Bizə yazın

Baku

-°C

USD

-

Premyer Liqa uğrunda pley-off matçını idarə edəcək hakim açıqlanıb 

İdman 25 May 2026, 16:56

304

Premyer Liqada çıxış etmək uğrunda pley-off matçının təyinatları açıqlanıb.

Peşəkar Futbol Liqasından Citypost.az-a verilən məlumata görə, həlledici görüşü Tural Qurbanov idarə edəcək. Ona Cəmil Quliyev, Asiman Əzizli və İnqilab Məmmədov kömək edəcəklər.

VAR-da Rəvan Həmzəzadə, köməkçisi isə Teymur Teymurov olacaq.

Mayın 28-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da reallaşacaq qarşılaşma saat 18:30-da başlayacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kriştianu Ronaldunun kolleksiya kartı 1,35 milyon dollara satılıb 

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun nadir kolleksiya kartı rekord məbləğə alıcı tapıb."Report" ESPN-ə istinadən xəbər verir ki, futbolçunun İtaliyanın "Yuventus" klubunda çıxış etdiyi dövrə aid olan eksklüziv "2018 Panini Kaboom" kartı hərracda 1,35 milyon dollara satılıb.Bu, indiyədək Ronaldunun kartları üçün ödənilən ən yüksək məbləğdir. Sözügedən satış həm də futbol kartları tarixində ikinci ən bahalı sövdələşmə kimi qeydə alınıb. Bu sahədə rekord 1,5 milyon dollara satılan Lionel Messinin debüt kartına məxsusdur. Əfsanəvi Pelenin kartı isə 1,33 milyon dollarla üçüncü ən bahalı əşya olub.Ronaldunun kartı üzrə əvvəlki rekord cəmi iki gün əvvəl, mayın 22-də qeydə alınmışdı. Həmin...

25 May 2026, 17:41

"Araz-Naxçıvan" Əfran İsmayılovla yolları ayırıb 

"Araz-Naxçıvan" klubu məşqçisi Əfran İsmayılovla yolları ayırıb."Report" Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.Rəhbərlik onun müraciətini müsbət cavablandırıb. Ə.İsmayılov son 3 mövsümdə Naxçıvan klubunun məşqçilər korpusunda yer alıb.Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.

25 May 2026, 13:22

"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır

"Neftçi" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu bu gün keçirəcək.Citypost.az-ın məlumatına görə, UEFA Konfrans Liqasına vəsiqəni təmin etmiş "ağ-qaralar" XXXIII turda "Kəpəz"lə üz-üzə gələcək.Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. Bakı təmsilçisi 56 xalla dördüncü, Gəncə klubu 27 xalla onuncu pillədə qərarlaşıb.Günün ikinci matçında "Araz-Naxçıvan" və "Zirə" münasibətlərə aydınlıq gətirəcəklər. Sumqayıtdakı "SOCAR Polymer Arena"dakı görüş saat 19:00-da başlayacaq. "Zirə" 53 xalla beşinci, Naxçıvan komandası 43 xalla altıncı sıradadır.Xatırladaq ki, Misli Premyer Liqasında mövsümə mayın mayın 24-də, "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Daha əvvəl sonuncu turda "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ"...

23 May 2026, 09:00

Qvardiola "Mançester Siti"dən ayrılacağını açıqlayıb 

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı qərarını verib.Apasport.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, ispaniyalı mütəxəssis mövsümün sonunda “şəhərlilər”lə vidalaşacaq.“Getməyimin səbəbini soruşmayın, çünki heç bir səbəb yoxdur. Düşünürəm ki, vaxt gəlib çatıb. Heç nə əbədi deyil. Əgər belə olsaydı, mən burada qalardım. Dəyişməyən yeganə şey isə “Mançester Siti”yə olan sevgimdir”, - 55 yaşlı çalışdırıcı vida mesajında deyib.Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildə “Mançester Siti”nin baş məşqçi vəzifəsinə təyin olunub. Premyer Liqa təmsilçisi onun rəhbərliyi altında 21 kubok qazanıb....

22 May 2026, 18:00

Füzulidə idman infrastrukturu genişlənir 

Füzuli şəhərində Böyük Qayıdış Dövlət Proqramının icrası davam edir. İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Füzulidə də həyat tədricən canlanır, meydançalar və idman qurğuları sakinlərlə dolur.APA-nın Qarabağ bürosu xəbər verir ki, şəhərdə müasir yaşayış binaları ilə yanaşı, təhsil müəssisələri, uşaq bağçaları və yaradıcılıq mərkəzləri fəaliyyət göstərir. Eyni zamanda, idman infrastrukturu da inkişaf etdirilib, yeni idman zalı istifadəyə verilib.Yeddi aydan artıqdır fəaliyyət göstərən idman zalında gənclər mütəmadi məşqlərə cəlb olunur. Burada yetişən yeniyetmə idmançılar artıq müxtəlif respublika turnirlərində iştirak edərək uğurlu nəticələr qazanmağa başlayıblar.Birinci Qarabağ müharibəsində ailəsi ilə birlikdə məcburi köçkün həyatı yaşayan məşqçi Naqif Səlimov APA-nın Qarabağ bürosuna deyib...

22 May 2026, 17:00

FIFA “Sabah”la bağlı AFFA-ya məktub göndərdi 

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubla “Sabah” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, məktubda deyilir:“Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Sabah” FK-nı təbrik etməkdən məmnunam!Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm”....

21 May 2026, 17:43