Bakıda onu vəzifədən çıxartdılar, İran “hücuma” keçdi
Cəmiyyət 03 Yanvar 2026, 10:28
549
Azərbaycan Yazıçılar Birliyinin Güney ədəbiyyatı komissiyasının sədri Sayman Aruzun vəzifədən kənarlaşdırılmasının İranın xüsusi xidmət orqanlarına necə təsir edəcəyi bəlli idi - illərlə yetişdirilib, formalaşdırılıb, Cənubda şeir yarışında qalib elan edib, sonra Eldar Mahmudovun nazir olduğu zaman milli təhlükəsizlik sistemində yaranmış boşluqdan sui-istifadə edərək, Azərbaycana göndərdiyi və burada böyütdüyü bir şəxsin “sıradan çıxarılması” yönündə ilk addım əlbəttə ki, ETTELAAT-ı qane etməyəcəkdi.
Buna görə də Sayman Aruz 23 dekabr 2025-ci ildə AYB-nin Cənubi Azərbaycan ədəbiyyatı komissiyasının rəhbəri statusundan məhrum edilən kimi İranın Azərbaycana qarşı yaratdığı “Səhər” kanalının dərhal reaksiyası gözlənilən idi.
Amma “Səhər” xüsusi canfəşanlığı ilə özünü ifşa etdi. Çünki adi məntiqlə sual yaranır: Sayman Aruzun müstəqil Azərbaycanın Yazıçılar Birliyində vəzifədən alınması və xalq şairi Sabir Rüstəmxanlının AYB-nin Güney komissiyasına rəhbərlik etməsi niyə “Səhər”i narahat etməlidir?
Məntiqlə bu komissiyaya Sayman Aruzun rəhbərlik etməsindən “Səhər” daha çox narahat olmalıdır: Sayman İranda böyüyüb, İran türməsi görüb (guya), təzyiqlərlə üzləşib (guya), İranı, ordakı ədəbi mühiti daha yaxşı izləmək imkanındadır, farscanı bilir, güneyli gənclərlə əlaqəsi daha genişdir və ilaxır. Belə bir şəxs AYB-nin Güney komissiyasına rəhbərlikdən uzaqlaşdırılırsa, əvəzində, özlərinin dediyi kimi, “79 yaşlı” (yəni “enerjisi tükənmiş”), farsca bilməyən, Güneydəki gənclərlə geniş əlaqəsi olmayan bir şəxs gəlirsə, “Səhər” niyə sevinmir? Niyə 48 yaşlı “enerjili” Sayman Aruzun çıxmasından və yerinə “yaşlı” adamın gəlməsindən zövq almır?
Sayman Aruz istedadlıdırmı? Xüsusi qabiliyyətə sahibdirmi?
Qətiyyən! Bu adamın xalq şairimiz də daxil olmaqla, bir çoxunun şeirini oğurlayıb kitabına salmasından tutmuş İranın farsca yazan müəlliflərinin əsərlərini azərbaycancaya çevirib özününküləşdirməsinə qədər, onlarla fakt dəfələrlə səsləndirilib, hətta bu adam AYB-nin adından güneylilərə diplomlar da satıb, ancaq heç nə Sayman Aruzun vəzifəsindən getməsinə səbəb olmayıb. Vaxtilə bu şəxsin PA-nın şöbə müdiri Əli Həsənovun təşəbbüsü ilə AYB-nin Güney komissiyasına rəhbər gətirildiyini də yazmışdıq - Əli Həsənov İranla rəsmi münasibətlərin qorunmasından məsul idi və Tehranın bəzi şərtlərini də burda tətbiq edirdi. Təsadüfi deyil ki, Güneydən yüzlərlə yazar, yaradıcı insan, hətta Azərbaycana sərmayə qoyan biznesmenin burada vətəndaşlıq alması qeyri-mümkündür; Azərbaycan Araz Elsəsin konsertinə belə “ikitərəfli münasibətləri pozmamaq üçün” imkan verməyib illərlə, o cümlədən yüzlərlə disident - onlardan bir çoxu Azərbaycan vətəndaşı ilə ailə qursa da - Azərbaycan vətəndaşlığını ala bilməyib. Ancaq nədənsə İrandan qaçan “disident”, İrana qarşı ən kəskin çıxışların müəllifi Sayman Aruz Azərbaycan vətəndaşı ola bilib, sonra da Araz sahilinə gedib, İrana barmağını uzadıb, lənət oxuyub, rəsmi kanalda bunu yaya bilib və İran dövləti nədənsə qəti etiraz etməyib. Əvəzində isə Sayman Aruz AYB-nin Güney komissiyasının rəhbəri vəzifəsindən çıxarılan kimi İranın mediası buna qarşı kampaniya başladır.
