Lavrov: ABŞ Rusiyanı bütün enerji bazarlarından sıxışdırıb çıxarır
Dünya 21 Mart 2026, 22:18
234
ABŞ Rusiyanı bütün dünya enerji bazarlarından sıxışdırıb çıxarır.
CityPost.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya XİN başçısının sözlərinə görə, ABŞ-nin dünya enerji bazarlarında hökmranlıq doktrinası var:
"Lukoyl" ASC, "Rosneft" şirkəti sanksiyalara məruz qaldı. Bu, Baydenin mirası deyil, artıq ABŞ Prezidenti Donald Tramp administrasiyasının ilk böyük sanksiyalarıdır".
Bundan əlavə, o qeyd edib ki, ABŞ Rusiyanın Avropa enerji bazarlarında marginallaşdırılmasını alqışlayıb və alqışlayır:
Həmçinin oxuyun
"Serbiyada sıxışdırıb çıxarırlar. Artıq amerikalılar öz töhfələrini verirlər. Cozef Bayden başlamışdı, Tramp isə bitirir. Bu bütün dünyada, bütün regionlarda enerji hökmranlığına olan açıq iddiadır".
S.Lavrov qeyd edib ki, bazarlardan sıxışdırılıb çıxarıldıqdan sonra yalnız öz əraziləri qalacaq:
"Amerikalılar yanımıza gəlib deyəcəklər ki, onlar bizimlə əməkdaşlığın tərəfdarıdırlar. Amma əgər biz öz ərazimizdə qarşılıqlı faydalı layihələr həyata keçirməyə və öz maraqlarımızı nəzərə almaqla amerikalılara onları maraqlandıran şeyləri təqdim etməyə hazırıqsa, bu zaman onlar da bizimkiləri nəzərə almalıdırlar. Hələ ki biz bunu görmürük. Rusiyaya sərvətlərindən kənarda da hörmət etməlidirlər".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
BƏƏ İranın hücumları başlayandan bəri 341 ballistik raketi zərərsizləşdirib
Yaxın Şərqdə eskalasiya başlayandan bəri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İrandan buraxılmış ümumilikdə 341 ballistik, 15 qanadlı raketi və 1 748 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.Bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.Təkcə martın 21-də hava hücumundan müdafiə qüvvələri İran tərəfindən istiqamətləndirilmiş 3 ballistik raketi və 8 PUA-nı zərərsizləşdirib.Hücumlar nəticəsində xidməti vəzifələrini yerinə yetirən iki hərbi qulluqçu həlak olub. Bundan əlavə, altı dinc sakin - Pakistan, Nepal, Banqladeş və Fələstin vətəndaşları ölüb.Qurumun məlumatına görə, 160 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb....
21 Mart 2026, 17:01
İranın üç şəhərinə hava hücumları təşkil olunub
İranın paytaxtı Tehranın bir neçə rayonu, eləcə də Kərəc və İsfahan şəhərləri hava hücumlarına məruz qalıb.CityPost.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb."Hava hücumları Tehranın bir neçə rayonuna, Kərəcə və əsasən də İsfahan şəhərinə endirilib", - məlumatda deyilir.
21 Mart 2026, 09:08
Paşinyan: Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir
Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və bu o deməkdir ki, müharibənin qapısını qətiyyətlə bağlamışıq.Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün feysbuk səhifəsində canlı yayımda məlumat verib.O, mövcud sülhdən imtina etməyin müharibəyə qapı açacağını vurğulayıb:"Köçəryanın, Karapetyanın və Tsarukyanın rəhbərlik etdiyi qüvvələrin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə yenidən baxmaq siyasəti yürütdüyü açıq şəkildə müəyyən edilib. İndi qeyd etdiyim qüvvələr həmin qapını açmağa çalışırlar və bu, şübhəsiz ki, Ermənistan Respublikasının təhlükəsizliyi üçün ölümcül təhdiddir.Ən optimist proqnoza sadiq qalsaq belə, sülh müqaviləsinin yenidən nəzərdən keçirilməsi danışıqlar prosesi nəticəsində sonda razılaşdığımız bütün məzmunu dəyişdirmək üçün fürsət yaratmaq deməkdir. Nəzəri olaraq, bu məzmunun yaxşılaşa...
20 Mart 2026, 20:00
“Bəsic”in kəşfiyyat rəisi öldürüldü
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Bəsic” qüvvələrinin kəşfiyyat rəhbəri general İsmayıl Əhmədi öldürülüb.Modern.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.Önun ötən gecə öldürüldüyü bildirilir.
20 Mart 2026, 16:00
Ukrayna Partiarxı vəfat etdi
Ukrayna Pravoslav Kilsəsinin fəxri Patriarxı Filaret (dünyəvi adı Mixaylo Antonoviç Denisenko) 97 yaşında vəfat edib.Modern.az xəbər verir ki, bu barədə Ukrayna Pravoslav Kilsəsinin keşişi, Kiyev və Bütün Ukrayna metropoliteni Epifani Facebook-da bildirib.Ukrayna mətbuatının məlumatına görə, keşiş Filaret mart ayında səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
20 Mart 2026, 15:28
Netanyahu Trampa söz verdi: “Bir daha...”
İsrailin Baş naziri Benyamin Netanyahu İranın neft və qaz obyektlərinə hücumlardan çəkinəcəyinə söz verib.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Baş naziri bununla əlaqədar deyib:"İsrail İranın Asaluyə qaz kompleksinə qarşı təkbaşına hücum edib. Prezident Tramp bizdən gələcək hücumlardan çəkinməyimizi istəyib və biz bunu edəcəyik", - deyə baş nazir bildirib.Netanyahu həmçinin deyib ki, heç bir lider “onunla Donald Trampın koordinasiyalı hərəkəti”ni etmir.O, İsrailin ABŞ-ı münaqişəyə sürüklədiyi iddialarını da təkzib edib.Daha əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İranın neft və qaz obyektlərinə hücumlardan çəkinmək barədə xəbərdarlıq etdiyini bildirib. O, bu açıqlamanı Ağ Evdə Yaponiyanın Baş naziri Sanae...
20 Mart 2026, 14:48