yeni bir nəşrin işıq üzü görməsinə ehtiyacın olduğu hiss olunur.Şübhə etmirəm ki, bu təşəbbüs ədəbiyyat tənqidçilərinin və jurnalistika nəzəriyyəçilərinin də ürəyindən olardı.

Ə.P.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 

Aparılacaq təmir işləri ilə əlaqədar 14 sentyabr saat 6:00-dan etibarən Binəqədi rayonu, Xocasən qəsəbəsi, Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Təmir səbəbilə sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur....

13 Sentyabr 2026, 17:51

CƏLAL BƏRGÜŞADIN HƏYATI VƏ YARADICILIQ YOLU YENİ BAXIŞ MÜSTƏVİSİNDƏ

Yaxın günlərdə filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin nəfis tərtibatda nəşr olunmuş “Cəlal Bərgüşad” adlı sanballı əsəri ilə tanış oldum. Kitaba professor Nadir Məmmədli oxuculara “Cəlal Bərgüşadın elmi tərcümeyi-halı və ya yazıçının ömür yolu” adlı əhatəli ön söz yazıb. Əslində kitablara yazılan ön söz oxucuya əsərin məqsəd və məramı haqqında verilən istiqamətdir. Bu mənada müəllif giriş sözündə Lütviyyə xanımın əsərinə mükəmməl baxışı, geniş açıqlaması ilə münasibətini bildirib. Fəsillərdə qoyulan məsələlərə, tədqiqat obyektinə müəllifin yanaşma prinsipini çəkdiyi ədəbi zəhmətinin timsalında dəyərləndirib. Burdan da məlum olur ki, Lütviyyə Əsgərzadə yazıçının həyat və yaradıcılığını geniş aspektdə işıqlandırmaqdan ötrü Cəlal Bərgüşadın Ədəbiyyat və İncəsənət arxivində...

13 Sentyabr 2026, 17:04

QƏLB QIRANLARI BAĞIŞLAMAQ OLARMI?  - Deputat Ceyhun Məmmədov yazır

Münasibətlərdə ən ağır məsələlərdən biri qəlb qırmaq, haqq tapdalamaq və sonradan bunun məsuliyyətini daşımaqdır. Elə olur ki, birinin etdiyi haqsızlıq illərlə yadda qalır. Bir söz, bir davranış, verilən və tutulmayan söz, mənimsənilən haqq və ya edilən ədalətsizlik qəlbdə dərin iz buraxa bilər.Adam bir söz deyib keçir. Onun üçün həmin söz bir neçə saniyəlik ifadədən ibarət olur. Amma qarşı tərəf həmin sözü günlərlə, hətta uzun müddət beynində daşıya bilər. Deyilən söz yaddaşda təkrar-təkrar canlanır, həmin şəxs hər dəfə eyni həyəcanı, eyni ağrını və eyni iztirabı yenidən yaşayır. Buna görə də bizim üçün adi görünən bir söz başqasının qəlbində çox ağır iz...

13 Sentyabr 2026, 16:53

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq 

Sentyabrın 14-də gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.Bakıda və Abşeron yarımadasında cənub küləyi əsəcəkSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Dağlıq ərazilərdə qısamüddətli az yağış yağacaqSentyabrın 14-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 16-21° isti,...

13 Sentyabr 2026, 12:41

Ölümü ilə həbsdən qurtuldu – Stalinin sadiq və yaltaq kadrı olan “Kreml cəlladı”  

Onun siyasi fəaliyyəti bu günə qədər də tam açılmamış qalır. Uzun illər SSRİ-nin yüksək vəzifəli kommunistlərinin üzərində partiya nəzarəti funksiyasının həyata keçirən Matvey Şkiryatov özünü maksimum kölgədə saxlamağa çalışıb. Stalin hakimiyyəti dövründə böyük səlahiyyətlərə sahib olan Şkiryatov “NKVD” rəhbərləri olan Nikolay Yejov, Lavrenti Beriya səviyyəsində “cəlladlıq” imkanına malik olub. Elə bu səbəbdən də onu “Kremlin cəlladı” adlandırıblar.Matvey Şkiryatov 1883-cü ildə Tulada, Vişnyakovo kəndində yoxsul kəndli ailəsində anadan olub. İbtidai təhsil aldıqdan sonra fermer təssərüfatlarında işləyən atasına köməklik edib. Kənd həyatı ürəyincə olmadığından Şkiryatov şəhərə üz tutub. Tulada dərzi köməkçisi işləyib. Amma o, bu işdə də özünü tapa bilməyib. Daha sonra...

13 Sentyabr 2026, 11:39

Salam dar ağacı - Rüstəm Behrudinin şeiri

Yolumu gözlədin hər səhər-axşam, Salam, Dar ağacı!Əleyküm-salam.Əcəllə ölməyə doğulmamışam,Salam, Dar ağacı!Əleyküm-salam.O hansı millətdir, taleyi sirdir?Yüz adla bölündü, yenə də birdir!Məni hüzuruna bu dərd gətirdi,Salam, Dar ağacı!Əleyküm-salam.Xəzəri, Baykalı, Aralı gördüm,Gördüm can üstədir, yaralı gördüm.Tanrını bəndədən aralı gördüm,Salam, Dar ağacı!Əleyküm salam.Çarxı tərs fırlanır fələk qarının,Turan kölgəsində budaqlarının.Rəngi bayrağımda yarpaqlarının,Salam, Dar ağacı!Əleyküm salam.Əvvəlin axırı, sonun əvvəliBuymuş, bilməmişəm bunu mən dəli.Qorxum yox! Nə olsun boyun göy dəlir?!Salam, Dar ağacı!Əleyküm-salam.Danış, Əmir Teymur, bu son nəydi bə?Boynumda ağ kəfən, dilimdə tövbə...Dərsini tərs bilən, mənimdi tövbə!Salam, Dar ağacı!Əleyküm-salam!Səni mən əkmişəm...Mənə sən qənim,Səni suvarmağa halaldı qanım;Yarpağın rəng alsın qanımdan mənim,Salam, Dar ağacı!Əleyküm-salam!Ey darın ağacı! Kimdən kəməm, kəm?!Ya səni yendirrəm,...

13 Sentyabr 2026, 10:48