Bizə yazın

Baku

-°C

USD

-

Şərurlu İsfəndiyarın vəkili cəzalandırıla bilər

Hadisə 14 Noyabr 2025, 13:13

9903

O,məhkəməyə yalan məlumat verib.

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesində maraqlı və təzadlı anlar yaşanıb.

Onun vəkili Ülvi Nəsibli deyib. müvəkkilinin səhhətində problem olduğunu,məhkəmə prosesi uzandığı üçün müalicə almağa görə İsfəndiyar Axundovun ölkə xaricinə gedə bilmədiyindən gileylənib.

Maraqlı və ziddiyyətli olan isə odur ki,İsfəndiyar Axundovun səhhətində problem olmasından özünün xəbəri yoxdur.Belə ki,prosesdən sonra səhhəti haqda məlumat almaq üçün iş adamı ilə əlaqə saxlayan “Qafqazinfo”ya İsfəndiyar Axundov deyib:

"Əşi,səhhətimdə problem yoxdur,yaxşıyam.Xaricə, zada getmək istəmirəm.Vəkilim nə deyibsə,onun özündən soruşun".

Müvəkkili barədə proses iştirakçılarına və hakimə həqiqəti əks etdirməyən məlumat verən vəkilləri  hər hansı cəza gözləyirmi?

CityPost.az məsələnin hüquqi tərəfini araşdırıb.

Azərbaycan Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü,tanınmış vəkil Ruslan Vəliyev həmin məsələyə dair  bunları deyib:

Fotoda Ruslan Vəliyevdir

"Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş Vəkillərin Etik Davranış Qaydaları Haqqında Əsasnaməyə görə vəkillər məhkəmələrlə,eləcə də hüquq-mühafizə orqanları ilə əməkdaşlıq zamanı dürst olmalıdırlar və yalan danışmamalıdırlar.

Həmin əsasnaməyə uyğun olaraq vəkillərin borcudur ki, müdafiə etdikləri şəxsin maraqlarına və mənafeyinə uyğun olaraq işin müsbət həlli məqsədi ilə(proses iştirakçılarından kiməsə çətinlik yaratmırsa,bu dəfələrlə baş vermirsə,başqa şəxslərin hüquqlarına və mənafelərinə toxunmursa)məhkəmələrin və hüquq-mühafizə orqanlarının iş fəaliyyətinə mənfi təsir etmirsə,vəkil məhkəmənin təxirə salınmasına dair vəsatətlə çıxış edə bilər.Bu halda işin təxirə salınması qanunazidd deyil.Hər halda məhkəməyə yalan danışmaq,həqiqəti əks etdirməyən yalnış məlumat vermək etik-davranış qaydalarının pozuntusu sayılır".

Hazırladı: Müşərrəfxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb 

Bakıda özəl estetik klinikada əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb.CityPost.az-ın  xəbərinə görə, özbək əsilli İqbol Soliyev bir qədər əvvəl polis tərəfindən tutulub.DİN-in Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.Onunla bağlı araşdırma aparılır. Qeyd edək ki, özbək əsilli İqbol Soliyev “Bionurun sahibi” kimi təqdim olunur. Sosial şəbəkədə onun qəbulunda izdiham yaşanması barədə görüntülər yayılıb.

11 Mart 2026, 22:01

Tiktoker “Şiva” həbs edilib 

Tiktoker “Şiva” saxlanılıb.APA xəbər verir ki, “TikTok"da əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə "Şiva" adlı səhifəni idarə edən 35 yaşlı Hüseyn Məmmədovu polis saxlayıb.Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.Müvafiq qərarla H. Məmmədov inzibati qaydada həbs edilib.

11 Mart 2026, 20:07

Cəlilabadda üzərində xəsarət izi olan 14 yaşlı yeniyetmənin meyiti aşkarlanıb 

Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb.Hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.Araşdırmalarla məlum olub ki, meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aiddir.İlkin məlumata görə, mərhumun ürək nahiyəsində xəsarət izi olub.Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində olması hələlik məlum deyil.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

10 Mart 2026, 21:02

Cəlilabadda meyit tapılıb 

Cəlilabadda 51 yaşlı kişinin meyiti aşkarlanıb.Hadisə rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb.Kənd sakini, 1975-ci il təvəllüdlü Zaur Babayevin yaşadığı evdə meyiti tapılıb.Meyit aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.

10 Mart 2026, 19:56

Saatlıda avtomobil piyadanı vuraraq öldürüb

Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Bəylik kəndi ərazisində baş verib.Minik avtomobili yolu keçən Bəylik kənd sakini, 1950-ci il təvəllüdlü Əlövsət Məmmədovu vurub.Bir müddət sonra piyada aldığı xəsarətlərdən ölüb.Faktla bağlı araşdırma aparılır.

09 Mart 2026, 15:13

Minik maşını hasara çırpıldı, 21 yaşlı sürücü öldü 

Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb.Citypost.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndlərində baş verib.Masallı rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.Avtomobil yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində sürücü O. Zamanov hadisə yerində ölüb.Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.Faktla bağlı araşdırma aparılır....

09 Mart 2026, 12:34