Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər ölüb
Hadisə 26 Dekabr 2025, 21:46
148
Rusiyanın Xarkova idarə olunan aviabombalarla hücumu nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb.
CityPost.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun "Telegram"dakı bəyanatına istinadən məlumat yayıb.
O, bombalanan rayonda yalnız mülki yaşayış infrastrukturu və təhsil müəssisəsinin yerləşdiyini, burada heç bir hərbi obyektin olmadığını qeyd edib.
Həmçinin oxuyun
"Üç nəfər qəlpə yarası alıb, onların arasında 9 aylıq qız uşağı da var. Həkimlər bütün zəruri yardımı göstəriblər. Təəssüf ki, iki kişi həlak olub", - Sineqoubovun məlumatında deyilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kibercinayətkarlar məsuliyyətə cəlb edildi - Üç qurum birgə məlumat yaydı
03 dekabr 2025-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihələri üzrə ümumilikdə 627 mənzilin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı zamanı Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılıb və təmin edilib.CityPost.az xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə məlumat yayıb.Bildirilib ki, mənzil seçimi prosesinə nəzarət və informasiya təhlükəsizliyi tədbirləri həyata keçirilərkən müxtəlif kiberhücum cəhdləri müşahidə edilib və operativ şəkildə aşkarlanaraq neytrallaşdırılıb:“Qeydə alınan...
26 Dekabr 2025, 18:56
Ruslan Eyyubov şikayətini geri götürdü
Siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq üzrə saxlanılan iş adamı Ruslan Eyyubov barəsində olan həbs qərarından apellyasiya şikayəti versə də, sonradan şikayətini geri götürüb.CityPost.az APA-ya istinadən xəbər verir ki, Ruslan Eyyubovun şikayətini geri götürdüyü bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub.Şikayət geri götürüldüyündən ərizəyə baxılmayıb.Qeyd edək ki, Ruslan Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq üzrə saxlanılıb. "NB Qrup” şirkətinin rəhbəri Ruslan Eyyubov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.Ona Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən...
26 Dekabr 2025, 17:21
Abşeronda pirotexniki vasitələr satan şəxslər saxlanılıb
Abşeron rayonunda pirotexniki vasitələr satan iki nəfər saxlanılıb.CityPost.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışına qarşı profilaktik tədbir həyata keçirilib. Tədbir zamanı pirotexniki vasitələrin satışı ilə məşğul olan iki nəfər müəyyən olunaraq saxlanılıb.Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.Həmin şəxslər barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
26 Dekabr 2025, 14:04
Həbsdəki eks-icra başçılarından yalnız - Biri amnistiyaya düşür
Artıq bir neçə gündür Prezidentin təşəbbüsü ilə qəbul edilən amnistiya aktının icrasına başlanılıb. 20 min nəfərə şamil edilən bu Akt əsasında təkcə 5 minə yaxın məhkum cəzaçəkmə müəssisələrindən azadlığa buraxılacaq.Bəs amnistiya aktı indiyə kimi həbs edilən keçmiş icra başçılarından kiməsə aid edilə bilərmi?CityPost.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, “içəridə”ki eks-icra başçılarından yalnız Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev amnistiya aktından faydalana bilər.Ona görə ki, İ.Vəliyevin çəkilməmiş cəmi 4 ay cəza müddəti qalıb. Amnistiya aktında yazılıb ki, ağır cinayət törətməkdə təqsirli bilinən şəxs ilk dəfə məhkum edilibsə, 6 aya qədər çəkilməmiş cəzadan azad edilə bilər. (İlk dəfə ağır cinayət...
26 Dekabr 2025, 10:43
Sumqayıtda avtomobil yanaraq külə dönüb
Sumqayıtda avtomobil yanaraq külə dönüb.Hadisə Yaşıldərə yaşayış massivinin Hafiz Baxış küçəsində qeydə alınıb."Toyota Corolla" markalı minik avtomobili hərəkətdə olarkən anidən alışıb.Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları tərəfindən söndürülüb. Ətrafda olan digər nəqliyyat vasitələrinə və ərazilərə ziyan dəyməsinin qarşısı alınıb.Faktla bağlı araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir.
26 Dekabr 2025, 00:03
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxlayıb - VİDEO
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) xarici ölkələrin polis orqanları ilə beynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti əməliyyat həyata keçirib.DİN-dən verilən məlumata görə, xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran Azərbaycan vətəndaşları barədə kiberpolisə əməliyyat məlumatı daxil olub.Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər də oxşar cinayətlərə görə Türkiyə və Rusiyada məhkum olunan Malik Guseinov və Mahmud Əsgərli saxlanılıblar.Araşdırmalarla müəyyən edilib ki, M.Guseinov M.Əsgərli ilə birgə xarici ölkələrin birinin paytaxtında yerləşən ticarət mərkəzində ofis kirayələyib. Bir müddətdən sonra M.Guseinov saxta 600.000 ABŞ dollarını həmin ticarət mərkəzində yerləşən valyutadəyişmə məntəqəsinə...
25 Dekabr 2025, 16:57