Komitə sədri quru sərhədlərin bağlı olmasından danışdı
Cəmiyyət 27 Dekabr 2025, 12:21
284
“2020-ci ildə başlayan pandemiyadan sonra sərhədlərimizdə hərəkətin məhdudlaşdırılması qərarı məcburi olmaqla, dövlətimizin təhlükəsizlik çağırışlarına verdiyi reaksiya idi. Əlbəttə, 5 ildir davam edən belə vəziyyət regional ticarətin genişlənməsini məhdudlaşdırır, tranzit və logistika potensialının tam reallaşmasına mane olur, yüklərin daha uzun və baha marşrutlarla daşınmasına səbəb olur”.
CityPost.az bildirir ki, bunu millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən plenar sessiyadakı çıxışında bildirib.
O, qeyd edib ki, regional inteqrasiyanın ləngiməsi Cənubi Qafqazda vahid iqtisadi məkanın yaranmasını əngəlləyir. Belə ki, Azərbaycan–Türkiyə–Mərkəzi Asiya xəttində logistik deyil, ticari fasilə yaradır. Xüsusilə, gələcəkdə Orta Dəhliz, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat xətləri kontekstində kommunikasiyaların açılması iqtisadi baxımdan faydalı olacaqdır.
Deputatın sözlərinə görə, digər tərəfdən, yalnız hava nəqaliyyatı ilə hərəkətə icazə ailə və yaxınlararası humanitar əlaqələri zəiflədir, transsərhəd regionlarda yaşayan sakinlərin gündəlik ticarət və əmək imkanlarına ziyan vurur, əlavə xərclər yaradır.
“Hamının təyyarə nəqliyyatından yararlanmaq imkanı yoxdur. Tələbələr ən həssas təbəqədir. Sıxıntılar cəmiyyət tərəfindən ciddi hiss olunur və onların tələbləri başa düşüləndir”, - o əlavə edib.
Komitə sədri vurğulayır ki, lakin sərhədlər yalnız iqtisadiyyat və logistika mövzusu deyil, dövlətin təhlükəsizliyi, suverenliyi və gələcəyi ilə birbaşa bağlı olan strateji məsələdir: “Azərbaycan tarixinin mürəkkəb dövrlərindən keçərək qalib, suveren və regional güc kimi çıxış edir. Ali Baş Komandan İlham Əliyevin yaratdığı yeni tarixi və geosiyasi reallıq bizdən emosional yox, məsuliyyətli və uzaqgörən münasibət tələb edir. Ölkəmiz Qafqazlarda sərhədlərin tam açılmasına, regional əməkdaşlığa və sülhə xidmət edən əsas təşəbbüskar dövlətdir. Yeni sərhəd siyasəti müasir təhlükəsizlik çağırışları, regional müharibələr və beynəlxalq gərginliyi nəzərə almağa məcburdur. Rusiya–Ukrayna müharibəsi Avropa və Avrasiya məkanında nəzarətsiz silah dövriyyəsini, muzdlu və yarı-nizami silahlı qrupların yayılmasını, qaçqın və miqrant axınlarını kəskin şəkildə artırıb. Proseslər təkcə müharibə zonaları ilə məhdudlaşmır, region ölkələri üçün real təhlükəsizlik böhranları yaradır. Beynəlxalq təhlükəsizlik hesabatlarına əsasən, terror qruplarının təxminən 30–40 faizi münaqişə sonrası regionlardan yayılır, qeyri-qanuni miqrasiya kanalları terror riskini 2–3 dəfə artırır. Azərbaycan riskləri sərhədlərdə sərt nəzarət, xüsusi rejimlər, mərhələli açılış hesabına minimumda saxlayır”.
