Bizə yazın

Baku

-°C

USD

-

Göylərə meydan oxuyanların yerdəki qisməti  

Cəmiyyət 26 Dekabr 2025, 16:09

420

"Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq". Göylə əlləşib, yerdən kömək uman dəmir qanadlı quşun son çırpıntıları, ölümə meydan oxuması bir il əvvəl günümüzün reallığına çevrildi. Həmin an dəmir qəfəsdə son dəqiqələrini yaşayan insanların təsəllisi yalnız bir Azərbaycan qızının "hər şey yaxşı olacaq" kəlmələri oldu. 

Sanki həmin gün Hökümə səmaya hökm oxudu. Göylə yer arasındakı məsafədə həyatla ölüm, işıqla zülmət, ümidlə ümidsizlik mübarizə aparırdı. Yerdən ayağı üzülüb göylə əlləşən insanlar ölümün caynaqlarında bir tükdən asılı qalmışdılar. Bu qaçılmaz faciədə çıxış yolu yox idi. Xeyirli səhərdə yola çıxan insanların son dayanacağı ünvan ölüm oldu. Həmin gün neçə evə, ailəyə od düşdü. Neçə arzular yarım, neçə sevgilər nakam, neçə ümidlər göydən enib yerdə can verdi. Hər şeyin yaxşı olacağı ümidi ilə son ana kimi inamını itirməyib ölümün gözünə dik baxaraq mübarizə apardı cəsur Azərbaycan qadını. Xain, xəbis planlardan xəbərsiz Hökümə öz peşəsini şərəf, ləyaqət və igidliklə yerinə yetirdi. Onun səsində titrəyiş, həyacan, narahatlıq və kövrəklik hiss olunsa da, təsəllini şərik qoşmuşdu. Cəmi 5-10 dəqiqə sonra öləcəyini bildiyi halda onlarla insana ümid, inam hissi bağışladı. Qəzaya uğramış təyyarədə ümidsizlik içində çarpışan insanlara həyat dolu səslə inam toxumu səpərək əsl qəhrəmana çevrildi. Dəhşətli təyyarə qəzasında həlak olan Hökümə Əliyeva göyləri seçmişdi, göylərə də ucaldı. 

Bir ildir onun səsi yaddaşımıza hopub, dediyi kəlmələri şüara çevrilib. Günahkarlar günahlarını bəzən dolayı, bəzən də aşkar şəkildə etiraf etsə də, biz heç vaxt ümidimizi üzmədik. Qətiyyətli Azərbaycan dövləti, öz prinsipiallığı və söz sahibi olmağı ilə dünyada sevilən Prezident İlham Əliyevin düzgün siyasi xətti ilə hər şeyin yaxşı olacağına inandıq. Hadisənin baş verdiyi ilk dəqiqələrdən dövlət başçımızın münasibəti bu inamı daha da alovlandırdı. 

Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburq şəhərində keçirilən MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün yola düşmüşdü. Rusiya hava məkanında olarkən baş vermiş faciə haqqında məlumat alan ölkə başçısı dərhal geri, Vətənə dönmək barədə tapşırıq verib. Əlbəttə ki, bu, bir dövlət başçısının məsuliyyət hissi ilə yanaşı, xalqına, millətinə və dövlətçilik ənənələrinə sadiqliyi, sədaqəti idi. İstər xoş, istərsə də ən çətin məqamda xalqının yanında olan Prezident İlham Əliyev həmin gün bir daha sübut etdi ki, onun üçün insan faktoru, milli təəssüb bütün amillərdən ucadır. 

Həllə təyyarədə olarkən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımi tapşırıqlar verdi. Vətənə dönən Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili müşavirə keçirdi. Hadisə yerində fəaliyyət göstərən komissiyanın faciənin başvermə səbəbləri barədə ictimaiyyətə məlumat verilməsi barədə tapşırıq verdi. Hadisənin motivləri və hansı səbəbdən baş verməsi haqqında müxtəlif mülahizə və müzakirələr getsə də ünvan dəqiq idi. Suçlu suçunu etiraf etməsə də, zamanla Azərbaycan dövlətinin qətiyyətli və prinsipial mövqeyi qarşısında aciz duruma düşdü. Bir neçə ay əvvəl neçə boynu bükük dayandığının və hadisədə günahkar tərəf kimi yalnız sözlə deyil, jest və davranışlarla da etiraf etdi. Artıq bir il ötüb. Bu gün həmin müdhiş faciənin baş verdiyi gündür. Unutmamışıq və heç zaman da unutmayacağıq. 

