Britaniya Ukraynaya yeni hərbi dəstək elan etdi
Dünya 28 İyul 2026, 08:47
1754
Portsmutdakı Kral Hərbi Dəniz Qüvvələrinin bazasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem arasında ilk görüş keçirilib.
AZƏRTAC Ukrayna Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, bu, Endi Börnhemin iyulun 20-də Baş nazir vəzifəsinin icrasına başlamasından sonra xarici ölkə liderinin Böyük Britaniyaya ilk səfəridir. Prezident və Baş nazir əvvəlcə təkbətək, daha sonra isə Kral Hərbi Dəniz Qüvvələrinə məxsus "HMS Queen Elizabeth" təyyarədaşıyan gəmisində nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriblər.
“Mən sizi və bütün ukraynalıları əmin etmək istəyirəm ki, Ukraynaya dəstəyimiz dəyişməz olaraq qalır. Düşünürəm ki, Britaniya cəmiyyətinin böyük əksəriyyəti də bu mövqeyi bölüşür. Yaşadıqlarınızın nə qədər ədalətsiz olduğunu hiss edir və anlayırıq ki, sizin yanınızda olmaq, sizə dəstək vermək bizim borcumuzdur”, – deyə Endi Börnhem bildirib.
Baş nazir əlavə edib ki, Böyük Mançesterin meri olduğu dövrdə ukraynalı həmkarları ilə sıx əməkdaşlıq edib və Ukraynaya dəstək göstərilməsi istiqamətində müxtəlif təşəbbüslərdə iştirak edib.
“Məhz Britaniya cəmiyyətinin Ukraynaya dəstək məsələsində nümayiş etdirdiyi birlik son dərəcə vacibdir. Ukrayna şəhər rəhbərləri ilə geniş iş təcrübəniz, şübhəsiz ki, baş verənləri, bu müharibənin mahiyyətini və onun yaratdığı çətinliklərin miqyasını daha dərindən anlamağınıza imkan verir”, – deyə Zelenski vurğulayıb.
Liderlər gələcək tərəfdaşlıq perspektivlərini və Ukraynaya dəstəyin əsas prioritetlərini müzakirə ediblər. Xüsusilə, birgə müdafiə sənayesinin inkişafı, həm Ukraynada, həm də Böyük Britaniyada müvafiq istehsal müəssisələrinin yaradılması məsələləri diqqət mərkəzində olub. Tərəflər əməkdaşlığın tempinin daha da artırılması istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.
“Niyyətlərimizin təsdiqi olaraq bu gün elan edə bilərəm ki, daha bir addım irəli atırıq. Ukrayna pilotsuz uçuş aparatlarının müdafiəsini gücləndirmək məqsədilə Ukraynaya yerli elektron mühafizə texnologiyaları təqdim edirik. Bu, hədəflərin daha dəqiq vurulmasına və ukraynalıların həyatının xilas edilməsinə kömək edəcək. Eyni zamanda, bu addım sənayelərimizin birgə əməkdaşlıq nəticəsində hansı innovativ həllər yarada bildiyini nümayiş etdirir”, – deyə Baş nazir qeyd edib.
Həmçinin oxuyun
Böyük Britaniyanın təhlükəsizliyin təmin olunması istiqamətində göstərdiyi səylərin mövcud qlobal çağırışlar fonunda xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
“Hörmüz boğazında vəziyyət sabit deyil. Rusiya Qara dəniz vasitəsilə Odessadakı limanlarımıza gedən dəniz yollarını bağlamağa çalışır. Biz bunun qarşısını almaq üçün əlimizdən gələni edirik. Hər hansı dəniz yolunun bağlanması təkcə bir ölkənin problemi deyil. Bu, qlobal təhlükəsizliyə və dünya ticarətinə zərbə vurur, dünyanın bir çox ölkəsində insanların həyatını daha bahalı edir”, – deyə Zelenski bildirib.
Görüşdə, həmçinin Ballistik Raket Əleyhinə Koalisiyanın fəaliyyəti, bu istiqamətdə tərəfdaşlarla atılacaq növbəti addımlar, eləcə də “Könüllülər koalisiyası” çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Endi Börnhem bildirib ki, Böyük Britaniya “Könüllülər koalisiyası”na həmsədrlik etməyə davam edəcək və avqust ayında keçiriləcək növbəti tərəfdaşlar görüşünün hazırlığında fəal iştirak edəcək.
Baş nazir əlavə edib ki, Ukrayna müharibənin gedişatına təsir göstərərək təşəbbüsü öz əlində saxlamağı davam etdirir. Onun sözlərinə görə, Böyük Britaniya Rusiyaya təzyiqi artırmaq istiqamətində fəaliyyətini davam etdirəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Turistlərə ölkəsində ölməyi qadağan etdi
Tailandın Baş nazirinin müavini və daxili işlər naziri Anutin Çarnvirakul qanunu pozan əcnəbiləri ölkəni tərk etməyə çağırıb.“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.Sərt çıxışında hökumət rəsmisi xüsusilə əcnəbilər tərəfindən dini məkanların və şəxsi qəbiristanlıqların yaradılması məsələsinə toxunaraq, faktiki olaraq turistlərə ölkə daxilində vəfat etməyi qadağan edib.“Bu yaxınlarda özəl qəbiristanlıq tikmək barədə bir tələbdən xəbərdar oldum. Bu artıq həddi aşmaqdır. Bura gəlməyinizə icazə verdiyimiz üçün minnətdar olmalısınız”, – deyə Çarnvirakul deyib.Onun sözlərinə görə, belə təşəbbüslər qanunvericiliyə uyğun olmalı, həmçinin Tailand cəmiyyətinin və mədəniyyətinin xüsusiyyətlərini nəzərə almalıdır.“Əgər öləcəksinizsə, gedin öz ölkənizdə ölün, burada ölməyiniz üçün heç bir səbəb yoxdur”, –...
