Bizə yazın

Baku

-°C

USD

-

Ağdaşda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub 

Hadisə 23 Mart 2026, 09:58

221

Ağdaşda anasını qətlə yetirməkdə şübhəli bilinən oğlu polis tərəfindən saxlanılıb.

"Report" xəbər verir ki, martın 23-də saat 06 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.

Araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ötən gün 24 nəfər saxlanılıb 

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, martın 22-də ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

23 Mart 2026, 10:38

Lənkəranda "Audi" kanala düşdü

Lənkəran rayonunda avtomobil yoldan çıxaraq aşıb.Citypost.az xəbər verir ki, rayonun Qurumba kəndi ərazisində Lənkəran şəhəri istiqamətində hərəkətdə olan "Audi Q -7" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında qaz borusuna çırpılıb, daha sonra suötürücü kanala aşıb.Qəza nəticəsində avtomobildə olan 6 nəfər yaxın qohumlar - 1953-cü il təvəllüdlü Yelena İvan qızı Qurbanova, 2019-cu il təvəllüdlü R. Qurbanov, 1981-ci il təvəllüdlü Ruslan Fərman oğlu Qurbanov, 2014-cü il təvəllüdlü F.Qurbanov, 1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanova və 1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.Onlara ilkin tibbi xidmətlər göstərildikdən sonra,...

23 Mart 2026, 09:59

Kürdəmirdə avtomobil 7 yaşlı piyadanı vuraraq öldürüb 

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Çöl-Ərəb kəndində qeydə alınıb.Belə ki, 2019-cu il təvəllüdlü Hüseynov Hidayət Sahil oğlu yolu keçərkən "VAZ-2107" markalı avtomobil onu vurub. Ağır xəsarətlər alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.

22 Mart 2026, 15:11

50 kiloqrama yaxın narkotik vasitə və 500 ədəd metadon həbi aşkar edilib 

Dünən 40,9 kiloqram narkotik vasitə və 500 ədəd metadon həbi aşkar edilib.DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 21-də ümumi çəkisi 40,9 kiloqram narkotik vasitə və 500 ədəd metadon həbi aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

22 Mart 2026, 13:20

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb 

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb.DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, polis əməkdaşlarının martın 21-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

22 Mart 2026, 11:30

Qazaxda evdən 65 yaşlı kişinin meyiti tapılıb 

Qazaxda evdən 65 yaşlı kişinin meyiti tapılıb.Hadisə rayon ərazisində qeydə alınıb.Rayon sakini 1961-ci il təvəllüdlü Q.Bayayevin yaşadığı evdən meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

21 Mart 2026, 14:09