Dünyada təyyarə qəzaları bu və ya digər səbəblərdən çox olub. Bəzisində insan itkisi çox, digərində daha az olub. Əlbəttə ki, burada əsas səbəblərdən biri də ilk növbədə pilotların peşəkarlığı öz rolunu oynayıb. Bakı-Qroznı təyyarəsini idarə edən hər iki pilot-İqor Kşnyakin və Kalyaninov Aleksandr sözün əsl mənasında peşəkarlıq göstəriblər. Hər iki pilot insan itkisinin çox olmaması üçün canları bahasına bütün mümkün vasitələrdən istifadə edərək son ana kimi mücadilə aparıblar. Təyyarənin ekipaj üzvlərinin peşəkarlığı sayəsində, qaydalara əməl olunması və ehtimallardan istifadə edilməsi insan itkisinin yarıbayarı az olması ilə nəticələndi. Onlar təyyarəni dənizə də sala bilırdilər. Lakin bu halda faciənin miqyası daha böyük olacaqdı. Ona görə də boş sahəyə enməyi daha məqsədəuyğun hesab etdilər. Onların qəhrəmanlığı Azərbaycan tarixinin ən şərəfli səhifəsində özünə yer aldı. Qədirbilən dövlətimiz və Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində qəhrəman pilotlarımıza və qorxmaz stüardessa  Hökümə Əliyevaya ölümündən sonra Milli Qəhrəman adı verildi. İndi onların məzarı ziyarət məskəninə çevrilib. 

Xain və xəbis niyyətlərini heç cür yeridə bilməyənlər hadisə baş verən zaman müxtəlif bəhanələr səsləndirsələr də keçərli olmadı. Onlar gah hava şəraitinin pis olmasını, gah da təyyarənin quş sürüsü ilə toqquşmasını əsas gətirməyə çalışsalar da həqiqət artıq məlum idi. Yerdəki pislikləri göylərə daşımaq və günahsız quşları da öz günahlarına şərik qoşmağa çalışsalar da bu, baş tutmadı. Azərbaycan dövləti hər zaman həqiqətin, ədalətin carçısı olub. Odur ki, heç vaxt doğrunu pisliklərinizlə ört-bastır etməyə çalışmayın. 

Bu gün Azərbaycan səması bütün dünyaya öz qapılarını açıb. Azad, abad, yenidən cənnətə dönən Qarabağdan salamlayır cahanı. Biz, dövlət, xalq olaraq sülh və barışıq tərəfdarı olduğumuz üçün dünyadan da tələbimiz məhz budur. 

            Ramidə YAQUBQIZI.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanın “Messi”sinə haqsızlıq etmək olmaz! - VİDEO 

Azərbaycanın və dünyanın ən məşhur karateçisi Rafael Ağayev son vaxtlar diqqətdən kənarda qalıb.Onun mediaya verdiyi açıqlamalardan bunu açıq-aydın görmək olar."Qara Brilyant" ləqəbi ilə tanınan döyüş ustası Azərbaycan Karate Federasiyasının ona münasibətdə göstərdiyi sayğısızlıq barədə ilginc ifadələr işlədib, konkret faktlar göstərib.Uzun illərdir bu sahədə böyük əmək sərf edən, qazandığı böyük uğurlara rəğmən, qarşılığını görməyən Ağayevin söylədikləri ictimaiyyətdə rezonans doğurub.“YaaRa“nın təsisçisi və direktoru Yaqut Bayram karate dünyasında “Karatenin Messi”si adlandırılan Rafaelin dediklərinə biganə qalmayıb.Tanınmış tekstil şirkətinin yaradıcısı beşqat dünya çempionu, onbirqat Avropa çempionu və müxtəlif beynəlxalq turnirlərin qalibinin üzləşdiyi vəziyyətlə bağlı öz fikirlərini bildirib....

