DIM-DIM halvası - İbrahim Nəbioğlu
Söz adamı 23 Mart 2026, 09:05
247
Telefonda dostum Abidlə (Məmmədov) dərdləşirdik. Xeyli vaxtdır bir məsələni çözməyə çalışırdı. Niyə indiyə qədər həll edə bilmədiyini soruşdum. “Dım-dım halvasıdırmı? Elə asan məsələ deyil axı” deyə cavab verdi. Qulaqlarıma inanmadım, qəribə bir gizilti keçdi içimdən…
Anam dünyasını dəyişəndən bəri ilk dəfə idi ki, “Dım-dım halvasıdırmı?” deyimini eşidirdim. Həlli asan görünən, əslində isə çox çətin olan bir iş olanda mərhum anam elə deyirdi. O, bu deyimi əsasən "asanlıqla əldə edilməyən, çətin düzələn iş" mənasında işlədirdi…
Dım-dım halvası digər halvalardan fərqli olaraq çox bərk olur. Onu dişləmək, kəsmək və ya parçalamaq çətin işdir. Buna görə də, mən bir işi “çantada kəklik sananda” anam dərhal “Dım-dım halvası deyil ha, hər adamın dişi keçməz!" deyər, bununla da məni ciddi və tədbirli olmağa sövq edər, bərkə-boşa düşəcəyimə hazırlardı.
Orta məktəbdən sonra universitet üçün Bakıya gələn, o vaxtdan da ömrünün sonuna qədər Bakıda yaşayan anamın söz ehtiyatı çox, dili zəngin idi. Əziz anamın istifadə etdiyi, dilindən düşürmədiyi deyimlər, kəlamlar, hikmətli ifadələr, atalar sözləri, məsəllər, aforizmlər, müdrik sözlər onun danışığına elə gözəllik, elə təravət qatırdı ki, Ana dilimizə məftun olmamaq mümkün deyildi. Onun vəfatından sonra anladım ki, anamın söz dağarcığı dilimizin bəzəyi olmaqla bərabər, həm də onun “yaddaş bankı”dır. Atam mənə Türklüyümü, anam isə Ana dilimi sevdirmişdi…
“Dım-dım” sözünün bişirilmə prosesində – qovrulma zamanı çıxan səsə işarə olduğu deyilir. Ancaq onun dəqiq elmi mənşəyi tam sübut olunmuş deyil. Folklorşünaslar və dilçilər onun yaranmasını izah edən iki əsas ehtimalı göstərirlər: biri tarixi hadisə ilə, digəri isə dilin öz daxili inkişafı ilə bağlıdır.
Tarixi hadisə ilə bağlı olan isə Dimdim qalası ilə bağlı versiyadır. Bir çox tədqiqatçılar bu deyimi 17-ci əsrdə baş vermiş Dimdim qalası hadisəsi ilə əlaqələndirirlər.
Dimdim qalası İranın şimal-qərbində, Azərbaycan türklərinin çoxluqda olduğu Urmiya bölgəsində yerləşən qədim qaladır. 1609–1610-cu illərdə burada Səfəvi şahı I Abbasın qoşunları ilə kürd əmiri Əmir Xan Lepzərin qoşunları arasında savaş çıxır.
Bu hadisə bu torpaqların yaddaşında dərin iz buraxır. Bu savaş haqqında məşhur “Dimdim qalası dastanı” da yaranmışdır. Xalq arasında belə rəvayət olunur ki, Dimdim qalasının mühasirəsi çox uzun çəkir. Və baş verənlər də illərlə danışılır, məclislərdə bu müharibə haqqında bitib-tükənməyən söhbətlər edilir.
Bununla da uzanan, bitməyən söhbətlərə zarafatla “Yenə Dimdim söhbəti başladı” deyilirdi. Zamanla da “Dimdim” “Dım-dım”a keçir. Ehtimal ki, ardınca “Dım-dım halvası” formasında ironik ifadə yaranır, yəni “Uzanan, nəticəsi olmayan, bezdirici söhbət” kimi yeni məna formalaşır.
Dilçilər isə məsələyə bir qədər fərqli – səs təqlidi və reduplikasiya tərəfindən yanaşırlar.
Digər və daha çox qəbul edilən versiyaya görə isə “Dım-dım halvası” ifadəsi tamamilə dilin öz içində yaranıb. “Dım-dım” sözünün özü boş, mənasız səslənən təkrarlayıcı səs təsiri yaradır. “Halva” ilə yanaşı işlənməsi isə boş sözün, boş işin istehza ilə ifadəsidir, yəni nə halvadır, nə də dadı var, amma uzandıqca uzanır.