Zahid Oruc digər vacib məqam-İranla bağlı beynəlxalq siyasi və hərbi gərginliyin artmasına diqqət çəkir. Onun sözlərinə görə, İsraillə 12 günlük müharibə və yenidən savaş perspektivi regionda qeyri-sabitlik riskini gücləndirir, mümkün sanksiyalar və hərbi eskalasiyalar fonunda sərhədyanı təhlükəsizlik tədbirlərini zəruri edir: “Qaçqın axınların bir hissəsi Qara dəniz, Cənubi Qafqaz, Yaxın Şərq marşrutları üzərindən hərəkət edir. İndiki dövrdə açıq sərhədlərimiz potensial təhlükə koridoruna çevrilə bilər. Unutmayaq ki, 44 günlük Vətən müharibəsi zamanı sərhədlərdə tətbiq edilən xüsusi rejim və məhdudiyyətlər Qələbəmizdə həlledici rol oynadı. Məhz həmin tədbirlər kənar hərbi müdaxilələrin qarşısını aldı, silah və canlı qüvvə axınının nəzarətdə saxlanmasına imkan verdi, arxa cəbhədə sabitliyi qorudu. Zəfərimiz ən azı 500 kilometrdən artıq dövlət sərhədinin işğaldan azad edilməsi qürurunu millətimizə yaşatdı. Biz onu xarici vasitəçilərin əli ilə deyil, qan bahasına, şəhidlərimizin canı hesabına qazanmışıq. Beynəlxalq hüququ öz gücü ilə təmin edən dövləti sərhədləri müvəqqəti təhlükəsizlik rejimində saxladığı üçün ittiham etmək nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan ədalətlidir”.
Millət vəkili vurğulayır ki, işğal dövründə Azərbaycanın sərhədlərinin pozulmasına susanlar, müharibə zamanı həmin nəzarətsiz ərazilərdən Qarabağa silah və yanacaq daşıyanlar, 90-cı illərdə yüz minlərlə evi-mülki talan edib, yağmalayıb Araz üzərindən satanlar, indi Azərbaycandan “tam açıq sərhəd” tələb edirlər.
“Əgər bir dövlət torpaqlarını azad edib, təhlükəsizliyini yenidən qurursa, o dövlətin sərhəd rejimini müəyyən etmək də suveren hüququdur. Məhdudiyyət rejimi qorxu siyasəti və izolasiya deyil, müharibədən sonra dövlətin məsuliyyətli davranışıdır. Lakin indi dövlətimiz sülhü və Cənubi Qafqazın bütövlükdə suverenliyini təşviq edərkən, təhlükəsizlik riskləri aradan qalxmadan sərhədlərin tam açılmasını qəbul etmir”, - o qeyd edib.
Z.Oruc hesab edir ki, populist çağırışlarla və emosiyalarla yox, soyuq təhlillər əsasında qərar verilməlidir: Bəli, doğrudur, Gürcüstan açıq sərhəd siyasəti hesabına tranzit və turizm gəlirlərini artırıb, Ermənistan açıq sərhədlər fonunda ticarət dövriyyəsini genişləndirib. Lakin sual edirik, həmin ölkələrin iqtisadi və təhlükəsizlik reallığı Azərbaycanla eynidirmi? Cavab hamıya aydındır: əsla xeyr. Azərbaycan yaxın keçmişdə real, genişmiqyaslı müharibə aparan dövlətdir. Biz torpaqlarımızı azad etmişik, lakin müharibə başa çatsa da təhlükəsizlik riskləri avtomatik yoxa çıxmayıb. Xüsusilə, müharibədən məğlub çıxan dövlətdə xarici qüvvələrin radikal siyasi və hərbi qrupları aktivləşdirməsi, təxribat və sabotaj cəhdləri hələ qalır. Risklərin açıq sərhədlər vasitəsilə daxilə daşınması ehtimalı ciddi təhlükədir. Ermənistanın açıq sərhəd rejimi müxtəlif silahlı və yarı-radikal qrupların hərəkətliliyini artırır, xarici hərbi kəşfiyyatın bölgədə manevr imkanlarını genişləndirir. Bizim əsas üstünlüyümüz odur ki, potensial təxribatlar sərhəddəcə neytrallaşdırılır, post-müharibə dövründə cəmiyyətin təhlükəsizliyi təmin edilir”.
Həmçinin oxuyun
Komitə sədri hesab edir ki, Azərbaycan Gürcüstanın və ya Ermənistanın yolunu təkrarlamaq məcburiyyətində deyil. Başqaları sərhədləri ticarət naminə açır, Azərbaycan isə sərhəd mıhdudiyyətini xalqı qorumaq üçün nəzarətdə saxlayır.