26 Dekabr 2025, 17:28

"Şəbnəm, utan öl, YERƏ GİR" 

Müğənni Afət Fərmanqızının həmkarı Şəbnəm Tovuzluya ünvanladığı sərt açıqlamalar gündəm olub.CityPost.az  xəbər verir ki, sənətçi sosial şəbəkə hesabından yayımında Vəfa Şərifova və aparıcı Zaur Nəbioğlu ilə yaşadığı qalmaqaldan danışarkən Şəbnəm Tovuzlunun adını da çəkib.Afət Şəbnəm Tovuzlu aparıcı Zaura bahalı "iPhone" hədiyyə göndərdiyini deyib və bu addımı kəskin tənqid edib.Onun sözlərinə görə, belə hədiyyələrə ehtiyac yoxdur və həmin telefonun qazilərə və ya onların övladlarına verilməsi daha doğru olardı. İfaçı həmçinin bildirib ki, bəzi insanlara hədiyyə göndərilməsinin səbəbini anlamır və heç kimdən çəkinmədiyini vurğulayıb.Müğənni açıqlamasında maddi durumuna da toxunaraq, hazırda toy proqramları və işləri ilə məşğul olduğunu, Moskvada artıq 5-ci evi aldığını...

26 Dekabr 2025, 17:23

Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədov  bahalı maşınının badına getdi

Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilib.CityPost.az   Gununsesi.info-ya istinadən xəbər verir ki, bu qərara səbəb hakim İlqar Məmmədovun Hakimlərin Etik Davranış Kodeksinə əməl etməməsi və hakim adına ləkə gətirməsi olub.Belə ki, özünə yeni bahalı avtomobil alan hakim dolu yağışı zamanı avtomobilinin dam örtüyünü qorumaq üçün hakim mantiyasını onun üzərinə sərib.Araşdırmaya görə, bu hadisəni ifşa edən isə rayon məhkəməsinin sədri Bəxtiyar Məmmədov olub.Bildirilir ki, İlqar Məmmədovun ifşasına səbəb olan bu olayın foto-video görüntüləri məhz Bəxtiyar Məmmədov tərəfindən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ötürülüb və bundan sonra onun hakim kimi səlahiyyətlərinə xitam verilib.Məhkəmə-Hüquq Şurasından İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam...

26 Dekabr 2025, 17:06

Bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillər verilib 

Prezident İlham Əliyev 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.CityPost.az-ın  məlumatına görə, orderlər Şəmsi Səfərliyə, Böyükxanım Astanovaya, Morteza Validarviyə, Mehran Həmidzadəyə, Malik Həsənova, İmamverdi Məmmədova, Ramil Vəliyevə, Tofiq Əliyevə, Oqtay Abdullayevə, Nurəddin Məmmədova, Solmaz Adilovaya, Ülvi Qənizadəyə, Murad Məmmədova, Ramil Cəfərova, Aygül Abdullayevaya, Yelizaveta Rubana, Xəyyam Orucova, Elnur İbrahimə, Taleh Nağızadəyə, Nərmin Kazımovaya və Fərid Tağızadəyə təqdim edilib....

26 Dekabr 2025, 15:13

Azərbaycanda məhkəmə sədri vəfat etdi 

Kürdəmir Rayon Məhkəməsinin sədri Marif Kazımov vəfat edib.CityPost.az   xəbər verir ki, 55 yaşlı hakim bu gün dünyasını dəyişib.Onun onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.Qeyd edək ki, Marif Kazımov 18 il məhkəmə hakimi kimi çalışıb.O, 2007-2011-ci illərdə Binəqədi Rayon Məhkəməsinin hakimi, 2011-2025 illərdə Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri, 2025-ci ildən isə Kürdəmir Rayon Məhkəməsinin sədri kimi fəaliyyət göstərib.Mənbə: gununsesi.info

26 Dekabr 2025, 13:03

Sabahın hava proqnozu açıqlanıb 

Sabah Azərbaycanda hava necə olacaq?Dekabrın 27-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütununu 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65% təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlədə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi...

26 Dekabr 2025, 12:32