Bizə yazın

Baku

-°C

USD

-

Nazirlər Kabineti Şuşadakı üç qeyri-yaşayış binası ilə bağlı qərar verib 

Cəmiyyət 14 May 2026, 20:03

168

Nazirlər Kabineti Şuşa şəhərindəki üç qeyri-yaşayış binası ilə bağlı qərar verib.

CityPost.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Sökülməsi mümkün olan obyektlərin Siyahısı"na Şuşa şəhəri, Aslan Qaraşarov küçəsində yerləşən üç qeyri-yaşayış binası əlavə edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər 

Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər.APA-nın xəbərinə görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanan 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.Sazişə əsasən, tərəflər minimum əməkhaqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işləri davam etdirmək və minimum əməkhaqqının ölkə üzrə orta əməkhaqqına nisbətini Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərmək və minimum saatlıq əməkhaqqının tətbiq edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyin təsdiq edilməsinə nail olmaqla əlaqədar üzərlərinə öhdəlik götürüblər....

14 May 2026, 19:43

Tanınmış hakim təqaüdə göndərildi  

Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərov təqaüdə göndərilib.Citypost.az-a E-huquq.az-a istinadla xəbər verir ki, onun hakimlik fəaliyyəti yaş həddi ilə əlaqədar başa çatıb.Qeyd edək ki, Akif İsgəndərov uzun illər Azərbaycan Respublikası Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.

14 May 2026, 17:53

Qazax rayonunda “dəyirmi masa” keçirdi

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayonunda “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, toplantıda Nazirliyin aidiyyəti yerli qurumlarının, Qazax Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin məsul vəzifəli şəxsləri iştirak edib.Tədbiri giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı aparatının sektor müdiri Azad Hümbətov tədbirin əhəmiyyətindən danışıb, fövqəladə hallarla mübarizədə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.Sonra çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Rauf Abbasov fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə...

14 May 2026, 17:46

Xankəndi şəhər stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb  

"Xankəndi şəhər stadionu avqust və ya sentyabr aylarınadək tam hazır olacaq".Citypost.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.Nazir bildirib ki, arenada III MDB Oyunlarına görə oxatma yarışları təşkil edildiyi üçün bərpa işlərində ləngimə olub.F.Qayıbov stadion üçün bəzi avadanlıqların ölkə xaricindən gətiriləcəyini vurğulayıb.

14 May 2026, 17:40

Paşinyan: "Robert Koçaryan həbs olunmalıdır"  

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Robert Koçaryan həbs olunmalıdır.Citypost.az newsarmenia.am-a istinadən xəbər verir."1 mart işi" üzrə məhkum edilmiş və sonradan bəraət almış bir insan kimi deyə bilərəm ki, ədalət mühakiməsi zəfər çalmalıdır. Başqa cür ola bilməz. Şəxsən məsuliyyət daşıyan şəxslər var", - deyə Ermənistan lideri bildirib.Onun sözlərinə görə, "1 mart işi" 100% açılıb və Ermənistanın hüquq-mühafizə orqanları Robert Koçaryanı məsuliyyətə cəlb etməlidirlər və həbs olunmalıdır.Paşinyan bəyan edib ki, bu, baş verməyənə qədər hakimiyyət heç kəsi Ermənistanda ədalətli məhkəmə olduğuna inandıra bilməyəcək....

14 May 2026, 17:33

Bakıda yeni işıqforlar istifadəyə verilib 

Paytaxt Bakının Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan və Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yenilənən işıqforlar istifadəyə verilib, hərəkət növbəliliyi və piyadaların təhlükəsiz hərəkəti təmin edilib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.Bildirilib ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində icra olunub.

14 May 2026, 17:16