Nəticə etibarı ilə…
Folklorçular Dimdim qalası “pəncərəsindən” baxa bilərlər, ancaq ifadənin əsas kökü dilin ekspressiv reduplikasiya sistemi ilə bağlıdır. Yəni ifadə böyük bir ehtimalla xalq danışıq dilində yaranmış ironik frazeologiyadır…
“Dım-dım halvası” deyəndə Borçalı-Qazax-Ağstafada bir deyim, məsəl, Naxçıvanda isə halva anlaşılır. Bu şirniyyat ən çox Naxçıvanda, xüsusilə də Ordubadda, qismən də Gəncədə hazırlanır.
Dım-dım halvası həm dadı, həm də hazırlanma üsulu ilə digər ənənəvi halvalardan (məsələn, un və ya şirə halvasından) fərqlənir. Əsas tərkibi un, yağ (kərə yağı və ya quyruq yağı), şəkər və ya baldır. Ənənəvi olaraq, bu halva qonaqlıqlarda, toyda-nişanda, bəzən də dini mərasimlərdə hazırlanır.
Dım-dım halvası enerji verəndir və gec xarab olandır. Qədimdə səfərə çıxanlar, yaylağa çıxan çobanlar yanlarında dım-dım götürərmişlər – həm tox tutduğu, həm də uzun müddət xarab olmadığı üçün. Azərbaycanda halva əsasən qışda hazırlanır və enerji verən qida kimi tanınır. Araşdırınca gördüm ki, halvaya tatar, başqırd, noqay və digər türk xalqlarının mətbəxlərində də “dim-dim” və “düm-düm” adları ilə rast gəlinir.
Dım-dım halvasının hazırlanması səbir tələb edir:
Əvvəlcə un kərə yağında qızılı rəng alana qədər qovrulur, sonra qovrulmuş una bəhməz və ya qatı şəkər şərbəti əlavə edilir. Daha sonra üzərinə bol miqdarda xırdalanmış qoz ləpəsi əlavə olunur ki, bu da halvaya xırtıldayan tekstura verir. Halva hələ isti ikən siniyə yayılır, hamarlanır və soyuduqdan sonra paxlava və ya kvadrat formasında kəsilir.
İbrahim Nəbioğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yağlıvənddən zirvəyə: 80 illik ömür dastanı
Bəzi insanlar var ki, onlar dünyaya sanki bir missiya ilə gəlirlər: boz həqiqətləri süni rənglərlə bəzəmək yox, o bozluğun içindəki gizli insanı tapıb çıxarmaq. Azərbaycan ədəbiyyatının canlı klassiki, oxucuların "Yağlıvəndli Şekspir"i Seyran Səxavət məhz belə bir qələm sahibidir. Bu il onun ömür karvanı 80-ci dayanacağa çatır, amma onun sözü hələ də ilk günkü kimi təravətli, kəsərli və səmimidir. Yağlıvənddən dünyaya açılan pəncərə-Seyran Səxavətin yaradıcılığını məncə belə də adlandırmaq olar.Çünki onun əsərləri məhz ordan-Füzulinin Yağlıvənd kəndindən boylanır. Lakin o, heç vaxt lokal bir yazıçı olmadı; o, kənd adamının taleyini, dərdini və sevincini elə bir dillə yazdı...
23 Mart 2026, 11:20
Firuz Mustafa: Xəlil Köçərli dolğun və bərəkətli ömür sürmüş “xalq adamı” olub
Əməkdar incəsənət xadimi və yazıçı Firuz Mustafa tarixçi-alim, professor Xəlil Köçərlinin xatirəsinə sosial şəbəkədə paylaşım edib.Citypost.az xəbər verir ki, Firuz Mustafa bildirib ki, o, heç kəsə “sənə yüz yaş arzu edirəm” deməmişdir, əksinə, “Sənə ürəyin istəyən qədər, amma yüz faizli ömür arzulayıram” deyir. Onun sözlərinə görə, Xəlil Köçərli dolğun və bərəkətli ömür yaşamış, yüz il ömür sürərək gənc nəsillər üçün nümunə olmuşdur.Əməkdar incəsənət xadimi qeyd edib ki, bu gün Xəlil Köçərlinin “yeddi” mərasimi keçirilmişdir. Alim uşaqlıq və gənclik illərini çətinliklərlə keçirmiş, sözün əsl mənasında “xalq adamı” olmuşdur. Firuz Mustafa Xəlil Köçərlinin ailəsinin məşhur ədəbiyyatşünas Firudin bəy Köçərli ilə mənəvi bağlılığından...
