Bizə yazın

Baku

-°C

USD

-

Təhlükə potensiallı obyektlərlə əlaqədar Koordinasiya Komissiyasının tərkibi genişləndirilib 

Cəmiyyət 14 Noyabr 2025, 15:48

229

Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının tərkibi genişləndirilib.

CityPost.az   məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Komissiyanın üzvləri sırasına daxil edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda növbəti torpaq hərracları elan edilib 

Dekabrın 17-də Azərbaycanın müxtəlif regionlarında 19 torpaq hərracı keçiriləcək.CityPost.az  bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.Hərraclar Dövlət Xidmətinin Mingəçevir, Bərdə, Xaçmaz, Cəlilabad və Şəki ərazi şöbələrində təşkil olunacaq. Satışa bələdiyyə orqanlarına məxsus 19 torpaq sahəsi çıxarılacaq.Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

14 Noyabr 2025, 17:30

Azərbaycan Kiyevdəki səfirliyinin atəşə tutulması ilə bağlı Rusiyaya nota verib 

Azərbaycan Ukraynanın paytaxtı Kiyevdəki səfirliyinin atəşə tutulması ilə bağlı Rusiyaya nota verib.CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.Qeyd olunub ki, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov XİN-ə çağırılıb.Bildirilib ki, görüş zamanı, noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu...

14 Noyabr 2025, 16:08

Səidə Haqverdiyevanın əri tanınmış şəxsin oğlu imiş  

 Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva sosial şəbəkə hesabına paylaşım edib.O,Rəşad Əhmədzadə ilə yollarını ayırdığını və boşanmaq üçün müraciət etdiyini bildirib.“Rəşad Əhmədzadə mənim üçün dünyanın ən yaxşı həyat yoldaşıdır. Evli olduğumuz 10 il müddətində həmişə yaxşı həyat yoldaşı olub. Qayğıkeşliyi, ədaləti və xeyirxahlığı ilə məni özünə heyran edib. Onun kimi bir insandan ayrılmaq mənim üçün çox çətindir. Amma buna məcburam. Beş ilə yaxındır ki, məhz mənə görə, müxtəlif bəhanələrlə həyat yoldaşıma mənəvi təzyiqlər göstərilir və səhhətində ciddi problemlər yaranıb. Boşanıram ki, artıq onu rahat buraxasınız və məsələlərinizi şəxsimlə həll edəsiniz.R.Əhmədzadə mənim bu addımımı xoş qarşılamasa da seçimimə hörmətlə...

14 Noyabr 2025, 15:58

Xalq artisti Sərdar Fərəcov Manaf Ağayevi rüsvay etdi...  

Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru,Xalq artisti Sərdar Fərəcov Lent.az-a geniş müsahibə verib.CityPost.az  xəbər verir   ki,O,bildirib ki,Xalq artistləri Bəstəkarlar İttifaqının qurultayına dəvət edilmirlər.Görkəmli bəstəkar Zərdar Fərəcov daha sonra deyib:"Sənət sənətkar üçündür.Böyük sənətkarların qiymətini də sənətkar verə bilər.Müəyyən  kütlənin hansısa bir mahnıdan zövq alması mümkündür.Sənət olan yerdə sözsüz ki,təhlil də lazımdır.Yalnız, düşünən insanlar bunu edə bilir.Yoxsa,Üzeyir bəyin "Sevgili canan" ı ilə Manaf Ağayevin oxuduqlarını bir tərəziyə qoymaq olmaz axı...İndi meydanı veriblər Manafa...Toy müğənniləri bizə mədəniyyət verə bilməz.Hamı istəyir,böyütdüyü uşaqların mənəviyyatı təmiz olsun".Müşərrəf...

14 Noyabr 2025, 14:24

Göygölün yeni icra başçısı kollektivə təqdim olunub 

Azərbaycan Prezidentinin Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Vüqar Novruzov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.CityPost.az  xəbər verir ki, təqdimatı Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.V.Novruzov ona göstərilən etimada görə minnətdarlıq edib.

14 Noyabr 2025, 11:17

FHN müraciət yayıb

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi valideynlərin məsuliyyətsizliyi və laqeydliyi səbəbindən azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması halları qeydə alınır.Bu barədə CityPost.az-a  FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, belə hallarla bağlı daxil olan məlumatlar əsasında Nazirliyin xilasetmə qüvvələri tərəfindən operativ əməliyyatlar sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir."Yalnız noyabrın ötən 13 günü ərzində Nazirliyin xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar sayəsində 22 uşaq xilas edilib. Aparılan təhlillər bu kimi halların əsasən uşaqların nəzarətsiz qoyulması, o cümlədən əksər hallarda mənzildə və digər məkanlarda tək olması nəticəsində yaşandığını göstərir".Qeyd olunanlarla bağlı, mənzillərdə azyaşlıların...

14 Noyabr 2025, 10:17