Millət vəkili daha sonra qonşu ölkələrin ticarət statistikasınavə digər iqtisadi göstəricilərinə diqqət çəkir və Azərbaycanla müqayisə aparır: “Gürcüstanın 2024-cü il üzrə xarici ticarət dövriyyəsi təxminən 22–23 milyard ABŞ dolları təşkil edib. Turizm sektoru ÜDM-in təxminən 10–11 faizini formalaşdırır. Ölkəyə illik daxil olan miqrant və turist axını 7–8 milyon nəfər civarındadır. Göstəricilər açıq sərhədlərin iqtisadi dividendlər yaratdığını göstərir.
Ermənistana gəldikdə isə xarici ticarət dövriyyəsi son illərdə 20 milyard dollara yaxınlaşsa da, artımın əsas hissəsi re-eksport və üçüncü ölkələrlə riskli tranzit əməliyyatları hesabına formalaşıb. Açıq sərhəd fonunda ölkədə təhlükəsizlik və daxili sabitliklə bağlı problemlər artmaqdadır.
Azərbaycanın 2025-cü il üzrə xarici ticarət dövriyyəsi təxminən 57 milyard ABŞ dolları, strateji valyuta ehtiyatları 82 milyard dollardan çox, regional tranzit layihələrinə yatırdığı investisiyalar on milyardlarla dollar təşkil edir. Yəni, Azərbaycan iqtisadi artım üçün sərhədlərin dərhal açılmasına möhtac qalan ölkə deyil”.
Millət vəkili vurğulayır ki, sərhədlərin açılması ticarəti qısa müddətdə 5–10 faiz artıra, logistikanı sürətləndirə bilər. Lakin təhlükəsizlik itkisi investisiya mühitinə zərbə, sosial sabitliyin pozulması, dövlət xərclərinin artması kimi qat-qat ağır nəticələr doğura bilər.
“Rəqəmlər açıq şəkildə göstərir ki, Gürcüstan və Ermənistan açıq sərhədlərlə iqtisadi qazanc axtarır, Azərbaycan isə sərhədlər vasitəsilə müharibədən sonra yaranan təhlükələri neytrallaşdırır. Qərar iqtisadi cəhətdən əsaslandırılıb, təhlükəsizlik baxımından zəruridir, dövlətçilik nöqteyi-nəzərindən məsuliyyətlidir”, - o vurğulayıb.
Zahid Oruc xatırladır ki, dünyanın ən güclü dövləti olan ABŞ təhlükəsizlik prioritetli sərhəd siyasəti yürüdür. 2025-ci ildən etibarən Donald Trampın ikinci hakimiyyət dövründə: sərhəd nəzarəti daha da gücləndirilib, Meksika ilə fiziki divar və qoruyucu infrastruktur genişləndirilib, mühacirət riskləri daha sərt nəzarət mexanizmləri ilə idarə edilir.
“Nümunələr göstərir ki, sərhədlərin qorunması güclü dövlətlərin də fundamental seçimidir”, - o əlavə edib.
Komitə sədri qeyd edir ki, son dövrlərdə müəyyən qüvvələr sərhədlərlə bağlı məsələdə Azərbaycan üçün əlverişli olmayan yanaşmalar təklif edir və geosiyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar: “Azərbaycana sərhədləri “tələsik açmaq” çağırışları milli təhlükəsizlik hesablamalarını nəzərə almadan, qonşu dövlətlərdə yaşayan soydaşlarımızı təzyiq alətinə çevirərək, geosiyasi maraqlarını pərdələməyə çalışırlar. İki qonşu dövlət, sərhəd mövzusunu Azərbaycan cəmiyyətinin həssas nöqtələri ilə çulğalaşdıraraq, təqdim etməyə çalışırlar. Xaricdə yaşayan soydaşlarımızın vəziyyəti təzyiq alətinə çevrilir. Xüsusilə, şimal və cənubdan informasiya hucumları və ictimai rəyə yönələn sistemli təxribatlar, həmvətənlərimiz və soydaşlarımızdan humanitar və siyasi təzyiq vasitəsi kimi istifadəsini görürük. Tez-tez Avropa ölkələrinin “açıq sərhəd” siyasəti nümunə göstərilir. Lakin bir fakt hamıya məlumdur-Polşa və Çexiya kimi ölkələr sərhədlərlə bağlı qərarlarını tam sərbəst şəkildə verməyiblər, Avropa İttifaqının siyasi və institusional təzyiqi altında hər biri təxminən 1 milyona yaxın ukraynalı qaçqını qəbul etməyə məcbur qalıblar. Nəticədə, hər iki ölkənin sosial yük artıb, büdcə xərcləri yüksəlib, daxili siyasi qarşıdurma güclənib. Nümunələr göstərir ki, sərhəd açıqlığı hər zaman könüllü seçim deyil, bəzən geosiyasi məcburiyyətdir”.
