Bizə yazın

Baku

-°C

USD

-

Livan İsrail ilə danışıqlar üçün nümayəndə heyəti qurur 

Dünya 23 Mart 2026, 10:02

209

“Livan hökuməti münaqişənin həlli üçün İsraillə ikitərəfli danışıqlara başlamaq məqsədilə sülh təşəbbüsünə sadiqdir”.

Citypost.az  xəbər verir ki, bunu "Al-Hadath" televiziyasına müsahibəsi zamanı Baş nazir Nəvaf Salam bildirib.

"Biz İsrail dövləti ilə danışıqlara qoyulan əvvəlki qadağanı aradan qaldırdıq və hazırda İsrail tərəfi ilə dialoq aparacaq milli nümayəndə heyətinin formalaşdırılması üzərində işləyirik", - o deyib.

Hökumət başçısı qarşıdan gələn görüşlərin gündəliyinin müzakirə olunduğunu əlavə edib. (APA)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tramp Novruz təbriki etdi

ABŞ Prezidenti Donald Tramp Bahar bayramını qeyd edən toplumlara Novruz təbriki ünvanlayıb.Modern.az-ın məlumtına görə, təbrikdə deyilir:"Bu gün Novruzu qeyd edən bütün amerikalılara ən xoş arzularımı çatdırıram.Novruz fars Yeni İlinin başlanğıcını qeyd edir, baharın gəlişini müjdələyir və işığın qaranlıq üzərində əbədi qələbəsini simvolizə edir. Bu qədim bayram həm də hər il yeni başlanğıcların gücü haqqında düşünmək üçün bir fürsətdir.Yaxın Şərqdə davam edən ədalətli missiyamız fonunda dua edirəm ki, bu Novruz həm Amerika torpaqlarında, həm də bütün dünyada sülh və insan ləyaqəti dəyərlərinin təşviqinə xidmət etsin və qarşıdakı il bol-bərəkətli olsun.Novruz bayramınız mübarək!"...

23 Mart 2026, 10:59

Kim Çen In yenidən KXDR-in Dövlət İşləri Şurasının sədri seçilib 

Şimali Koreya lideri Kim Çen In yenidən Dövlət İşləri Şurasının sədri seçilib.APA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.Məlumata görə 15-ci çağırış Ali Xalq Məclisi ilk iclasında Kim Çen Inı yenidən Dövlət İşləri Şurasının sədri seçib.Kim Çen In 2011-ci ildən KXDR lideridir. 2016-cı ildən bəri dövlət siyasəti məsələləri ilə məşğul olan ən yüksək dövlət orqanı olan Dövlət İşləri Şurasına rəhbərlik edir.2019-cu ildə konstitusiya dəyişikliklərindən sonra o, rəsmi olaraq dövlət başçısı və Koreya Xalq Ordusunun ali baş komandanı təyin edilib....

23 Mart 2026, 10:03

Nyu-Yorkda təyyarə qəzası olub, hava limanı bağlanıb 

Kanadaya məxsus təyyarə Nyu-Yorkdakı La-Quardia hava limanında qəza törədib.Bu barədə “Flightradar24” məlumat yayıb.Təyyarə eniş edən zaman nəqliyyat vasitəsi ilə toqquşub.Hadisə nəticəsində hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.

23 Mart 2026, 09:53

KİV: ABŞ İranın Xarq adasını ələ keçirmək istəyir 

ABŞ İranın Xarq adasını ələ keçirmək məqsədilə Dəniz Piyadaları Korpusu və Hərbi Dəniz Qüvvələri bölmələrinin Yaxın Şərqə yerləşdirilməsi prosesini sürətləndirib.Bu barədə "The Jerusalem Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.Nəşrin qeyd etdiyinə görə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri son günlərdə İsraildə və digər yerlərdəki həmkarlarına bildiriblər ki, Vaşinqtonun Xarq adasını ələ keçirmək üçün quru hərbi əməliyyatına başlamaqdan başqa çarəsi qalmayacaq.Amerikalı bir rəsmi "The Jerusalem Post" qəzetinə ABŞ ordusunun minlərlə dəniz piyadası və donanma heyətinin Yaxın Şərqə yerləşdirilməsi prosesini sürətləndirdiyini təsdiqləyib.Bundan əvvəl "Axios" ABŞ administrasiyasının İranın neft ixracının əsas mərkəzi olan Xarq adasını ələ keçirmək və ya təcrid etmək variantlarını nəzərdən keçirdiyini bildirmişdi....

23 Mart 2026, 09:15

ÜST Yaxın Şərqdə nüvə müharibəsinə hazırdır 

Yaxın Şərqdəki müharibə təhlükəli bir mərhələyə çatıb: İranın Nətənz şəhərindəki zənginləşdirmə kompleksinə və nüvə obyektinin yerləşdiyi İsrailin Dimona şəhərinə zərbələr endirildiyi bildirilir.Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.O, agentliyin dünən İranın cənub-şərqində və İsrailin Dimona şəhərində baş verən hadisələri araşdırdığını bildirib."Obyektin xaricində hər hansı bir anormal və ya yüksək radiasiya səviyyəsi barədə məlumat verilməyib. Nüvə obyektlərinə edilən hücumlar ictimai səhiyyə və ətraf mühit təhlükəsizliyi üçün artan təhlükə yaradır".Qebreyesus bildirib ki, hərbi əməliyyatların başlamasından bəri ÜST nüvə hadisəsi baş verərsə, ictimai səhiyyə təhdidlərinə effektiv şəkildə cavab vermələri üçün 13 ölkədəki işçilərinə və BMT işçilərinə mühüm...

22 Mart 2026, 22:04

Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb 

Zaqatalada 52 yaşlı kişinin meyiti yaşadığı evdən tapılıb.Hadisə rayonun Muğanlı kəndində baş verib.Kənd sakini 52 yaşlı Rafiq Sevdi oğlu Babayevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən tapılıb.Meyit, şəxsin ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

22 Mart 2026, 21:20