17 Sentyabr 2026, 22:18
Almaniyada terror aktı cəhdi: İraq vətəndaşının planı üzə çıxdı
Almaniyanın şərq hissəsində terror hücumu planlaşdırmaqda təqsirləndirilən İraq vətəndaşı saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə məlumatı Almaniya Federativ Respublikasının Baş Prokurorluğu yayıb.Saxlanılma əməliyyatı sentyabrın 17-də Brandenburq əyalətinin Barnim bölgəsində Federal Polis və Federal Cinayət İdarəsinin işçiləri tərəfindən icra olunub. Sözügedən şəxs terror təşkilatı qurmağa cəhddə, dövlət təhlükəsizliyinə təhlükə törədəcək cinayət hazırlığında və silah haqqında qanunvericiliyi pozmaqda ittiham olunur.İstintaq materiallarına əsasən, həbs edilən şəxs "İslam Dövləti" terror qruplaşmasının ideologiyası tərəfdarıdır. O, 2025-ci ilin yaz aylarında əlbir olduğu şəxslərlə bərabər Almaniya ərazisində terror aktları təşkil etməyi planlaşdırıb. Bu məqsədlə odlu silah əldə edən şübhəli Bremendə hücum etməyi hədəflədiyi kilsələrdən birini izləyib. (Oxu.az)...
17 Sentyabr 2026, 21:50
Rusiyada keçmiş nazir həbs edildi
Moskvanın Meşşanski Rayon Məhkəməsi Rusiyanın keçmiş rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu xüsusilə külli miqdarda dələduzluqda ittiham edilərək qiyabi həbs edib."Unikal" xarici mediaya istinadən xəbər verir ki, Nikiforova Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dələduzluqla bağlı 159-cu maddəsinin 4-cü hissəsi üzrə ittiham irəli sürülüb və o, beynəlxalq axtarışa verilib.Rusiya KİV-inin məlumatına görə, 2018-ci ildən Birləşmiş Ərəb Əmirliklərində yaşayan keçmiş nazir maliyyə piramidası “Finiko”nun yaradıcılarından biri hesab olunur.Daxili İşlər Nazirliyinin məlumatına görə, “Finiko” 2018-ci ilin yanvarından 2021-ci ilin iyulunadək Rusiyanın müxtəlif regionlarında fəaliyyət göstərib və vətəndaşlara kriptovalyuta və fond birjalarına yatırımlar müqabilində yüksək gəlir vəd edib.Nazirlik bildirir ki,...
17 Sentyabr 2026, 21:38
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
ABŞ administrasiyası Almaniyada olan 10 ədəd MIM-104E GEM-T idarəolunan raket-tutucusunun Ukraynaya verilməsini təsdiqləməyə hazırdır.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi bildirişdə qeyd olunub.Sənədə əsasən, söhbət “Patriot” zenit-raket kompleksləri üçün nəzərdə tutulan və daha əvvəl Almaniyanın ABŞ-dan aldığı 10 ədəd MIM-104E GEM-T raketindən gedir. Onların ümumi dəyəri 29,6 milyon dollar qiymətləndirilir.ABŞ-dan silah alan ölkələr Vaşinqtonun razılığı olmadan həmin silahları üçüncü tərəfə ötürə bilməzlər.“Bu transfer ABŞ-nin təhlükəsizlik sahəsində yardım məqsədlərinə uyğundur. Birləşmiş Ştatlar hökuməti siyasi, hərbi və iqtisadi amilləri, eləcə də insan hüquqları və silahlara nəzarət məsələlərini nəzərə alaraq bu transferə icazə verməyə hazırdır”, –...
17 Sentyabr 2026, 21:30
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Çinin xarici işlər naziri Van İ ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.“Reuters“in xəbərinə görə, tərəflər Çin və ABŞ arasında yüksək səviyyəli təmasların növbəti mərhələsini müzakirə ediblər.Van İ bildirib ki, Pekin və Vaşinqton yüksək səviyyəli təmasların növbəti mərhələsinə bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlılıq prinsipləri əsasında hazırlaşmalıdır.Çin XİN rəhbəri həmçinin dövlət başçıları diplomatiyasının Çin-ABŞ münasibətlərində əsas istiqamətləndirici rol oynadığını vurğulayıb.Tərəflər telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.Qeyd edək ki, telefon danışığı Çin lideri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında sentyabrın 24-də keçirilməsi gözlənilən görüşdən əvvəl baş tutub. “Reuters“in məlumatına görə, Çin hökuməti görüşün...
17 Sentyabr 2026, 20:15
Gürcüstan İran ilə hava əlaqəsini kəsdi
Gürcüstan İran ilə hava əlaqəsini dayandırıb. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Buna səbəb ABŞ-nin İran aviaşirkətlərinə, o cümlədən Gürcüstana reyslər həyata keçirən aviaşirkətlərə qarşı sanksiyalar tətbiq etməsi olub.“Gürcüstan bu və ya digər ölkəyə qarşı sanksiya rejimlərini həmişə nəzərə alır. Biz İrana münasibətdə də müvafiq qərar qəbul etdik və İqtisadiyyat Nazirliyi bu barədə bəyanat yaydı”, - Kobaxidze deyib.Bununla belə, o, ölkəsinin İrana qarşı heç bir ikitərəfli sanksiya tətbiq etmədiyini diqqətə çatdırıb: “Biz müəyyən edilmiş beynəlxalq sanksiya rejiminə uyğun hərəkət edirik”.Onun sözlərinə görə, Rusiyaya münasibətdə də belə yanaşma olub, Gürcüstan bu ölkəyə...
17 Sentyabr 2026, 18:58