Sayman Aruz - vaxtilə yetişdirildiyi şəbəkənin layiqli davamçısıdır, necə ki, təmsil olunduğu qrup trollar ordusuna sahibdir, ölkə daxilində və xaricdə bu trollar xüsusi kanallarla maliyyələşir və lazım olanda aktivləşirlər. Bu troll dəstəsinin iş üslubuna baxmısınızmı?
Eyni üslubdur - ən pis, ən eybəcər söyüş, təhqirlərdən istifadə ilə qarşı tərəfi susdurmaq!
Tanış gəldimi bu üslub-sistem?
Sayman Aruz da vəzifədən alınan kimi həmin troll dəstəsi hücuma keçib və ən pis söyüşlərlə, təhqirlərlə hamilərinə sədaqətlərini göstərirlər.
İş o yerə çatır ki, AYB açıqlama yaymağa və bu troll şəbəkəsinə dəstək verən “AYB-dən qovulmuşlara” xəbərdarlıq etməyə məcbur olur.
Həmçinin oxuyun
Qəribə situasiyadır: Azərbaycan Yazıçılar Birliyi qurumdan qovulanların Sayman Aruzu müdafiə etməsi və AYB-ni, Anarı təhqir etməsini pisləyir və həmin açıqlamada bildirilir ki, Sayman Aruz “Güney ədəbiyyatının bilicisi kimi Anarın müşaviri vəzifəsinə davam edir”. Sanki troll sürüsünün söyüşləri qarşısında əlini qaldırıb, sahiblərinin vəzifədə qalmasını xatırlatmaqla aman diləyirlər.
Halbuki AYB - Anar müşavirini çağırıb tələb etməlidir ki, sənin “ətrafın” sayılanlar, həmişə sənə qarşı bir yazı, mövqe olan kimi, qarşı tərəfi ən pis söyüşlərlə təhqir edən trollar niyə indi AYB-ni söyür? Anar niyə müşavirindən tələb etmir ki, mənəvi dəyərlərə görə mənim AYB sıralarından qovduğum şəxs hansı zərurətdən sənin yanındadır və bu böyüklükdə qurumu, sədrini təhqirlərə qərq edir?
Sayman Aruzun xanımı o vaxt DAK rəhbərliyində təmsil olunurdu - Qulamrza Səbri Təbrizinin sayəsində. DAK rəhbərliyinə İrana getmək yasaqdır, “çünki”si hər kəsə aydındır. Üstəlik, bu xanım “disidentin” həyat yoldaşıdır.
O, niyə İrana, Tehrana və Təbrizə səfər etmişdi? Niyə Sayman Aruz xanımının İranda həbsi barədə Bakıda hay-küy qaldırmışdı? Niyə xanımı bu həbs xəbərini təkzib etdi və 15 gündən sonra Bakıya qayıdıb, heç nə olmadığını dedi? (Bu barədə ətraflı BURADA).
Bunları araşdıracaq qurum AYB deyil, ancaq Anar öz müşavirinin kimliyini bilməmiş olmaz - dünyagörmüş ziyalı, böyük intuisiyasi, erudisiyası olan yazıçıdır, istedadlı şəxsdir və hər kəsin kimliyini gözəl bilir.
Müşavirinin trollarının söyüşlərinə dözüm göstərməsinin də bir hikməti var yəqin!
Oxu24.com-un əldə etdiyi məlumata görə,Sayman Aruzun ali təhsili də yoxdur. O,orta ixtisas təhsilli zoobaytardır.Ali Təhsili olmayan biri Anarın müşaviri necə olub?
Mənbənin bildirdiyinə görə,AYB-də hazırda iki qruplaşma var.Qruplaşmanın birinə Sədrin baş müşaviri olan(Red-AYB-nin nizamnaməsində baş müşavir ştatı yoxdur.Bu məsələ də mübahisəli olaraq qalır) Rauf Aslanov,digərinə isə başqa bir şəxs rəhbərlik edir. Sayman Aruzun da məhz Rauf Aslanovun qrupunda yer aldığı qeyd olunur.Onların yaxın münasibətləri olduğu qeyd olunur.
