Bizə yazın

Baku

-°C

USD

-

Bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillər verilib 

Cəmiyyət 26 Dekabr 2025, 15:13

244

Prezident İlham Əliyev 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

CityPost.az-ın  məlumatına görə, orderlər Şəmsi Səfərliyə, Böyükxanım Astanovaya, Morteza Validarviyə, Mehran Həmidzadəyə, Malik Həsənova, İmamverdi Məmmədova, Ramil Vəliyevə, Tofiq Əliyevə, Oqtay Abdullayevə, Nurəddin Məmmədova, Solmaz Adilovaya, Ülvi Qənizadəyə, Murad Məmmədova, Ramil Cəfərova, Aygül Abdullayevaya, Yelizaveta Rubana, Xəyyam Orucova, Elnur İbrahimə, Taleh Nağızadəyə, Nərmin Kazımovaya və Fərid Tağızadəyə təqdim edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədov  bahalı maşınının badına getdi

Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilib.CityPost.az   Gununsesi.info-ya istinadən xəbər verir ki, bu qərara səbəb hakim İlqar Məmmədovun Hakimlərin Etik Davranış Kodeksinə əməl etməməsi və hakim adına ləkə gətirməsi olub.Belə ki, özünə yeni bahalı avtomobil alan hakim dolu yağışı zamanı avtomobilinin dam örtüyünü qorumaq üçün hakim mantiyasını onun üzərinə sərib.Araşdırmaya görə, bu hadisəni ifşa edən isə rayon məhkəməsinin sədri Bəxtiyar Məmmədov olub.Bildirilir ki, İlqar Məmmədovun ifşasına səbəb olan bu olayın foto-video görüntüləri məhz Bəxtiyar Məmmədov tərəfindən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ötürülüb və bundan sonra onun hakim kimi səlahiyyətlərinə xitam verilib.Məhkəmə-Hüquq Şurasından İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam...

26 Dekabr 2025, 17:06

Göylərə meydan oxuyanların yerdəki qisməti  

"Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq". Göylə əlləşib, yerdən kömək uman dəmir qanadlı quşun son çırpıntıları, ölümə meydan oxuması bir il əvvəl günümüzün reallığına çevrildi. Həmin an dəmir qəfəsdə son dəqiqələrini yaşayan insanların təsəllisi yalnız bir Azərbaycan qızının "hər şey yaxşı olacaq" kəlmələri oldu. Sanki həmin gün Hökümə səmaya hökm oxudu. Göylə yer arasındakı məsafədə həyatla ölüm, işıqla zülmət, ümidlə ümidsizlik mübarizə aparırdı. Yerdən ayağı üzülüb göylə əlləşən insanlar ölümün caynaqlarında bir tükdən asılı qalmışdılar. Bu qaçılmaz faciədə çıxış yolu yox idi. Xeyirli səhərdə yola çıxan insanların son dayanacağı ünvan ölüm oldu. Həmin gün neçə evə, ailəyə...

26 Dekabr 2025, 16:09

Azərbaycanda məhkəmə sədri vəfat etdi 

Kürdəmir Rayon Məhkəməsinin sədri Marif Kazımov vəfat edib.CityPost.az   xəbər verir ki, 55 yaşlı hakim bu gün dünyasını dəyişib.Onun onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.Qeyd edək ki, Marif Kazımov 18 il məhkəmə hakimi kimi çalışıb.O, 2007-2011-ci illərdə Binəqədi Rayon Məhkəməsinin hakimi, 2011-2025 illərdə Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri, 2025-ci ildən isə Kürdəmir Rayon Məhkəməsinin sədri kimi fəaliyyət göstərib.Mənbə: gununsesi.info

26 Dekabr 2025, 13:03

Sabahın hava proqnozu açıqlanıb 

Sabah Azərbaycanda hava necə olacaq?Dekabrın 27-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütununu 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65% təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlədə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi...

26 Dekabr 2025, 12:32

Tanınmış şair və jurnalist 75 yaşını qeyd edir

Bu gün   tanınmış şair,jurnalist və naşir  Zülfüqar Şahsevənlinin  doğum günüdür.CityPost.az   xatırladır ki, dəyərli ziyalımız  75 yaşını qeyd edir.CityPost.az  kollektivi Azərbaycan ədəbiyyatında,jurnalistikasında və  nəşriyyat tarixində xüsusi rolu olan  Zülfüqar  Şahsevənlini doğum günü münasibəti ilə təbrik edir,ona işlərində uğurlar arzu edir.Zülfüqar Şahsevənli 1950-ci il 25 dekabrda Beyləqan rayonunun Şahsevən kəndində anadan olub.Burada Gəray Əsədov adına kənd orta məktəbini bitirib.(1969). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirib.(1973-1978). "Gənclik" nəşriyyatında kiçik redaktor, redaktor, böyük redaktor işləyib.(1979-1999). "Günay" qəzeti redaksiyasında baş redaktor, baş direktor vəzifəsində çalışıb.(1999-2001).Bədii yaradıcılığa erkən başlayıb. İlk "Çinar" şeri "Yüksəliş" rayon qəzetində, "Şahsevənə yolun düşsə" şeri isə "Bakı" axşam qəzetində 1969-cu ildə dərc...

26 Dekabr 2025, 11:47

Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi - Təyyarə vurulub 

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin hava gəmisinin 2024-cü il dekabrın 25-də Qazaxıstan ərazisində uğradığı qəza ilə bağlı Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının (Konvensiya) 13 saylı Əlavəsi əsasında araşdırma davam edir.CityPost.az AZƏRTAC-a istinadən xəbər verir ki, araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Bu araşdırmadan əlavə, üç ölkənin (Azərbaycan, Qazaxıstan və Rusiya) istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir.ICAO tələblərinə uyğun olaraq, Qazaxıstan bu il fevralın 4-də ilkin hesabat nəşr edib. İlkin hesabat yalnız aşkarlanmış...

26 Dekabr 2025, 11:22