DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Hadisə 15 Dekabr 2025, 10:18
1537
Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər.
CityPost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmini məqsədilə sürücülərdən aşağıdakı ümumi tövsiyələrə əməl etmək xahiş olunur:
"Nəqliyyat vasitəsinin texniki vəziyyətini, xüsusilə əyləc sistemi, sükan idarəetməsi və işıqlandırma qurğularını əvvəlcədən yoxlayın;
Mövsümə uyğun təkərlərdən istifadə edin;
Hərəkət zamanı sürət həddini hava və yol şəraitinə uyğun seçin, kəskin manevr və qəfil tormozlamadan çəkinin;
Həmçinin oxuyun
Avtomobillər arasında təhlükəsiz ara məsafəsini qoruyun;
Körpülərdə, açıq sahələrdə, enişli-yoxuşlu yol hissələrində daha diqqətli olun;
Yol və hava şəraiti ilə bağlı rəsmi məlumatları izləyin, zərurət olmadıqca riskli istiqamətlərdə hərəkət etməyin".
"Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli və məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməklə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməyə çağırır", - məlumatda vurğulanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ukraynada yaşayan tanınmış azərbaycanlı vəfat edib
Ukraynada yaşayan tanınmış azərbaycanlı vəfat edib.Citypost.az xəbər verir ki, Ukraynanın Əməkdar bədən tərbiyəsi və idman işçisi, boks üzrə Odessa vilayət yığmasının baş məşqçisi Azər Mustafayev dünyasını dəyişib.Odessada yaşayan azərbaycanlı fəal Anar Natiqoğlu bildirib ki, mərhum Qərb qəbiristanlığının müsəlmanlar bölümündə dəfn olunacaq.Allah rəhmət eləsin! (Modern.az)
02 Mart 2026, 13:13
İran İraqdakı NATO-nun "Viktoriya" bazasına hücum edib
İran İraqın Bağdad beynəlxalq hava limanı yaxınlığındakı NATO-nun "Viktoriya" bazasına hücum edib.CityPost.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Şirkəti (IRIB) məlumat yayıb.Məlumata görə, hücum nəticəsində ABŞ-nin "Palm Jet" təyyarəsi vurulub və uçuş-enmə zolağına zərər dəyib.İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidmətinin məlumatına görə, bazaya üç kamikadze dron hücum edib.Xatırladaq ki, İran 28 fevralda İsrail və ABŞ-ın hücumlarına cavab olaraq "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb....
02 Mart 2026, 09:47
ADPU-nun universitetin tələbəsi vəfat etdi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi dünyasını dəyişib.Citypost.az xəbər verir ki, universitetin Ağcabədi filialının tələbəsi, 2005-ci il təvəllüdlü Aysun Zöhrab qızı Teymurova vəfat edib.Allah rəhmət eləsin! (Modern.az)
02 Mart 2026, 09:45
Öldürülən generalların siyahısı
ABŞ və İsrailin hücumu nəticəsində öldürülən bir sıra yüksək rütbəli hərbçilərin adları açıqlanıb.CityPost.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.Öldürülənlərin siyahısı:- general-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Ofisinin rəhbəri- general-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat üzrə müavini- general-mayor, pilot Möhsün Dərəbaği – Silahlı Qüvvələrin təminat və logistika üzrə müavini- general-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Ofisinin rəhbərinin müavini- general-mayor Qulamrza Rzaiyan – FARAJA (İranın hüquq-mühafizə orqanları) Kəşfiyyat Təşkilatının rəhbəri- general-mayor Bəhram Hüseyni Motləq – Baş Qərargahın əməliyyat idarəsinin planlaşdırma və əməliyyat şöbəsinin rəisi- general-mayor Həsənəli Tacik – Baş Qərargahın təminat idarəsinin rəhbəri...
02 Mart 2026, 08:58
Rusiya İrandakı vətəndaşlarını Azərbaycan vasitəsilə ölkəni tərk etməyə çağırıb
Rusiyanın İrandakı səfirliyi vətəndaşlarını Azərbaycan və Ermənistan ərazisi vasitəsilə ölkəni tərk etməyə çağırır.CityPost.az xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı diplomatik missiyasının bəyanatında deyilir."Səfirlik məlumat verir ki, İrandan çıxmaq üçün optimal marşrutlar Astara vasitəsilə Azərbaycana və "Nurduz"/"Aqarak" buraxılış məntəqəsi vasitəsilə Ermənistana keçiddir. Hərəkət zamanı ehtiyatlı və sayıq olmağınızı xahiş edirik", - məlumatda deyilir.
28 Fevral 2026, 15:55
İran İsrailə raket zərbələri endirib
İran İsrailə raket zərbələri endirib.CityPist.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri İrandan İsrail ərazisinə raketlər atıldığını təsbit edib. Müdafiə sistemləri təhlükəni aradan qaldırmaq üçün çalışır. Ötən bir neçə dəqiqə ərzində müvafiq ərazilərdə mobil telefonlara ehtiyat tədbirləri ilə bağlı təlimat göndərilib. İctimaiyyətdən xahiş olunur ki, təlimatlara əməl etsinlər”, - IDF-in açıqlamasında deyilir....
28 Fevral 2026, 12:19