Vəkil Salman Qasımovun adı pul qalmaqalında hallanır
Cəmiyyət 04 Fevral 2026, 16:40
2679
Tərtər rayonu,Qazyan kənd sakini Şamxan Cəfərli Alış oğlu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırova və Citypost.az-a müraciət ünvanlayıb.Müraciətdə deyilir:
“Bildirirəm ki, hüquqi yardıma ehtiyacım yarandığı zaman,Sumqayıt şəhərində fəaliyyət göstərən vəkil Qasımov Salman Elman oğlu ilə görüşdüm.
Bankda yaranmış problemlə bağlı hüquqi yardım göstərəcəyi vədi ilə məndən Sumqayıt şəhərində yerləşən vəkil ofisində 1000 manat pul götürdü.
Müqavilə bağlanacağını desə də etibarnamə ilə hər şeyi həll edəcəyinə söz verdi.Mənə heç bir müqavilə təqdim etmədi. Daha sonra mən işimlə bağlı ona müraciət etsəm də heç bir hüquqi yardım göstərmədi. Verdiyim pulu geri tələb etdikdə mənimlə çox kobud davrandı və heç kimdən qorxmadığını bildirdi.
Xahiş edirəm ki, məsələ ilə bağlı mənə köməklik edəsiniz”.
Həmçinin oxuyun
CityPost.az-a Şamxan Cəfərli bildirib ki,Azərbaycan Vəkillər Kollegiyasından onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq deyiblər ki,onun vəkil Osmanov Salman Elman oğlu barədə yazdığı şikayət ərizəsi müvafiq komissiya tərəfindən nəzarətə götürülüb.Ərizədə qeyd olunanlar araşdırılır.
CityPost.az yazıda adı hallanan vəkilin və Vəkillər Kollegiyasının mövqeyini təqdim etməyə hazırdır.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bu xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinə başlanılıb
Ölkə ərazisində epizootik sabitliyin və ictimai sağlamlığın təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən cari ilin "Azərbaycan Respublikasının 2026-cı il üçün epizootiya əleyhinə Tədbirlər Planı"na uyğun olaraq Respublika ərazisində iri və xırdabuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirləri həyata keçirilir.Cityposta.az xəbər verir ki, peyvənd vasitələri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələbləri və “soyuq zəncir” prinsipinə əməl olunmaqla tətbiq edilir. Peyvəndləmə tədbirlərindən sonra ərazilər məcburi dezinfeksiya olunur.Aqrar Xidmətlər Agentliyi dabaq və qarayara xəstəliklərinə qarşı aparılan profilaktiki tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə vaxtında müraciət...
04 Fevral 2026, 17:30
Masallıda narkomanlığa qarşı maarifləndirici aksiya təşkil olunub
Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Masallı Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirib.Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.Bildirilib ki, aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana haqqında həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yeni əyani vəsaitlər paylanılıb.Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə, xüsusilə yeniyetmə və gənclərlə görüşlər...
04 Fevral 2026, 17:14
Tibb Universitetinə yarım milyon xərclənəcək
Azərbaycan Tibb Universitetində (ATU) əsaslı təmir işlərinə başlanılır.Citypost.az bu barədə universitetdən məlumat əldə edib.Belə ki, təmir işlərinin universitetin Tədris İdman Kompleksinin sanitar qovşaqlarında və təhsil müəssisəsinin damında aparılması nəzərdə tutulur.Təmir işlərinə sərf ediləcək məbləğin 486 min 160 manat olması proqnozlaşdırılıb. (İqtisadiyyat.az)
04 Fevral 2026, 16:35
Ötən il 935 zal nəzarətçisi bazadan çıxarılıb
2025-ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərə görə çıxarılıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzində imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşdə məlumat verilib.Bildirilib ki, onlardan 286 nəfəri birbaşa imtahanla bağlıdır. Belə ki, 346 nəfər imtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə siyahıdan çıxarılıb. Sosial məzuniyyətdə olan nəzarətçilərin sayı 122 nəfər təşkil edib. Cari ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yol verdiyi və ya köçürməyə şərait yaratdığına görə, o cümlədən sual kitabçalarının və cavab kartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yumulması kimi hallara görə imtahan rəhbəri tərəfindən qeyri-qənaətbəxş qiymətləndirilən 159 nəfər bazadan uzaqlaşdırılıb.Bundan başqa, cavab kartını, cavab vərəqini,...
04 Fevral 2026, 16:33
Azərbaycanın ən hündür binası olacaq
"Sea Breeze" kurort şəhərciyində Azərbaycanın ən hündür binası hesab olunan Cipriani Tower inşa olunacaq.Citypost.az xəbər verir ki, yeni qüllə Xəzər dənizi sahilindəki "Halfmoon" adasında yerləşəcək.Bu bina 323 metr hündürlüyü ilə Azərbaycanın ən hündür binası olacaq. Binanın layihəsi dünyaca məşhur memar Shaun Killa tərəfindən hazırlanıb.Qeyd edək ki, hazırda Azərbaycanda ən hündür bina Bakı şəhəri, Heydər Əliyev prospekti 109 ünvanında inşa edilən 52 mərtəbəli binadır. Sözügedən bina inşa edildikdən sonra "Flame Towers" (33 mərtəbə) qülləsini geridə qoyaraq Azərbaycanın ən hündür göydələni olmuşdu. (medianews.az)...
04 Fevral 2026, 16:28
Dəhşət: 6 il gizlədilən qız divanın içindən xilas edildi
Hindistanda bir evdə divanın yük bölməsində kilidli vəziyyətdə 13 yaşlı bir qız tapılıb. Citypost.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar göstərir ki, uşaq son 6 il ərzində zorla ev işlərində işlədilib və azadlığı məhdudlaşdırılıb.Xilas zamanı qızın uzun müddət qapalı və ağır şəraitdə saxlandığı üzə çıxıb. Sağlıq yoxlamalarından sonra uşaq koruma altına alınıb və psixoloji dəstək prosesi başlanıb.Hadisə ilə bağlı sorumlulara qarşı uşağın qaçırılması, zorla işlədilməsi və istismarı ilə bağlı genişmiqyaslı araşdırma aparılır.Əli...
04 Fevral 2026, 15:15