Bizə yazın

Baku

-°C

USD

-

Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxlayıb - VİDEO 

Hadisə 25 Dekabr 2025, 16:57

177

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) xarici ölkələrin polis orqanları ilə beynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti əməliyyat həyata keçirib.

DİN-dən  verilən məlumata görə, xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran Azərbaycan vətəndaşları barədə kiberpolisə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər də oxşar cinayətlərə görə Türkiyə və Rusiyada məhkum olunan Malik Guseinov və Mahmud Əsgərli saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, M.Guseinov M.Əsgərli ilə birgə xarici ölkələrin birinin paytaxtında yerləşən ticarət mərkəzində ofis kirayələyib. Bir müddətdən sonra M.Guseinov saxta 600.000 ABŞ dollarını həmin ticarət mərkəzində yerləşən valyutadəyişmə məntəqəsinə təqdim edərək 600 min USDT kriptovalyutasının onun hesabına köçürülməsini istəyib. O, 1.000.000 manatdan çox dəyəri olan kriptovalyutanın hesabına keçdiyinə əmin olduqdan sonra həmin ölkəni tərk edib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Guseinov və M.Əsgərli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edilib ki, müasir dövrdə elektron ödəniş və kriptovalyuta ilə aparılan əməliyyatların geniş yayılması bu sahədə dələduzluq risklərini də artırır. Bundan sui-istifadə edən bir sıra cinayətkar qruplar istər virtual məkanda, istərsə də real müstəvidə kibercinayətlər törətməyə və insanların pul vəsaitlərini ələ keçirməyə çalışırlar.

"Odur ki, xüsusən sosial şəbəkələrdə tanımadığınız şəxslərlə maliyyə əməliyyatları aparan zaman diqqətli olmağınız, habelə “yüksək”, “perspektivli” qazanc vədi verən “kriptolayihələrə” pul yatırmamağınız tövsiyə olunur", DİN-in məlumatında deylir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Onlar həbs olundular 

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.Bu barədə  CityPost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Orxan Qurbanov saxlanılıb.Onun idarə etdiyi "Land Rover" markalı avtomobilə baxış zamanı 17 kiloqram 330 qram narkotik vasitə olan marixuana aşkarlanıb.Həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər - 36 yaşlı Emin Bayramov, 42 yaşlı İlkin Əlizadə və tanışı 36 yaşlı Amil İbayev saxlanılıblar. Onlardan isə ümumilikdə 21 kiloqram marixuana və 2 kiloqram 809 qram heroin aşkarlanaraq götürülüb.Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə...

25 Dekabr 2025, 15:31

Qaradağda iki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi başlanılıb

Qaradağda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.Belə ki, "Suzuki" markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtobusla toqquşub.Hadisə nəticəsində "Mercedes" markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır....

25 Dekabr 2025, 12:08

TƏBİB: Qaradağdakı qəzada 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb 

Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (bir kişi və bir qadın) ölüb, 9 nəfər xəsarət alıb.Bu barədə  TƏBİB-dən bildirilib.Məlumata görə, hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.Qeyd edək ki, Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən 122 saylı marşrut avtobusu Sahil qəsəbəsi ərazisində qəzaya uğrayıb....

25 Dekabr 2025, 11:44

Sabirabadda kombayn körpüdən kanala aşıb, sürücü ölüb 

Sabirabad rayonunda kombaynın körpüdən kanala aşması nəticəsində sürücü ölüb.Hadisə rayonun Sarxanbəyli kəndi ərazisində qeydə alınıb.1988-ci il təvəllüdlü Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan maşınla kollektor üzərindəki körpüdən keçərkən kanala aşıb.Hadisə zamanı sürücü ölüb.Faktla abağlı araşdırma aparılır.

25 Dekabr 2025, 10:23

Xaçmazda iki ildir axtarılan kişi qətlə yetirilibmiş - Saxlanılan var 

Xaçmaz rayonunda 2023-cü ildə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən olunub.“Qafqazinfo”nun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovu ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Surəddin Həsənəliyev saxlanılıb.Ə.Əkbərov qətlə yetirildikdən sonra basdırıldığı yerdən aşkar edilərək çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.Şübhəli şəxsdən cinayət aləti olan ov tüfəngi götürülüb.Faktla bağlı araşdırmalar davam etdirilir.

24 Dekabr 2025, 22:55

Gürcüstan DTX-nın keçmiş rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib 

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəhbəri Qriqol Liluaşvili barəsində həbs qətimkan tədbiri seçilib.Hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.Liluaşvili qapalı keçirilən prosesdə iştirak etməyib. O, vəkili ilə göndərdiyi məktubunda bildirib ki, iş üzrə materiallarla tanış olmayana qədər iclasa qatılmayacaq.İş üzrə məhkəmə öncəsi dinləmə fevralın 16-na təyin olunub.Xatırladaq ki, Liluaşvili ötən gün saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvətxorluqda və “çağrı mərkəzləri”nin fəaliyyətinə himayədarlıqdan əldə olunan gəlirlərin müxalifətin maliyyələşdirilməsi üçün istifadə edilməsində ittiham olunur.Törədilmiş cinayət əməllərinə görə 11 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur....

24 Dekabr 2025, 21:20