İtaliya "Starlink" ilə danışıqları dayandırıb
Dünya 22 Mart 2025, 17:00
9933
İtaliyanın müdafiə naziri Guido Crosetto hökumətin İlon Maska məxsus "Starlink" şirkəti ilə apardığı danışıqları dayandırdığını açıqlayıb.
Citypost.az xəbər verir ki, bu barədə o, “La Repubblica”ya müsahibəsində bildirib.
Nazir "Starlink" proqramının hərbi və hökumət məqsədləri üçün istifadəsinə dair müzakirələrin başa çatdığını bildirib. O, bu qərarı geosiyasi gərginlik və Maskın ictimai bəyanatları ilə əlaqələndirib.
Crosetto layihənin texniki müzakirələrinin Maskın şəxsiyyəti ilə bağlı mübahisələrə yönəldiyini qeyd edərək, yekun qərarın texniki meyarlar və milli maraqlara əsaslanmalı olduğunu vurğulayıb.
Bundan əlavə, nazir elektrik avtomobillərinə maraq göstərmədiyini, ənənəvi mühərriklərdən, xüsusilə Eni şirkətinin istehsal etdiyi aşağı emissiyalı yanacaqlarla mümkün qədər uzun müddət istifadə etməyə üstünlük verdiyini bildirib.
Mask haqqında fikirlərini bölüşən Crosetto onu “avtomobillərdən çox kosmosda inqilab yaradan dahi və uzaqgörən” kimi xarakterizə edib.
Qeyd edək ki, İtaliyanın "Starlink" ilə 1,5 milyard avro dəyərində 5 illik müqaviləsi ordusu və diplomatları üçün təhlükəsiz peyk rabitəsi təmin etmək məqsədi daşıyırdı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Türkiyənin hava məkanına yaxınlaşan PUA F-16 qırıcıları vasitəsilə zərərsizləşdirilib
Qara dəniz istiqamətindən hava məkanına yaxınlaşan, idarəetmədən çıxdığı müəyyən edilən pilotsuz uçuş aparatı (PUA) F-16 qırıcıları tərəfindən vurularaq zərərsizləşdirilib.CityPost.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.Hava hədəfi mövcud prosedurlar çərçivəsində nəzarətə götürülüb.Hava məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə NATO və milli nəzarət sistemində olan F-16 qırıcılarına döyüş hazırlığı tapşırığı verilib. Onun idarəetmədən çıxmış pilotsuz uçuş aparatı olduğu müəyyən edilib və mümkün risklərin qarşısını almaq üçün yaşayış məntəqələrindən kənarda, təhlükəsiz ərazidə vurularaq məhv edilib....
16 Dekabr 2025, 09:33
Suriyada ABŞ hərbçilərinə hücumda şübhəli bilinən beş nəfər saxlanılıb
Suriya Hüquq mühafizə orqanları Tədmurda iki ABŞ hərbçisinin həlak olduğu hücumda şübhəli bilinən beş nəfəri saxlayıb.Bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat verib.
15 Dekabr 2025, 09:20
HAMAS İsrailin Qəzzaya hücumu zamanı yüksək rütbəli komandirinin öldürüldüyünü təsdiqləyib
HAMAS İsrailin Qəzzaya endirdiyi hücum nəticəsində təşkilatın yüksək rütbəli komandiri Raed Saadın öldürüldüyünü təsdiqləyib.CityPost.az xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.Bu, oktyabr ayında əldə olunmuş atəşkəs razılaşmasından sonra fələstinli qruplaşmanın yüksək səviyyəli nümayəndəsinə qarşı həyata keçirilmiş ən səs-küylü sui-qəsd hesab olunur.
14 Dekabr 2025, 14:22
Rusiya MN: Gecə ərzində 235 pilotsuz uçuş aparatı məhv edilib
Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Ukraynaya məxsus 235 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, dekabrın 13-ü saat 22:00-dan (Bakı vaxtı ilə) dekabrın 14-ü səhər saat 08:00-a qədər növbətçi hava hücumundan müdafiə vasitələri Ukraynaya məxsus 235 sabit qanadlı PUA-nı zərərsizləşdirib.Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatları 35-i Bryansk, 32-si Krım, 22-si Krasnodar, 15-i Tula, 13-ü Kaluqa, 7-si Kursk, 4-ü Ryazan, 4-ü Rostov, 3-ü Belqorod, 2-si Leninqrad, 1-i Smolensk, 1-i Pskov, 1-i Novqorod və 1-i Moskva vilayəti üzərində vurulub....
14 Dekabr 2025, 10:55
Türkiyə Rusiya və Ukraynadan sülh sazişinə qədər məhdud razılaşma tələb edir
Türkiyə Rusiya və Ukrayna arasında tam sülh sazişi əldə olunana qədər müəyyən sahələr üzrə məhdud razılaşmaların imzalanmasını zəruri hesab edir.Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.Nazir bildirib ki, Qara dənizdə qarşılıqlı cavab zərbələri bölgədə ticarətə ciddi zərbə vurur və bu vəziyyət Türkiyə üçün risklər yaradır.Onun sözlərinə görə, yaranmış şərait həm Türkiyə vətəndaşlarının, həm də türk şirkətlərinə məxsus gəmilərin təhlükəsizliyini təhdid edir.Hakan Fidan qeyd edib ki, gəmilərin bayraqları fərqli ola bilər, lakin onları istismar edən şirkətlər türk şirkətləri ola, heyətində isə türk dənizçilər yer ala bilər. Bu səbəbdən Ankara xüsusilə iki istiqamət üzrə razılaşmanın vacib olduğunu vurğulayır.“Əgər genişmiqyaslı...
13 Dekabr 2025, 23:47
Aİ Rusiyanın dondurulmuş aktivlərini müddətsiz bloklayıb
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması barədə qərar qəbul edib.Bu barədə Danimarkanın Aİ Şurasına Sədrliyinin bəyanatında bildirilir."Aİ Şurası Rusiyanın aktivlərinin müddətsiz bloklanmasını təsdiqləyib", - bəyanatda deyilir."Reuters" qeyd edib ki, Avropa İttifaqı bununla da Ukraynaya yardım məqsədilə həmin vəsaitlərin istifadəsinə ən ciddi maneəni aradan qaldırıb."Aİ Ukraynanın maliyyələşdirilməsini saxlamaq istəyir, çünki Rusiyanın işğalını öz təhlükəsizliyinə təhdid hesab edir. Bunun üçün Aİ dövlətləri 2022 - ci ildə Ukraynaya hücumdan sonra blokladıqları Rusiyanın suveren aktivlərinin bir hissəsini cəlb etməyə çalışırlar", - məqalədə deyilir.Aİ ölkələri hökumətləri tərəfindən razılaşdırılmış ilk vacib addım, aktivlərin dondurulmasının uzadılması məsələsində hər altı ayda bir səs vermək əvəzinə,...
12 Dekabr 2025, 23:10