Əldə etdiyimiz məlumata görə,hazırda AYB-də bir neçə şəxsin ali təhsili yoxdur.Bu haqda araşdırmanı təqdim edəcəyik.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabahın havası açıqlanıb
Sabahın hava proqnozuYanvarın 4-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən APA-yaCityPost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-70, gündüz 50-60 % təşkil edəcək.Azərbaycanın rayonlarında gözlənilən havaAzərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Bəzi ərazilərdə yolların buz bağlama ehtimalıHavanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-11°...
03 Yanvar 2026, 12:55
Azərbaycanın Pakistana 2 milyard dollar həcmində investisiya mexanizmi müzakirə olunub
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın xarici işlər naziri İshaq Dar arasında telefon danışığı olub.CityPost.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanın Pakistana 2 milyard dollar dəyərində investisiyasının reallaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.Tərəflər iki ölkə arasındakı əlaqələrin səviyyəsindən məmnunluq ifadə ediblər və bu əlaqələrin daha da inkişaf etdiriməli olduğu ilə bağlı razılığa gəliblər.Bundan başqa, Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq və bu ölkəyə investisiya yatırılması mexanizminin yekunlaşdırılması da razılaşdırılıb....
02 Yanvar 2026, 22:52
“İşdən çıxarılan icra başçısı dindirilib” iddiası
Prezident İlham Əliyevin ötən ilin sonunda - dekabrın 29-da işdən çıxardığı Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan İbrahimov haqda yeni iddialar yayılıb.Bildirilir ki, cəmi 47 gün Nəsimidə icra başçısı işləmiş E.İbrahimovla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar başlayıb.Mənbə deyib ki, bu araşdırmalar bundan əvvəl Kürdəmirdə icra başçısı işlədiyi dövrü də əhatə edə bilər.“Hələ ki araşdırmaların konkret istintaqa çevrilmədiyi deyilir, amma Elxan İbrahimovun iki dəfə ifadəsi alınıb” deyə, mənbə iddia edib.O da bildirilir ki, Elxan İbrahimov hətta YAP-ın Nəsimi rayon təşkilatı ilə birgə təşkil olunan tədbirini boykot edib. Bakı rayonlarının icra başçılarının və Milli Məclis üzvlərinin qatıldığı tədbirə Elxan İbrahimov gözə dəyməyib....
02 Yanvar 2026, 19:30
Bakıda gecə klubunun qarşısındakı QƏTLİN TƏFƏRRÜATI: "Hadisə baş verən gün Emil bizdə müştəri idi"
Paytaxtın Bayıl qəsəbəsində yerləşən gecə klublarından birinin qarşısında qətl hadisəsi baş verib. Hadisə yanvarın 1-də gecə saatlarında qeydə alınıb.CİTYpOST.AZ xəbər verir ki, 32 yaşlı Emil Rəcəbli ilə 36 yaşlı şəxs arasında mübahisə yaranıb.Mübahisə zamanı Emil Rəcəbli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib.Hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılıb.Hadisənin baş verdiyi obyektin administratoru Rəşad Məmmədovun sözlərinə görə, Emil Rəcəbli 5-6 il əvvəl bu obyektdə mühafizəçi kimi çalışıb:"Hadisə baş verən gün Emil bizdə müştəri idi. Mübahisə obyektin daxilində deyil, çöldə baş verib. Bu, xoşagəlməz haldır. Heç kim belə bir hadisənin baş verməsini istəməzdi".Baku TV-nin hazırladığı süjeti təqdm...
02 Yanvar 2026, 18:55
Gecə və səhər bəzi rayonlarda yollar buz bağlayacaq
Şaxtalı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında yolların buz bağlayacağı gözlənilir.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
02 Yanvar 2026, 14:54
Adnan Əhmədzadənin sərvəti açıqlandı
Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadənin sərvətinin dəyəri bəlli olub.CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, hazırda onun sərvəti 10-12 milyon dollar arasında qiymətləndirilir.Məlumata görə, bu sərvətin başlanğıc nöqtəsi onun SOCAR-ın reklam və maliyyə əməliyyatları bölməsindəki keçmiş rolu ilə sıx bağlıdır.Qeyd olunub ki, Adnan Əhmədzadənin xalis sərvəti ictimaiyyətə açıqlanmayıb, çünki iş adamı maliyyəsi ilə bağlı detalları gizli saxlamağı bacarıb.Bundan başqa, A.Əhmədzadənin biznes layihələrinin geniş sahələri əhatə etdiyi və hər birinin onun təsirli sərvətinə əhəmiyyətli dərəcədə töhfə verdiyi məlumatda qeyd olunub....
02 Yanvar 2026, 14:36