Bizə yazın

Baku

-°C

USD

-

Dünyada bunkerlərə tələbat artıb 

Dünya 16 Mart 2026, 17:23

2896

Yaxın Şərqdə baş verən proseslər fonunda dünyanın bir sıra ölkələrində bunker tikintisi üçün müraciət edənlərin sayının artdığı bildirilir. Xüsusilə nüvə elektrik stansiyalarının yaxınlığında yaşayanların belə sığınacaqlara maraq göstərdikləri deyilir.

AZƏRTAC Fransanın “Le Parisien” qəzetinə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Atlas Survival Shelters” şirkətinə bunkerlərin quraşdırılması ilə bağlı dünyanın müxtəlif ölkələrindən zənglər daxil olub. Şirkətin rəhbəri bildirib: “Bu tip məhsullara tələbat hazırda ən yüksək səviyyədədir, əvvəllər belə halla rastlaşmamışam”.

Oxşar vəziyyət Fransada bunker tikintisi üzrə ixtisaslaşmış “France Bunker” şirkətində də müşahidə olunur. Şirkətin rəhbəri Patris Russel deyib ki, onların saytında bir gün ərzində “iki ay yarımlıq konsultasiya ziyarəti” qeydə alınıb.

Bununla belə, Fransada bunker quraşdırmaq o qədər də asan deyil. Bu iş ciddi qaydalarla tənzimlənir. Belə ki, bunker tikdirmək istəyən şəxsin kifayət qədər böyük torpaq sahəsi və ciddi maliyyə imkanları olmalıdır.

Bunker neçəyə başa gəlir?

Məlumata görə, bunkerlərin bir neçə növü mövcuddur. Ən sadə bunkerin qiyməti təxminən 60 min avrodan başlayır. 10–12 kvadratmetrlik belə sığınacaqda 2-3 həftə yaşamaq mümkündür. Bu məbləğə müştərilər su və elektrik şəbəkəsinə qoşulan kiçik bir yeraltı otaq əldə edirlər. Torpağın xüsusiyyətlərindən asılı olaraq qiymət arta bilər.

Daha rahat və uzunmüddətli yaşayış üçün nəzərdə tutulan bunkerlər isə təxminən 200 min avroya başa gəlir. Bu qiymətə hava filtrasiya sistemi, ehtiyat elektrik və su, tullantı sularının emalı da daxildir. Belə bir bunkerdə 4 nəfər bir neçə il yaşaya bilər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

3 ay sonra ölkəsinə qayıtdı - 44 ildir prezidentdir

Kamerunun 93 yaşlı Prezidenti Paul Biya 10 həftə davam edən xarici səfərindən sonra ölkəsinə geri dönüb. “Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, dövlət başçısının uzun müddətdir İsveçrədə olması ölkə daxilində onun səhhəti və ölümü barədə müxtəlif şayiələrin və müzakirələrin yaranmasına səbəb olmuşdu. Ətraflı3 aya yaxın davam edən yoxluğundan sonra paytaxt Yaundeyə qayıdan dövlət başçısının yenidən işinin başına keçməsi ölkədəki siyasi gərginliyi nisbətən səngidib.Məlumat üçün bildirək ki, 93 yaşlı Paul Biya hazırda dünyada hakimiyyətdə olan ən yaşlı dövlət başçısı hesab olunur. O, 1975–1982-ci illərdə Kamerunun Baş naziri vəzifəsini icra edib, 1982-ci il noyabrın 6-dan isə fasiləsiz olaraq prezident postunu tutur. P. Biya 2025-ci...

22 Oktyabr 2026, 22:00

Albaniya parlamentində deputatlar arasında dava düşüb

Albaniya parlamentinin bugünkü iclası Sosialist və Demokrat partiyalarından olan deputatlar arasında dava ilə başa çatıb."Report" CNA-ya istinadən xəbər verir ki, sessiya zamanı parlamentarilər bir-birini təhqir ediblər.Müxalifət deputatları gündəliyin müzakirəsini bloklamağa çalışdıqları halda, çoxluğun nümayəndələri gündəliyə daxil edilmiş qanun layihələrinə səs verməyə davam ediblər.