Komitə sədri vurğulayır ki, Azərbaycan nə Avropa İttifaqının miqrasiya kvotasına tabedir, nə də xarici təzyiqlə qərar verən dövlətdir. Onun sözlərinə görə, dövlət narahatlıqları görməməzlikdən gəlmir. Məsələ “bağlı qalacaq, ya açılacaq” müstəvisində yox, “necə və hansı şərtlərlə məhdudiyyətləri yumşaltmaq olar” şəklində qoyulmalıdır: “Təhlükəsizlik risklərini qorumaqla yanaşı, məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılmasını arzulayırıq. Humanitar və ailə əsaslı keçidlərin genişləndirilməsi, yaxın qohumluq əlaqələri olan şəxslər üçün sadələşdirilmiş mexanizmlər, tələbələr və sağlıq durumu üçün xüsusi icazə mexanizmləri, eləcə də kiçik ticarət və xidmət fəaliyyəti üçün məhdud coğrafiyada açılış, yerli əhali üçün sosial gərginliyin azaldılması istiqamətində müzakirələr daha faydalı olar”.
Millət vəkili hesab edir ki, Polşa və Çexiyanın məcburiyyəti, Gürcüstan və Ermənistanın iqtisadi ehtiyacları ilə müqayisədə Azərbaycan təhlükəsizliyini və xalqın mənafelərini qorumağı birinci yerə qoyur: “Sərhədlər daimi bağlı qalmaq üçün deyil, təhlükə keçənə qədər sərt tədbirlər görmək üçündür. Risklər azaltdıqca sərhəd rejimi də mərhələli şəkildə yumşalacağına inanırıq. Lakin prosesin təzyiqsiz, milli maraqlara uyğun şəkildə aparılması vacibdir. Torpaqlarımız kimi, sərhədlərimiz də hüdudsuz olacaq!”
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
Azərbaycanda gəmiçilik şirkəti - "Səmayə Co LTD" MMC nizamnamə kapitalını azaltdığını elan edib.CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, şirkətin 644 700 manatlıq nizamnamə kapitalı 50% azaldılaraq 322 350 manata endirilib.Qeyd edək ki, şirkət 2004-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vasif Böyükağa oğlu Zərbəliyevdir.Yeri gəlmişkən bildirək ki, " Səmayə Co LTD" MMC-nin hazırda dövlətə 124 min 952.22 manat vergi borcu da var.Şirkətin əsas fəaliyyəti gəmiçilik, yüklərin daşınması və logistika xidmətlərindən ibarətdir. Hazırda şirkətin balansında 3000, 2000 tonluq neft tankerləri, 2500 tonluq quru yük daşıyan gəmilər və digər təyinatlı gəmilər mövcuddur. Yüklərin daşınması üçün cari sifariş olmadığından gəmilər icarəyə verilir,...
27 Dekabr 2025, 12:05
Azərbaycanın "qara siyahı"sında olan şəxslərin sayı açıqlanıb
Azərbaycan əraziləri işğal altında olduğu dövrdə oraya səfər etməklə "qara siyahı"ya daxil edilən şəxslərin sayı hazırda iki min nəfərdən çoxdur.CityPost.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib."İşğal dövründə Azərbaycan ərazilərinə rəsmi Bakının icazəsi olmadan gəlib-gedən şəxslər ölkəmizin "qara siyahı"sına daxil etmişdi. Kimlər ki, bu məsələ ilə bağlı rəsmi müraciət edərək üzrxahlıq ediblər, onlar siyahıdan çıxarılıb və bu gün Azərbaycan ərazisinə səfər edə bilərlər. Kimlər üzrxahlıq etməyibsə, onlar hələ də "qara siyahı"dadırlar. Ümumilikdə, hazırda bu siyahıda iki mindən çox şəxs var və bu, 30 il ərzində qeydə alınıb",...