19 Mart 2026, 11:03
"Bütövlük nəğməsi" - Sayman Aruzun ŞEİRİ
Savalan dağından qopan çay kimi,Axmışam Xəzərə Xəzərləşmişəm.Arazın üstündən baxan ay kimi,Sizlərin həsrətin, qəmin çəkmişəm.Mənə yaxşı baxın, yaxşı tanıyın,Nəbiyəm, Babəkəm, dinəm, imanam.Öpüm qəlbinizdən, məni anlayın,Mən də sizin kimi Azərbaycanam.Dilim sizin dildir, dərdim sizinki,Soyları kəsilsin, sizin soydanam.Məni düşmən deyil, lap özümünki,Qoymur vətən boyda uca boylanam.Yüz ildir “iranlı” deyirlər bizə,Biz isə bilmədik bu iran nədir!Fars dili, Fars donu geyilir bizə,Hansı ki, yüz ildir bizə dar gəlir.Bu nədir ilahi, bu nədir axı,Tanış insanlarda ögey kölgələr.Dost kimi gəlirlər çıxırlar yağı,Dilləri dilimdən, özü özgələr.Sahildən sahilə uçan bir quşam,Dostun yaxasına vurulan güləm.“Mən gərək sahili sahilə qoşam”,Qeyrətim götürmür sürünüb öləm.Bir gün çıxacaqdır günəş Güneydən,Bütöv Azərbaycan nurlanacaqdır.Tanrı da enəcək...
19 Mart 2026, 10:56
Maskalar Düşəndə: Həmid Herisçi Fenomeni: Dil, Kimlik və Rejim Diskursu Arasında Bir Fiqur
Güney Azərbaycan mübarizəsində təhlükə təkcə açıq repressiya deyil — bəzən “bizdən danışan, amma bizə qarşı işləyən” diskurslardır.Bir Yazardan Daha ArtıqSon illərdə Güney Azərbaycan məsələsi yalnız siyasi müstəvidə deyil, həm də mədəni və ideoloji müstəvidə ciddi müzakirələrə səbəb olur. Bu müzakirələrin mərkəzində tez-tez çəkilən adlardan biri də Həmid Herisçidir.Lakin Herisçi ətrafında formalaşan polemika sadəcə bir yazıçının şəxsi ədəbi seçimi ilə izah edilə bilməz. İran mediasında sistemli şəkildə yayımlanan açıqlamaları, Azərbaycan türkcəsinə qarşı aşağılayıcı münasibəti və İran rejimini legitimləşdirən fikirləri onu fərdi fikir sahibi olmaqdan çox, müəyyən ideoloji diskursun daşıyıcısı kimi təqdim edir.Bu kontekstdə Herisçi fenomeni üç istiqamətdə qiymətləndirilir:İran mədəni–təhlükəsizlik diskursunun daşıyıcısıGüney...
17 Mart 2026, 16:05
DAHİ – Şəmsi Vəfadarın YAZISI
Mən ona nə müəllim deyirdim, nə də bəy. Elə ilk ünsiyyətimiz yaranan gündən ona belə müraciət edirdim... Dahi. Sonralar müştərək dostlarımız hamısı – Oqtay Rza, Qulu Məhərrəmov, Ənvər Əhməd, Ramiz Məmmədzadə, Fazil Rəhmanzadə, Sərvaz Hüseynoğlu, Dayandur Sevgin, Sabir Abdin, Yusif Nəğməkar, Ramiz Bahadıroğlu,Mübariz Süleymanlı və digərləri də onu öz adı ilə deyil, mənim dilimlə elə Dahi deyə çağırırdılar. Amma, sözün əsl mənasında kişi doğrudan da elə dahi idi. O, dahiliyini bütün tərəfləri ilə sübut etmişdi. Söhbət Dövlət Mükafatı Laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadədən gedir. Yaxşı xatırlayıram, Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubliyi idi. N.Şəmsizadə və mən də rəsmi...
16 Mart 2026, 15:17
Əlövsət Ağalarov mərhum İlbər Ortaylıdan YAZDI
Əməkdar jurnalist Əlövsət Ağalarov görkəmli türk tarixçisi İlbər Ortaylı ilə bağlı xatirəsini bölüşüb.Citypost.az xəbər verir ki, Onun sözlərinə görə, alimlə görüş Bakı Beynəlxalq Kitab Sərgisi zamanı baş tutub. Həmin vaxt İlbər Ortaylı sərgi çərçivəsində Elçin Əfəndiyev və Rəşad Məcid ilə birlikdə Azərnəşr nəşriyyatının pavilyonunu ziyarət edib.Əlövsət Ağalarov bildirib ki, görüş zamanı qonaqları Kəlbəcərdən gətirilmiş İstisu ilə qonaq edib. Onun sözlərinə görə, türk tarixçisi sudan çox məmnun qalıb və ayrılarkən xüsusi təşəkkürünü bildirib.Ə.Ağalarovun sözlərinə görə, İlbər Ortaylı həmin suyun müqəddəs Zəm-Zəm quyusu suyunun müqəddəsliyinə bərabər olduğunu deyərək Kəlbəcərə getmək arzusunu dilə gətirib. O, Kəlbəcəri “möcüzələr diyarı” adlandırıb və yollar normallaşdıqdan sonra...
16 Mart 2026, 10:16