Bizə yazın

Baku

-°C

USD

-

Ermənistanda Paşinyanı “xain” adlandıran bloqerə cinayət işi açılıb 

Hadisə 14 May 2026, 21:22

146

Ermənistan İstintaq Komitəsi Baş nazir Nikol Paşinyanı “xain” adlandıran bloqer Artak Avetisyan barəsində cinayət işi açıb və onun həbsi üçün məhkəməyə müraciət edib.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatına görə, Avetisyan mayın 12-də informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək nifrət, ayrı-seçkilik və düşmənçilik yaradan açıqlamalar verib.

Bildirilib ki, bloqer həmin fikirləri “Facebook” sosial şəbəkəsində yayımladığı videoda səsləndirib.

Komitənin açıqlamasında qeyd olunub ki, Avetisyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə ittiham irəli sürülüb.

Maddə ictimai şəkildə nifrətin, ayrı-seçkiliyin və düşmənçiliyin yayılmasına görə 3 ildən 6 ilədək həbs cəzasını nəzərdə tutur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib, gizlədilən silah tapılıb 

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Ədliyyə Nazirliyndən Citypost.az daxil olan məlumata görə, nazirliyin Penitensiar xidmətinin əməliyyat aparatının DİN-in müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır....

14 May 2026, 14:25

Qubada iki avtomobil toqquşub 

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.APA-nın Şimal bürosunun məlumatına görə, qəza rayonun Heydər Əliyev prospektində baş verib.Belə ki, iki “Mercedes” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib.İlkin məlumata görə, qəza zamanı ciddi xəsarət alan olmayıb.

12 May 2026, 10:03

Lökbatandakı yanğında xəsarət qeydə alınmayıb

12.05.2026-cı il tarixində saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb.Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Citypost.az-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.

12 May 2026, 09:52

Yanan anbardakı mallar təhlükəsiz əraziyə daşınır 

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

12 May 2026, 09:20

Tramp İranla atəşkəsə münasibət bildirib 

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun sülh təklifinə yeni cavabına şübhə ilə yanaşır.CityPost.az  xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə, ABŞ və İran arasında atəşkəs hazırda tükdən asılıdır."O, inanılmaz dərəcədə zəifdir (Atəşkəs - Qeyd). Deyərdim ki, hazırda ən zəif nöqtəsindədir. Bu cəfəngiyatı oxuduqdan sonra. Deyərdim ki, İrandakı atəşkəs süni nəfəs aparatına bağlıdır",- deyə Tramp bildirib....

11 May 2026, 22:39

Kürdəmirdə avtomobil anidən yanıb 

Kürdəmirdə hərəkətdə olan avtomobil anidən yanıb."Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.Belə ki, yanğın hərəkətdə olan "Ford" markalı nəqliyyat vasitəsində qeydə alınıb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Fakt araşdırılır.

11 May 2026, 18:57