26 Dekabr 2025, 21:08
Azərbaycanın “Messi”sinə haqsızlıq etmək olmaz! - VİDEO
Azərbaycanın və dünyanın ən məşhur karateçisi Rafael Ağayev son vaxtlar diqqətdən kənarda qalıb.Onun mediaya verdiyi açıqlamalardan bunu açıq-aydın görmək olar."Qara Brilyant" ləqəbi ilə tanınan döyüş ustası Azərbaycan Karate Federasiyasının ona münasibətdə göstərdiyi sayğısızlıq barədə ilginc ifadələr işlədib, konkret faktlar göstərib.Uzun illərdir bu sahədə böyük əmək sərf edən, qazandığı böyük uğurlara rəğmən, qarşılığını görməyən Ağayevin söylədikləri ictimaiyyətdə rezonans doğurub.“YaaRa“nın təsisçisi və direktoru Yaqut Bayram karate dünyasında “Karatenin Messi”si adlandırılan Rafaelin dediklərinə biganə qalmayıb.Tanınmış tekstil şirkətinin yaradıcısı beşqat dünya çempionu, onbirqat Avropa çempionu və müxtəlif beynəlxalq turnirlərin qalibinin üzləşdiyi vəziyyətlə bağlı öz fikirlərini bildirib....
26 Dekabr 2025, 17:28
"Şəbnəm, utan öl, YERƏ GİR"
Müğənni Afət Fərmanqızının həmkarı Şəbnəm Tovuzluya ünvanladığı sərt açıqlamalar gündəm olub.CityPost.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabından yayımında Vəfa Şərifova və aparıcı Zaur Nəbioğlu ilə yaşadığı qalmaqaldan danışarkən Şəbnəm Tovuzlunun adını da çəkib.Afət Şəbnəm Tovuzlu aparıcı Zaura bahalı "iPhone" hədiyyə göndərdiyini deyib və bu addımı kəskin tənqid edib.Onun sözlərinə görə, belə hədiyyələrə ehtiyac yoxdur və həmin telefonun qazilərə və ya onların övladlarına verilməsi daha doğru olardı. İfaçı həmçinin bildirib ki, bəzi insanlara hədiyyə göndərilməsinin səbəbini anlamır və heç kimdən çəkinmədiyini vurğulayıb.Müğənni açıqlamasında maddi durumuna da toxunaraq, hazırda toy proqramları və işləri ilə məşğul olduğunu, Moskvada artıq 5-ci evi aldığını...
26 Dekabr 2025, 17:23
Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədov bahalı maşınının badına getdi
Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilib.CityPost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu qərara səbəb hakim İlqar Məmmədovun Hakimlərin Etik Davranış Kodeksinə əməl etməməsi və hakim adına ləkə gətirməsi olub.Belə ki, özünə yeni bahalı avtomobil alan hakim dolu yağışı zamanı avtomobilinin dam örtüyünü qorumaq üçün hakim mantiyasını onun üzərinə sərib.Araşdırmaya görə, bu hadisəni ifşa edən isə rayon məhkəməsinin sədri Bəxtiyar Məmmədov olub.Bildirilir ki, İlqar Məmmədovun ifşasına səbəb olan bu olayın foto-video görüntüləri məhz Bəxtiyar Məmmədov tərəfindən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ötürülüb və bundan sonra onun hakim kimi səlahiyyətlərinə xitam verilib.Məhkəmə-Hüquq Şurasından İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam...
26 Dekabr 2025, 17:06
Göylərə meydan oxuyanların yerdəki qisməti
"Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq". Göylə əlləşib, yerdən kömək uman dəmir qanadlı quşun son çırpıntıları, ölümə meydan oxuması bir il əvvəl günümüzün reallığına çevrildi. Həmin an dəmir qəfəsdə son dəqiqələrini yaşayan insanların təsəllisi yalnız bir Azərbaycan qızının "hər şey yaxşı olacaq" kəlmələri oldu. Sanki həmin gün Hökümə səmaya hökm oxudu. Göylə yer arasındakı məsafədə həyatla ölüm, işıqla zülmət, ümidlə ümidsizlik mübarizə aparırdı. Yerdən ayağı üzülüb göylə əlləşən insanlar ölümün caynaqlarında bir tükdən asılı qalmışdılar. Bu qaçılmaz faciədə çıxış yolu yox idi. Xeyirli səhərdə yola çıxan insanların son dayanacağı ünvan ölüm oldu. Həmin gün neçə evə, ailəyə...
26 Dekabr 2025, 16:09