Bizə yazın

Baku

-°C

USD

-

Həcc ziyarəti ilə bağlıVACİB AÇIQLAMA

Cəmiyyət 29 Noyabr 2024, 17:21

25455

Xüsusi pasport sahibləri belə Həcc ziyarəti üçün viza almalıdırlar.

Citypost.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.

O qeyd edib ki, sazişlə nəzərdə tutulan viza məsələsi işçi səviyyəsində olan səfərlər üçün nəzərdə tutulub.

“Mənə çox sayda suallar gəlirdi ki, Səudiyyə Ərəbistanı iki müqəddəs məkanın olduğu ölkədir və qeyd edilən saziş əsasında həmin pasport sahiblərinin aldıqları viza ilə ziyarətə getmələri mümkün olacaqmı? Sazişdə birbaşa istinad olunub ki, ziyarət üçün ayrı viza lazımdır. Bununla bağlı müzakirələr gedib və hesab edirəm ki, düzgün qərar qəbul olunub.

Diplomatik, xüsusi və xidməti pasportla ölkələr arasında əlaqələrin genişləndirilməsi, müzakirələrin aparılması üçün işçi səfərləri həyata keçirilir. Başqa səfərlər isə ümumvətəndaş pasportu və xüsusi viza tələbi olan məsələdir”, – komitə sədri əlavə edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hövsanın bəzi hissəsində su kəsiləcək 

Avqustun 3-də Bakının Hövsan qəsəbəsinin bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq.Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.Bildirilib ki, buna səbəb magistral su xəttinin qəzalı hissəsində aparılan təmir-bərpa işləridir.

03 Avqust 2026, 16:10

Yüksək pensiya almağın əsas şərtləri açıqlandı – Ekspertdən vacib açıqlama 

Pension məbləği Azərbaycanda bütün vətəndaşlar üçün eyni olmur. Onun həcmi bir sıra əsas amillərdən asılıdır. Daha yüksək pensiya almaq üçün ilk növbədə uzunmüddətli rəsmi əmək fəaliyyəti və yüksək rəsmi əməkhaqqı mühüm rol oynayır. Çünki işəgötürən tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları vətəndaşın fərdi hesabında toplanaraq gələcək pensiyasının məbləğinin formalaşmasına birbaşa təsir göstərir.Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər artması xüsusən ciddi siqnaldır”Onun sözlərinə görə, pensiyanın məbləğini müəyyən edən əsas göstəricilərdən biri fərdi hesabda toplanmış pensiya kapitalıdır.“Rəsmi əmək müqaviləsi ilə çalışan, əməkhaqqısı tam şəkildə rəsmiləşdirilən və sosial sığorta...

03 Avqust 2026, 15:46

TƏBİB: Ötən ay suda boğulma ilə bağlı 22 müraciət qeydə alınıb, 7 nəfər ölüb 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində suda boğulma hadisələri ilə əlaqədar ümumilikdə 22 müraciət daxil olub.Bu barədə  TƏBİB-dən məlumat verilib.Bildirilib ki, daxil olan müraciətlər üzrə 10 nəfər tibb müəssisələrinə hospitalizasiya edilib, 5 nəfərə yerində tibbi yardım olunub, 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.Müraciət edənlərdən 4 nəfəri qadın, 15-i kişi, 3-ü isə şəxsiyyəti naməlum olub.

03 Avqust 2026, 14:59

Azərbaycan XİN Pakistana başsağlığı verib 

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.Bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb."Pakistanın Bəlucistan əyalətində baş vermiş ölümcül kömür mədəni qəzası nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.Yaralananlara tezliklə şəfa diləyir, hadisədən zərər çəkən hər kəsin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik", - paylaşımda qeyd olunub....

03 Avqust 2026, 14:38

Komitə sədri bu idarəyə rəis təyin etdi 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz–Qazax Regional İdarəsinə yeni rəis təyin olunub."Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə komitə sədri Ramin Məmmədov əmr imzalayıb.Əmrə əsasən, Qüdrət Əliyev Tovuz–Qazax Regional İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

03 Avqust 2026, 14:10

Sabahın hava proqnozu açıqlanıb 

Sabah Azərbaycanda hava necə olacaq?Avqustun 4-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilimndə 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi...

03 Avqust 2026, 13:45