22 Oktyabr 2026, 18:33

Tayland və Malayziya vətəndaşlarına Avropaya səfərlərlə bağlı xəbərdarlıq edib  

Tayland və Malayziya hökumətləri Avropanın bəzi ölkələrində keçirilən etiraz aksiyaları və baş verən iğtişaşlarla əlaqədar vətəndaşlarına xəbərdarlıq ediblər.Citypost.az AFP-ə istinadən xəbər verir ki, Taylandın xarici işlər naziri Sihasak Phuangketkeow vətəndaşları Avropadakı vəziyyəti diqqətlə izləməyə çağırıb. O, xüsusilə Fransa, İtaliya və İspaniyadakı vəziyyətlə bağlı narahatlığını ifadə edərək, zəruri olmadığı təqdirdə səfərlərin təxirə salınmasını tövsiyə edib.Fransada yaşayış xərclərinə qarşı keçirilən kütləvi etirazlar küçə iğtişaşları ilə müşayiət olunub. İtaliya və Belçikada da toqquşmalar baş verib, İspaniya və Portuqaliyada isə etirazlar davam edir.Malayziyanın Parisdəki səfirliyi də Fransada yaşayan vətəndaşlarını ehtiyatlı olmağa və təhlükəsizlik vəziyyətini izləməyə çağırıb. Səfirlik ölkəyə səfərlərə rəsmi məhdudiyyət qoyulmadığını, lakin zəruri...

22 Oktyabr 2026, 09:30

Çilidə mis hasilatı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

Dünyanın ən böyük mis istehsalçısı olan Çilidə hasilat son 15 ilin ən aşağı səviyyəsinə düşüb. Yaşıl enerji və süni intellekt texnologiyalarına artan tələbat fonunda istehsalın azalması qlobal mis bazarında narahatlıq yaradır.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çilidə hasilatın azalmasının əsas səbəbləri mədənlərin köhnəlməsi, filizlərin keyfiyyətinin aşağı düşməsi, genişləndirmə layihələrinin gecikməsi və əlverişsiz hava şəraitidir.Onilliklər ərzində istismar edilən iri yataqlarda əvvəlki həcmdə mis əldə etmək üçün daha çox filiz emalına ehtiyac yaranıb. Bu isə hasilat xərclərini artırır və işləri çətinləşdirir. Eyni zamanda, bir sıra modernləşdirmə layihələri texniki problemlər və əlavə xərclərlə üzləşib. Dövlətə məxsus Codelco şirkəti seysmik risklərlə əlaqədar ölkənin...

22 Oktyabr 2026, 09:21

 İsraildə seçkilərin taleyini müəyyənləşdirəcək əsas məsələlər açıqlanıb  

İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərdə hərbi xidmətə çağırış, artan yaşayış xərcləri və HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumunun qarşısının alına bilməməsinə görə məsuliyyət məsələləri əsas müzakirə mövzuları olacaq.Citypost.az AFP-ə istinadən xəbər verir ki, seçki kampaniyasında ölkənin təhlükəsizlik strategiyası, hökumətin böhranlara münasibəti və dini qüvvələrin ictimai həyatda rolu da ön plana çıxıb.Seçicilərin diqqətində olan əsas məsələlərdən biri 7 oktyabr hücumu ilə bağlı müstəqil dövlət araşdırma komissiyasının yaradılmasıdır. Həmin hücum nəticəsində 1200-dən çox insan həlak olub. Baş nazir Benyamin Netanyahu hökuməti müstəqil araşdırma çağırışlarını rədd edərək fərqli komissiya modeli təklif edib. Müxalifət isə bunun məsul şəxslərin qorunmasına xidmət edə biləcəyini bildirir. Netanyahunun...

22 Oktyabr 2026, 09:20

Hökumətlər çatbotların siyasət və seçki cavablarına təsir göstərməyə çalışır

ABŞ-dakı Vanderbilt Universitetinin beyin mərkəzinin tədqiqatçıları 12 ölkə və regionda süni intellektin tənzimlənməsini araşdırıblar. The Conversation yazır ki, nəticələrə görə, müxtəlif ölkələrin qanunları çatbotların siyasət və seçkilər barədə cavablarına təsir göstərə və seçicilərin informasiyaya çıxışını məhdudlaşdıra bilər.Citypost.az xəbər verir ki, sorğulara görə, amerikalı seçicilərin təxminən beşdə biri seçkilər və siyasətlə bağlı suallarla artıq çatbotlara müraciət edib. Lakin istifadəçilər çatbot cavablarının yalnız tərtibatçılardan deyil, həm də hökumət tələblərindən asılı ola biləcəyini bilməyə bilərlər. Müəlliflərin fikrincə, hakimiyyət orqanları bəzən real təhdidlərlə mübarizəni siyasi müzakirələri və rəhbərliyin tənqidini məhdudlaşdırmaq üçün bəhanə edirlər.Çində süni intellekt inkişaf etdiricilərindən modellərinin “əsas sosialist dəyərlərinə” uyğunluğunu təmin etmələri...

22 Oktyabr 2026, 09:17