Bizə yazın

Baku

-°C

USD

-

Bolqarıstanda NATO-nun genişmiqyaslı hərbi təlimləri keçiriləcək.

Dünya 26 May 2026, 09:33

309

NATO mayın 26-dan iyunun 13-dək Bolqarıstan ərazisində "Strike back" adlı hərbi təlimlər təşkil edəcək.

Trend xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata əsasən, təlimlər çərçivəsində Bolqarıstan, Rumıniya, ABŞ və Türkiyənin quru qoşunları ilə yanaşı, NATO-nun çoxmillətli döyüş qrupu da iştirak edəcək. Təlimlər Xaskovo yaxınlığında yerləşən "Koren" hərbi poliqonunda döyüş atışları ilə müşayiət olunan taktiki məşqlər formatında keçiriləcək.

Nazirlikdən bildirilib ki, NATO-ya məxsus hərbi texnikanın hərəkəti hərbi polis tərəfindən müşayiət olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fransa əhalisinin təxminən yarısı immiqrasiyanın təsirinə məruz qalıb

Fransanın Milli Demoqrafik Tədqiqatlar İnstitutu (INED) tərəfindən aparılan araşdırma ölkə əhalisinin formalaşmasında immiqrasiyanın yaratdığı dərin dəyişiklikləri vurğulayıb. Uzunmüddətli dövrdə immiqrasiyanın dərindən təsir göstərdiyi bir cəmiyyət formalaşıb.Trend xəbər verir ki, bu nəticə INED-in “Trajectoires et Origines 2” adlı yeni tədqiqatının çərçivəsində verilib. Statistika və İqtisadi Tədqiqatlar Milli İnstitutu (INSEE) ilə birgə aparılan bu geniş araşdırma ölkədə əhalinin strukturunda immiqrantların yaratdığı dəyişikliklərin miqyasını göstərir. Tədqiqatın ilk nəticəsinə görə, yaxın gələcəkdə immiqrasiyanın əhalinin böyük hissəsinə təsiri olacaq. Tədqiqatçılara əsasən, əhalinin 41 faizinin valideynləri, həyat yoldaşları immiqrantdır. Getdikcə daha çox nikahlar immiqrantlarla bağlanır.18-59 yaşda əhalinin 13 faizi immiqrant, 11 faizi birbaşa immiqrant övladı, 10...

26 May 2026, 09:26

Rubio və Lavrov Ukrayna, İran və ABŞ-Rusiya münasibətləri barədə fikir mübadiləsi aparıblar

ABŞ Dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot məlumat verib.Bildirilib ki, Rubio və Lavrov Rusiya-Ukrayna münaqişəsi, ABŞ-Rusiya ikitərəfli münasibətləri, eləcə də İrandakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

26 May 2026, 09:00

Çilidə 6,7 bal gücündə zəlzələ baş verib

Çilidə 6,7 bal gücündə zəlzələ qeydə alınıb.AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Məlumata görə, zəlzələnin episentri təxminən 143 min insanın yaşadığı Kalama şəhərindən 16 kilometr şərqdə, ocağı isə 120 kilometr dərinlikdə yerləşib.Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

26 May 2026, 08:57

Rusiya Odessaya güclü zərbə endirdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə güclü raket zərbəsi endirib.Citypost.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Öz növbəsində Ukrayna mənbələri də Krımdan ballistik raket buraxılışının qeydə alındığını bildirir. (Modern.az)

26 May 2026, 08:33

Seneqalın yeni Baş naziri məlum olub

Seneqal prezidenti Bassiru Diomaye Faye, Əhmədu Əl Əminou Lonu yeni Baş nazir təyin edib.Citypost.az APA-ya istinadən xəbər verir ki, Prezident Administrasiyasının nəzdində "Seneqal 2050 Milli Transformasiya Gündəliyi"nin monitorinqindən, rəhbərliyindən və qiymətləndirilməsindən məsul nazir vəzifəsində çalışan Lo əvvəllər hökumətin baş katibi vəzifəsini tutub.

26 May 2026, 08:25

ABŞ ordusu İranın cənubunda mina yerləşdirməyə çalışan qayıqlara atəş açıb

ABŞ ordusu İranın cənubunda mina yerləşdirməyə çalışan qayıqlar və raket buraxılış məntəqələri də daxil olmaqla hədəflərə qarşı hücumlar həyata keçirərək bunu müdafiə əməliyyatları adlandırıb.Citypost.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.CENTCOM-un məlumatına görə hücumlar ABŞ qoşunlarını İran qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq üçün nəzərdə tutulub.Mərkəzi Komandanlığın sözçüsü, Hərbi Dəniz Qüvvələrinin kapitanı Tim Hokins bildirib ki, ABŞ Mərkəzi Komandanlığı davam edən atəşkəs dövründə təmkin nümayiş etdirərək qüvvələrini müdafiə etməyə davam edir....

26 May 2026, 08:11